Tintin Tibetdə (komiks)
From Wikipedia, the free encyclopedia
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır.
Tintin Tibetdə | |
---|---|
fr. Tintin au Tibet | |
Nəşriyyatçı | Kasterman |
Seriyalar | Tintin macəraları |
Yaradıcıları | Erje |
Nəşr tarixi |
Tintin jurnalında (17 sentyabr 1958 - 25 noyabr 1959) kitab şəklində 1960 |
Dil | fransız |
Əvvəlki | Anbardakı kömür, 1958 |
Sonrakı | Kastafiorenin zinət əşyaları, 1959 |
|
Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir. 32 dilə tərcümə edilən və tənqidçilərin diqqətini çəkən Tintin Tibetdə Dalay Lama tərəfindən tərifləndi və Dalay Lama əsəri Həqiqət İşığı Mükafatına layiq gördü. Hekayə kommersiya uğuru qazandı və yekunundan sonra Kasterman tərəfindən kitab şəklində çap edildi. Seriya özü Franko-Belçika komiks ənənəsinin bir hissəsi oldu. Tintin Tibetdə televiziya, radio, sənədli film, teatr və videooyun kimi hazırlandı və muzey sərgisinə mövzu oldu.