From Wikipedia, the free encyclopedia
Taycin kyofuşo (対人恐怖症, Taijin kyōfushō?) və ya TKS – Yaponiya mədəniyyətinə xas olan sindrom. Azərbaycan dilinə "şəxslərarası münasibətdən qorxu" kimi tərcümə olunur. Bu sindroma malik şəxslər öz hərəkətləri və görünüşləri ilə digərlərini narahat etməkdən çox qorxurlar. Mövcudluqları ilə digərlərinə narahatlıq törətmək istəmirlər. Bu sindrom qorxuya əsaslanan sosial fobiyadır.[1]
Sindromun simptonları bunlardır: sosial gəzintilərdən və ya fəaliyyətlərdən qaçınmaq, sürətli ürək döyüntüsü, nəfəs alma çətinliyi, panik hücum, titrəmə, insanlar arasında olanda qorxu və narahatlıq hiss etmə. Sindromun mənbəyi emosional travma və ya psixoloji müdafiə mexanizmləri ola bilər. Qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bir fərdin həyatındakı davamlılıq müddəti 3-13 % təşkil edir.[1]
Taycin kyofuşo fərdin sosial münasibətlərdən qaçmasını və qorxu hissi keçirməsini ehtiva edən şinkeyşitsunun bir altnövü olaraq sosial fobiyanın bir növüdür.[1]
TKS iki altkateqoriyaya bölünür: nevroloji və təcavüzkar. İlk altkateqoriya da klassik və təcavüzkar olmaqla iki altkateqoriyaya bölünür. Klassik tipdə şəxs çatışmazlıqlarına əsaslanan fiziki xüsusiyyətlərinə görə digərlərinin mənfi rəylərindən qorxur və utanır. Tənqid edilməsinə səbəb olan fiziki simptonlar tərləmə və titrəmədir. İkinci tip şəxsin özü haqqındakı mənfi düşüncələri ilə bağlıdır. Qorxularından bəziləri bədən qoxusu, qaz, həddən artıq/kifayət olmayan vizual kontakt, qızarma və s.[1]
Rəsmi şəkildə TKS bu altkateqoriyalara bölünmüşdür:
Yaponiya psixologiyası eyni zamanda zorakılığa əsaslanan yeni TKS növlərini də vermişdir:
Xəstəliyin müalicəsi Qərb tibbində elə də mümkün deyil. Buna görə də xəstəliyi müalicə etmək üçün Şoma Morita tərəfindən Morita müalicəsi adlı müalicə ortaya çıxmışdır (1910-cu ildə). Orijinal müalicəyə xəstə izolyasiyası, məcburi yataq istirahəti, gündəlik yazımı, iş gücü və özünü qəbul etmə dərsləri daxildir. 1930-cu ildə müalicə bir qədər dəyişdirildi. Dəyişdirilmiş müalicə Neo-Morita adlandırıldı. Bununla birlikdə xəstəliyi müalicə etmək üçün dərmanlar da verilməyə başlandı. Digər müaəlicələr yavaş-yavaş şəxsin qorxularına məruz qalmasını, qorxu və qayğıları qarşılamaq üçün rahatlaşma bacarıqlarını öyrənməyi ehtiva edən sistematik duyğusuzlaşdırmaqdan ibarətdir. Bir serotonin-norepinefrin geri alım inhibitörü (SNRI) olan Milnasipran müasir dövrdə taycin kyofuşonun müalicəsində istifadə olunur və təsirli olduğu göstərilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.