Kensay qəbiristanlığı
Qazaxıstanda nekropol From Wikipedia, the free encyclopedia
Qazaxıstanda nekropol From Wikipedia, the free encyclopedia
Kensay qəbiristanlığı (qaz. Кеңсай) — Qazaxıstanın ən məşhur və ən gözəl nekropollarından biridir. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı sayılır. Burada bir çox siyasi xadimlər, mədəniyyət və incəsənət adamları və məşhurlar dəfn edilmişdir.
Qəbiristanlıq | |
Kensay qəbiristanlığı | |
---|---|
Кеңсай | |
| |
Ölkə | Qazaxıstan |
Şəhər | Almatı |
Əsası qoyulub | XIX əsrin sonu |
Sayt | kensai.kz |
43°15′53″ şm. e. 77°00′19″ ş. u.HGYO | |
|
Qazaxıstanın ən məşhur məzarlığı Kensay qəbiristanlığıdır. Qəbiristanlıq XIX əsrin sonlarından başlayaraq, Almatı şəhəri böyüdükcə salınmağa başlanmışdır. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı statusuna malikdir. Kensayda ölkənin məşhur siyasi xadimləri, alimləri, mədəniyyət və incəsənət adamları və hərbiçiləri dəfn edilmişdir.
Məzarlıq böyük təpənin arasında yerləşdiyindən adını burdan götürmüşdür. Belə ki, Qazax dilində "Kensay" sözü "böyük dərə" deməkdir. Qəbiristanlıq Almatının şərq hissəsində (şəhərin mərkəzindən 9 km aralı) Bazarbayev-Ormanov keçidindən bir az uzaqda, bütün şəhərin bir baxışdan göründüyü dağın zirvəsindədir. İnsanlar Kensay haqqında belə deyirlər ki: "Tələsməkdən və təlaşdan uzaq olaraq Allaha yaxın olun."
Kensay qəbiristanlığı müsəlman məzarlığıdır.[1] Burada Qazaxıstada hesab edilən mədəniyyət nümayəndələri,[2][3] din xadimləri, siyasətçilər və başqaları da daxil olmaqla Almatı və ölkənin bir çox insanı dəfn edilmişdir.[4] Bu səbəbdən qəbiristanlıq dəbdəbəsi ilə seçilir. Belə ki, Kensayda olan büstlər, məzar daşları ziyarətçilər üçün bədii plana böyük maraq göstərən abidələr və məzarlar vardır.
Kensay qəbiristanlığı böyük olduğundan iki hissəyə bölünür. Bunlar Kensay-1 və Kensay-2-dir. Kensay-1-də artıq boş yer olmadığından burda nadir hallarda dəfnlər həyata keçirilir. Hazırda dəfnlər əsasən qəbiristanlığın ikinci hissəsində aparılır. Qəbiristanlığın birinci hissəsində SSRİ övründə dəfn edilənlər üstünlük təşkil edir. Bu səbəbdən burdakı məzar daşları sadə qara və yaxud qırmızı mərmərdən və ağ daşdan düzəldilib. Birinci qəbiristanlıq ilə müqayisədə Kensay-2-dəki məzarlar daha dəbdəbəlidir. Kensay-2-nin tam mərkəzində, yüksək təpədə, 2004-cü ildə öldürülmüş maliyyəçi Yerlan Tatişevin qəbrininin üzərində böyük bir məzar daşı var. Qəbir daşı kosmik kürə şəklində hazırlanmış bir tağdır. Bunun girişinin yanında bankir portreti olan nəhəng ağ abidə qoyulmuşdur.
Kensay qəbiristanlığının müsəlmanlar üçün olmasına baxmayaraq, orada bir alman da basdırılıb. Bu tərcüməçi və publisist Harold Berqerdir. Müsahibələrindən birində Belger qazax dilinin onu sözün əsl mənasında sehrlədiyini etiraf etmişdir. Belger rus dilini mükəmməl bilirdi, alman dilində sərbəst danışırdı, ancaq qazax dilində bilik səviyyəsi onlardan az deyildi. Belqer öz vəsiyyətində müsəlman adətlərinə görə dəfn olunmasını istəmişdi.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.