Türkiyə İstiqlaliyyət müharibəsi
Mustafa Kamalın rəhbərlik etdiyi müqavimət hərəkatının işğalçı qüvvələrə və onların əməkdaşlarına qarşı siyasi və hərbi mübarizəsi / From Wikipedia, the free encyclopedia
Türk İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə.[20][21][22][23][24]
Türkiyə İstiqlaliyyət müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix | 19 may 1919 – 11 oktyabr 1922 (atəşkəs) 24 iyul 1923 (sülh) | ||
Yeri | Anadolu və Frakiya | ||
Səbəbi | Türkiyə torpaqlarının işğalı | ||
Nəticəsi |
Türk Milli Hərəkatının qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə[lower-alpha 1] müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı. Antanta (Müttəfiqlər) Anadolunu və Şərqi Frakiyanı tamamilə tərk etdilər. Türkiyə Böyük Millət Məclisi 1923-cü ilin 29 oktyabrında Türkiyə Respublikasınının yaradıldığını elan etdi.[25][26]
Osmanlı imperiyasının uzun illər durmadan torpaq itirməsi və zəifləməsi nəticəsində Anadoluda Antanta qüvvələrinin işğal rejimi qurması buradakı türklərin böyük milli mübarizəsinə səbəb oldu. Bu mübarizənin nəticəsində Antanta qüvvələri Anadoludan çıxarıldı, Osmanlı imperiyası süqut etdi və Atatürk islahatları nəticəsində yeni modern, sekulyar Türkiyə dövləti yaradılmağa başladıldı. 1924-cü ilin 3 martında rəsmi olaraq Xəlifəlik ləğv edildi və son xəlifə sürgün edildi.[27][28]