From Wikipedia, the free encyclopedia
Tanrıya qarşı məhkəmə işləri — həm real həyatda, həm də uydurmada tanrıya qarşı başladılmış məhkəmə işləri.
1970-cı ildə arizonalı vəkil Rassel Tensi müvəkkili Betti Penrouzun adından çıxış edərək tanrıya qarşı məhkəmə işi qaldırmış və müvəkkili üçün 100 min ABŞ dolları təzminat tələb etmişdir. Penrouz tanrını "diqqətsizlik"lə günahlandırmış və evinə ildırım düşməsinə icazə verdiyini bildirmişdir. Tanrı "məhkəmədə özünü müdafiə edə bilmədiyi" üçün Penrouz məhkəmə işini udmuşdur.[1][2]
2005-ci ildə rumıniyalı Pavel M adlı şəxs 20 il məhkum həyatı yaşadıqdan sonra Rumın Ortodoks Kilsəsinə qarşı məhkəmə işi açaraq tanrını "onu şeytandan qorumamaqla" günahlandırmışdır. Tanrı şəxs və ya qurum olmadığı üçün məhkəmə işi buraxılmışdır.[3][4]
2008-ci ildə ABŞ-nin Nebraska ştatının senatı Erni Çembers tanrıya qarşı məhkəmə işi qaldırmış, tanrının zərərverici fəaliyyətlərinə qarşı məhkəmə əmri istəmişdir.[5] Məhkəmə "tanrının dəqiq ev ünvanı olmadığı üçün məhkəmə işi ilə bağlı xəbərdalıq edilə bilmədiyini" əsas gətirərək məhkəmə işini buraxmışdır. Çembers tanrının hər şeyi gördüyünü və məhkəmə işindən xəbərdarlıq olduğunu bildirərək bir məhkəmə işi daha qaldırmışdır.[5][6]
Hindistanın Bihar ştatından olan vəkil Çandan Kumar Sinğ hinduizm tanrısı Ramanı həyat yoldaşı olan ilahə Sitaya pis davrandığını əsas gətirərək onu məhkəmə vermişdir. Məhkəmə işi "məntiqsiz" hesab edərək buraxmışdır.[7]
2001-ci ildə çəkilmiş Avstraliya filmi "Tanrını məhkəməyə verən adam" filmi bu mövzudan bəhs edir.
Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanında (1880) personajlardan biri ispan inkvizisitorun İsanın inkarnasiyası ilə qarşılaşması və onu sorğulayıb sürgün etməsi barədə hekayə danışır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.