Qazaxıstan Aviasiya general-mayoru From Wikipedia, the free encyclopedia
Talqat Yaqubbəy oğlu Bigəldinov qaz. Талғат Жақыпбекұлы Бигелдинов (5 avqust 1922, Maybalıq, Yeddisu vilayəti, Türkistan MSSR, RSFSR[d] - 10 noyabr 2014, Alma-Ata, Qazaxıstan) — SSRİ qırıcı təyyarə pilotu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, 24 iyun 1945-ci ildə Qırmızı meydanda Qələbə Paradının iştirakçısı, Qazaxıstan Aviasiya general-mayoru.
Talqat Yaqubbəy oğlu Bigəldinov | |
---|---|
qaz. Талғат Жақыпбекұлы Бигелдинов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 avqust 1922[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 noyabr 2014 (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ → Qazaxıstan |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1940—1956 |
Rütbəsi | general-mayor |
Döyüşlər | İkinci Dünya müharibəsi |
İstefada | Beynəlxal xeyriyyə fondunun prezidenti |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Talqat Yaqubbəy oğlu Bigəldinov 5 avqust 1922-ci ildə Türkistan MSSR-nin Yeddisu vilayətinin Maybalıq kəndində anadan olmuşdur.[2].
Arqın tayfasının Quandık qəbiləsindən olan Aqus nəslinin nümayəndəsidir.[3][4] Talqat Bigəldinov uşaqlığını Frunzedə (1926-cı ilə qədər Pişpək) keçirmişdir.[5][6][7][8]
Valideynləri sadə qazax kəndliləri idi. Anasının adı Hadia idi. Talqatın doğma atasının adı Tusupbəy idi, ancaq 6 yaşından atasının kiçik qardaşı Yaqubbəyin övladsız ailəsində böyümüşdü. Burada mövcud qazax ənənəsinə görə əmisinin ailəsinə verildikdən sonra Bişkek şəhərinə köçmüşdür. Talqat doğma valideynlərini erkən yaşda itirmişdi. Ailə kasıb olduğundan, çox ağır yaşayırdı.[2][9].
1938-ci ildə Talqat Bigəldinov Frunze şəhərindəki aero kluba daxil oldu. 1940-cı ildə Balaşov Hərbi Aviasiya Pilotlar Məktəbinə (Saratovun qərbində) daxil oldu. Sonra 1942-ci ildə məzun olduğu Çkalov Hərbi Aviasiya Məktəbinə (Orenburq şəhəri) qəbul edildi. 1943-cü ilin yanvarından İkinci Dünya müharibəsi cəbhələrində döyüşlərə qatıldı. Elə həmin Kommunist Partiyasına üzv seçildi. Döyüşlərə İl-2 təyyarəsində gedirdi. Sovet İttifaqı Qəhrəmanı S.P.Poşivalnikovun eskadrilyasında xidmət keçirdi. Qısa müddətdən sonra Poşivalnikovun müavini oldu.[10]
26 oktyabr 1944-cü il tarixində, Qvardiya Baş leytenantı Bigəldinov Talqat Yaqubbəy oğlu, hava döyüşlərində 4 düşmən təyyarəsini şəxsən vurduğu üçün Znamenka, Kropivnitski şəhərlərinin azad edilməsi zamanı göstərilən cəsarət və döyüş bacarığına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
1944-cü ilin payızında Qvardiya kapitanı Talqat Bigəldinov - 144-cü Qvardiya Hücum Aviasiya Alayının (9-cu Qvardiya Hücum Aviasiya Diviziyası, 1-ci Qvardiya Hücum Aviasiya Korpusu, 2-ci Hava Ordusu, 1-ci Ukrayna Cəbhəsi) eskadron komandir təyin olundu.
24 iyun 1945-ci ildə Moskvada Qırmızı meydanda Qələbə Paradının iştirakçısı olmuşdur.
Kapitan Talqat Yaqubbəy oğlu Bigəldinov 27 iyun 1945-ci ildə Krakov, Oppeln (indiki Opole) Breslau (indiki Vrotslav), Katovitse və Berlin uğrunda döyüşlərdə eskadron komandiri kimi düşmən qoşunlarına və texnikalarına hücumlara rəhbərlik etdiyi üçün ikinci Qızıl Ulduz medalına layiq görüldü.
Müharibənin iki ili ərzində Talqat Yaqubbəy oğlu Bigəldinov düşmən quru qoşunlarına hücum etmək üçün 305 dəfə döyüş uçuşuna çıxmışdı. O, hava döyüşlərində şəxsən 5 (dörd Me-109 və bir Yu-87) vurmuş və 2-ci qrupun bir hissəsi olaraq düşmən təyyarələrini, çox sayda canlı qüvvə və texnikasını məhv etmişdi.
Müharibədən sonra, 1950-ci ildə Hava Qüvvələri Akademiyasını bitirdi və 1956-cı ilə qədər SSRİ Hərbi Hava Qüvvələrində xidmətini davam etdirdi. 1957-1970-ci illərdə - mülki aviasiya sahəsində işləmişdir. Qazaxıstan SSR Mülki Aviasiya İdarəsinin sədr müavini vəzifəsində çalışmışdır. Alma-Ata, Aqtöbe, Karaqanda, Kostanay, Jambıl, Ust-Kamenoqorsk və digər bölgə mərkəzlərində uçuş-enmə zolaqlarının yaradılmasına rəhbərlik etmişdir.[11] 1968-ci ildə Talqat Bigeldinov Moskva İnşaat Mühəndisliyi İnstitutunu qiyabi olaraq bitirmiş, bundan sonra Qazaxıstan SSR-in Dövlət Tikinti sistemində rəhbər vəzifələrdə çalışmışdır.
2-3 və 12-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1946-1954 və 1989-1991-ci illərdə) olmuşdur. Böyük Vətən Müharibəsi əlillərinə və kimsəsiz uşaqlara yardım göstərən Beynəlxalq Xeyriyyə Fondunun prezidenti idi. Alma-Ata şəhərində yaşamışdır.
Polbin adına Orenburq Ali Hərbi Aviasiya pilot məktəbinin fəxri kursantıdır.
11 iyul 2014-cü ildən Toqanbai Kaumbayevin ölümündən sonra, Sovet İttifaqı Qəhrəmanı unvanının sahib Böyük Vətən müharibəsinin iştirakçısı olan yeganə qazaxçı idi. 31 Avqust 2012-ci ildən Hava Marşalı Aleksandr Yefimovun ölümündən sonra, Böyük Vətən müharibəsi dövründə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan yaşayan yeganə qəhrəmanı idi. 10 Noyabr 2014-cü ildə vəfat etmişdir. Alma-Atadaki Kensay-1 qəbiristanlığında dəfn edilmişdir.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.