Dinməhəmməd Əhməd oğlı Qonayev (qaz. Дінмұхаммед (Димаш) Ахметұлы Қонаев; rus. Динмухаммед Ахмедович Кунаев; 12 yanvar 1912[1], Almatı, Yeddisu vilayəti, Rusiya imperiyası[2] – 22 avqust 1993[1]) — Qazaxıstan SSR MK I katibi; Üçqat Sosialist Əməyi Qəhrəmanı.
Dinməhəmməd Kunayev | |
---|---|
qaz. Дінмұхамед Ахмет ұлы Қонаев | |
7 dekabr 1964 – 16 dekabr 1986 | |
Əvvəlki | İsmail Yusupov |
Sonrakı | Gennadi Kolbin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1912[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1993[1] (81 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Dinməhəmməd Qonayev 12 yanvar 1912-ci ildə Almatıda anadan olub. Ali məktəbi 1936-cı ildə Moskvada bitirib. 1942-ci ildə Qazaxıstanın Nazirlər Kabinetində əmək fəaliyyətinə başlayır. 1948-ci ildə texniki elmlər doktoru, 1952-ci ildə Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü olur. Həmin ildən 1955-ci ilə qədər Elmlər Akademiyasına rəhbərlik etmişdi. 1960-cı ildə Qazaxıstan Kommunist Partiyasının Baş Katibi seçilir. Qısa fasilə ilə 1986-cı ilə qədər həmin vəzifəni icra etmişdi. Qazax xalqı və dövləti üçün gördüyü böyük işlərə görə çox böyük nüfuz sahibi olur.
Dinməhəmməd Qonayev 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdi.[3][4][5][6][7]
D.Qonayev vəzifəsindən kənarlaşdırılandan sonra qazax xalqı, xüsusilə də gənclər küçələrə axışdı və onun vəzifədən azad edilməsi haqqında əmrin ləğv edilməsini tələb etdilər. 1986-cı ilin 17–18 dekabrında meydana çıxan etiraz dalğası Qazaxıstanın 6 ayrı-ayrı şəhərini əhatə etdi. Bu həm də qazax xalqının rus müstəmləkəçilik siyasətinə və qazax xalqının assimlyasiya edilməsi planlarına qarşı ilk böyük etiraz dalğası idi. Sovet imperiyasının rəhbərliyi təkcə 1930-cu ildən 1933-cü ilə qədər keçən 3 illik zaman kəsimində 2 milyondan artıq qazax türkünü məhv eləmişdi.
D. Qonayev 22 avqust 1993-cü ildə vəfat edib.
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.