From Wikipedia, the free encyclopedia
Anbardakı kömür (fr. Coke en stock) Tintin macəralarının 19-cu hissəsidir. Belçikalı yazıçı Erje tərəfindən yazılmışdır və "Le journal de Tintin" jurnalında yayınlanmışdır.
Anbardakı kömür | |
---|---|
Coke en stock | |
| |
Müəllif | Erje |
Janr | Komiks |
Orijinalın dili | fransız |
Ölkə | Belçika |
Orijinalın nəşr ili | 31 oktyabr 1956 - 1 yanvar 1958 |
Seriya | 19-cu |
Nəşriyyat | "Le journal de Tintin" |
Səhifə | 62 |
Növ | Komiks |
Əvvəlki | "Turnosol hadisəsi" |
Sonrakı | "Tintin Tibetdə" |
Tintin macəralarının 19-cu hissəsi "Anbardakı kömür" adlanır. Hekayədə qanqsterlər gəminin anbarında saxladıqları afrikalı qulları "anbardakı kömür" kod adı ilə çağırırdılar . İngilis versiyasında hekayə "Qırmızı dənizin köpəkbalıqları"(The Red Sea Sharks), türk versiyasında isə "Qul tacirləri" (Köle tüccarları) adlandırılmışdı.
Macərada Xemed Əmirliyində (yudurma) iqtidar sahibi olan Mohammed Ben Kaliş Əzab Şeyh, Bab Əl Əhr tərəfindən devrilməyə çalışılır. Tintin və Kapitan Haddok bir filmin çıxışından sonra General Alkazar ilə qarşılaşırlar. Tələsən general uzaqlaşarkən pul qabını yerə salır. Tintin pul qabını ona qaytarmaq üçün generalın qaldığı otelə gedir, amma onun orada olmadığını öyrənir. Tintin və Kapitan Haddok Abdullahla qarşılaşırlar. Tintin ilə görüşən Dupont və Dupond ondan Davson adında silah alverçisini təqib edərkən izlədikləri general Alkazar ilə niyə görüşdüyünü soruşurlar. Onlar generalın qaldığı oteli göstərirlər və Tintin ilə Haddok General Alkazarın Davson ilə danışdığını görürlər. Tintin Davsonun Mavi Lotus macərasındakı düşməni olduğunu xatırlayır. Davsonun Xemeddə çevrilişin uğurlu olması üçün "Havilland Mosquito" döyüş təyyarələrini müxaliflərə satdığını öyrənir və çevriliş nəticəsində devrilmiş əmiri xilas etmək üçün Xemedə getməyə qərar verir. Haddok da onunla getməyə razılıq verir. Davson Tintinin Xemedə getdiyini eşidir və ona əngəl olmağa çalışır.
Tintin və Haddok Xemeddəki Vadesdah Hava limanına enəndə gömrük işçiləri onları ölkəyə buraxmırlar, bu zaman Davsonun adamı Tintinin çantasına bomba yerləşdirir. Amma geri qayıdanda bombanın partlamasından əvvəl təyyarənin mühərrikində çıxan yanğın nəticəsində təyyarə məcburi eniş etməli olacaqdı. Ölkəyə girməklərini əngəlləmək istədiklərini anlayan Tintin və Haddok qəza yerindən ayrılaraq gecə şəhərə girirlər. Burada keşmiş dostları portuqal tacir Oliveyra da Fiqueyrayı tapırlar. Onun köməyi ilə onlar əmirin gizləndiyi yerə gedirlər.
Əmirin gizləndiyi yerə gedən zirehli maşınlar səhvən öz təyyarələri tərəfindən məhv edilir. Çevrilişlə hakimiyyətə gələn Mull Paşa əslində Tintinin "Qara ada" və "Qara qızıl diyarında" macəralarındakı düşməni Müllerdir. Devrilən əmir Tintinə həmçinin Rastapopoulos tərəfindən aparılan qul ticarətindən danışır. Hər il minlərlə afrikalı müsəlman Məkkəyə aparmaq vədi ilə gəmlərə mindirilib qul kimi satılır.
Tintin və Haddok vəziyyəti araşdırmaq üçün Qırmızı dənizə gedirlər. Burada yenə döyüş təyyarələrinin hücumuna məruz qalsalar da Tntin StG 44 ilə təyyarələrin birini yerə salır. Bu zaman gəmiləri batır və Tintin ilə Haddok salda həyatda qalmağa çalışırlar. Düşən təyyarənin pilotu Pyotr Skat da sala gəlir. Açıq dənizdə Qorqonzala tərəfindən xilas edilirlər. Rastapopoulos Tintin və Haddoku digərlərin ayıraraq "SS Ramona" adlı gəmiyə aparır. Əslində isə bu gəmi onun qul tacirliyi etdiyi gəmilərindən biridir.
Gəmidə məhkum olan Tintin və Haddok gəminin kapitanın "Qızıl qısqaclı xərçəng" macərasında həmkarları olan Allan olduğunu öyrənirlər. Gecə baş verən yanğında gəminin bütün heyəti gəmini tərk edir. Tintin və Haddok yanğını söndürə bilirlər. Gəmini araşdıran Haddok göyərtənin altında çıx sayıda afrikalı qulun saxlandığını görür. Afrikalıların dilini anlamayan Haddok onlara qaçırıldıqları başa sala bilmir, amma Cibutiyə aparacaqlarına söz verir. Daha sonra içində ərəb şeyxinin olduğu bir gəmi onların gəmisinə yaxınlaşır və gəmidən enən bir insan "anbardakı kömür"ə baxmaq istədiklərini deyir. Adamın afrikalıların dişlərinə baxmasını görən Haddok vəziyyəti başa düşür və onu gəmidən qovur.
SS Ramonanın Kapitan Haddok tərəfindən ələ keçirildiyi öyrənən Rastapopoulos gəmini batırmaq üçün sualtı qayığını göndərir. Tintin bu hücumun fərqinə varınca Skatın təmir etdiyi əlaqələşmə aparatı ilə kömək istəyir və hadisə yerinə gələn ABŞ donanmasının "USS Los Angeles" gəmisi sualtı qayığı zərələşdirir və onlara təslim olmağa məcbur edir. Rastapopoulos qaça bilir. Tintin, Haddok və Skat Avropaya qayıdaraq beynəlxalq qul ticarətini ifşa edirlər. Xemedin başına isə devrilmiş əmir gəlir.
Macərada hacı olmaq istəyən afrikalılar irqçi şəkildə təsvir olunmuşdur. Belə ki, afrikalılar çox tez aldatılmışıdı. Həmçinin Kapitan Haddok gəmiyə gələn ərəb şeyxinin adamını qovmaq üçün çoxlu təhqirdən istifadə etmişdi.
Bu macərada geri qayıdan bir çox personaj yer alıb:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.