From Wikipedia, the free encyclopedia
DC Comics personajı olan Supergörl/Kara Zor-El-in macəralarına əsaslanan ABŞ superqəhrəman teleserialı olan "Supergörl"ün birinci mövsümünün istehsalı 2015-ci ilin mayında sifariş edilmiş, həmin ilin noyabrında çəkilişlərin Los-Ancelesdə baş tutacağı, Melissa Benoystun isə əsas rolu canlandıracağı bəlli edilmişdir. Benoyst ilə yanaşı aktyor heyətinə Mehkad Bruks, Kayler Li, Ceremi Cordan, Devid Hervud və Kalista Flokhart daxil olmuşdur.
Serialın premyerasını 12.96 milyon nəfər izləmişdir ki, bu da NBC telekanalının "Kor zona" serialı ilı ilə yanaşı onu 2015–2016-cı il televiziya mövsümünün ən böyük baxışlı televiziya premyerasına çevirmişdir. Serialın premyerası 26 oktyabr 2015-ci ildə CBS telekanalında baş tutmuş və 18 aprel 2016-cı ilə kimi birinci mövsümə daxil olan 20 seriya yayımlanmışdır. Birinci mövsüm ümumilikdə müsbət rəylər almışdır. 12 may 2016-cı ildə serialın ikinci mövsümünün çəkiləcəyi və The CW telekanalında yayımlanacağı elan edilmişdir.
Əsas heyət
|
İkinci heyət
|
"The Talk" verilişinin aparıcıları Sara Gilbert, Culi Çen, Şeron Osborn, Aişa Tayler və Şeril Andervud kameo rolunda özlərini canlandırmışlar.[35]
№ seriya | № mövsüm | Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal yayım tarixi | Prod. kodu | İzləyicilər – U.S. (mln) |
---|---|---|---|---|---|---|---|
1 | 1 | Pilot | Qlen Uinter | Ssenari: Qreq Berlanti & Ali Adler & Endryu Kreysberq Telehekayə: Ali Adler | 26 oktyabr 2015 | 276088 | 12.96[36] |
Kal-Elin vətəni olan Kriptonun dağılmasından əvvəl, körpəni müdafiə etmək üçün onun gənc əmisi qızı olan Kara Zor-El xüsusi kapsulda Yerə göndərilir. Planetin partlaması onun gəmisinin Fantom zonada yolunu itirməsinə səbəb olur və 24 il ərzində gəmi həmin ərazidə fırlanır, daha sonra isə Yerə eniş edir. O zamana qədər artıq böyüyərək Supermen kimi tanınmış Kal-El Denverslər ailəsindən Karanın qayğısına qalmağı xahiş edir. On iki il sonra bacılığı Aleksin uçduğu təyyarədə sabotaj baş verdikdə Kara məcburən supergücünü istifadə etməli olur. Kara öyrənir ki, Aleks Henk Henşounun rəhbərlik etdiyi və yadplanetlilərin aktivliyinin tədqiq edildiyi Paranormal Əməliyyatlar Departamentində (ing. D. E. O., Department of Extra-Normal Operations) çalışır. Həmçinin Karaya danışırlar ki, onun Yerə uçuşu zamanı Fantom Zonadakı qalaktikalararası həbsxanadan qaçmış çoxlu sayda yadplanetli cinayətkarlar da onun ardınca planetə gəlib və insanlar arasında sığınacaq tapıb. Həmin cinayətkarların bir çoxu vaxtilə Karanın anası Alura tərəfindən həbs edilmişdi. Karanın fəaliyyəti Vartoksun diqqətini çəkir və Aleksin köməyi ilə düşmən məğlub edilir. Karanın çalşdığı yerli qazet gənc qəhrəmanı Supergörl adlandırmağa başlayır. Yeni fotoqraf Ceyms Olsen özünün Karaya nəzarət etmək üçün göndərildiyini bildirir və Supermenin hədiyəsi olan plaşı ona çatdırır. Seriyanın sonunda göstərilir ki, Vartoks, Aluranın eyni yumurtadan əkizi olan Astranın göstərişi ilə hərəkət edib və Astranın məqsədi Yeri tamamilə işğal etməkdir. | |||||||
2 | 2 | 2. Birlikdə daha güclüyük | Qlen Uinter | Ssenari: Qreq Berlanti & Endryu Kreysberq Telehekayə:Endryu Kreysberq & Ali Adler | 2 noyabr 2015 | 4X7602 | 8.87[37] |
Bir sıra uğursuzluqlara düçar olduqdan sonra, Supergörl üçün müsbət imic formalaşdırmaq məqsədi ilə, Kara, Uinn və Ceymsdən ona kömək etmələrini xahiş edir. Henk və Aleks isə Kara üçün güclü fiziki məşqlər təşkil edirlər. Bu zaman Kara öyrənir ki, Hellqramit növünə aid olan və Fort-Ross-dan qaçmış böcəyəbənzər yadplanetli qidalandığı turşutərkibli maddələri axtarır. D.E.O. yadplanetlini tutmağa çalışsa da, o qaça bilir, həmçinin Aleksi qaçıraraq Astranın yanına gətirir. Astra Aleksi Kara üçün tələ kimi istifadə edir. Kara və Astra döyüşdükdə Henk kriptonitdən hazırlanmış bıçaqla Astranı yaralayır; Aleks böcəyəbənzər yadplanetlini öldürür. Karanın gözlənildiyindən daha güclü olduğunu və insanların kriptonlulara qarşı silaha malik olmalarını anlayan Astra müvəqqəti olaraq planlarından əl çəkir. CatCo Media mediakompaniyasının prezidenti Ket Krant Supergörllə xüsusi müsahibə alması üçün fotoqraf Ceymsə təzyiq edir. Ceyms düşünür ki, onu super dostları ilə (Supermen və Supergörl) əlaqə yaratmaq üçün istifadə edirlər. Bu arada Kara şəxsiyyəti ilə bağlı sirrin açılmasından narahat olur. Müsahibəyə razılıq verən Kara Ceymsin işdən çıxarılmasının qarşısını alır. Seriyanın sonunda göstərilir ki, Henkin də sirri var: onun gözləri hərdən qırmızı işıq saçır. | |||||||
3 | 3 | Döyüş və ya uç | Dermott Douns] | Maykl Qrassi & Raşel Şukert | 9 noyabr 2015 | 4X7603 | 8.07[38] |
Ket Qrantla müsahibə zamanı Supergörl təsadüfən Supermenin kuzinası olmasını ağzından qaçırır. Buna görə ona hücum edən Reaktron Supergörlü öldürməklə Supermendən qisas almaq istəyir. Xilas olan Supergörl Reaktronun yüksək texnologiyalı kostyumunu zədələyir. Bundan sonra “Lord Technologies” şirkətinin baş ofisinə hücum edən Reaktron, Şirkət rəhbəri Maksvell Lordu qaçırır və kostyumunu təmir etməyi tələb edir. Kara öyrənir ki, Supermen bir dəfə Reaktronu məğlub edib və döyüş zamanı istəmədən onun həyat yoldaşını da öldürüb. Reaktronun gizləndiyi yerə gedən Kara Lordu xilas etsə də ağır yaralanır və bu zaman Supermen onu xilas edir. Kara, Supermeni köməyə çağırdığına görə Ceymsə qəzəblənir, çünki, Poladdan adamdan asılı olmaq istəmir. Ket Qrant tərəfindən təşkil edilmiş ziyafətə gələn Reaktron Supergörlü axtarır. Ceymsin köməyi ilə Supergörl Reaktronu məğlub edir və onun kostyumunun qidalanma nüvəsini çıxarır. Məlum olur ki, Ceymsin keçmiş nişanlısı Lüsi Leyn (Lois Leynin bacısı) onunla münasibətlərini bərpa etmək üçün Neyşnl-sitiyə gəlib. | |||||||
4 | 4 | O bunu necə edir? | Tor Frydental | Yalin Çenq & Ted Sallivan | 23 noyabr 2015[lower-alpha 1] | 4X7604 | 7.19[42] |
Mükafat almaq üçün səyahət edən Ket Qrant azyaşlı oğlu Karterə nəzarət etməyi Karaya tapşırır. Supergörl anlayır ki, pilotsuz uçan qurğu vasitəsiylə onu izləyirlər. “Lord Technologies”in laboratoriyalarından birində bomba partlayışı baş verir, daha sonra isə oxşar bir bomba şirkətin əsas ofisində aşkar edilir. Kara ikinci bombanı havaya ataraq insanları xilas edir və D.E.O.-da Henkin qırmızı gözlərini görür. Ceyms və Lüsi hər biri ayrılıqda Kara ilə danışıq zamanı ayrılığa görə məsuliyyəti digərinin üstünə atır. D.E.O. müəyyən edir ki, bombanı qoyan şirkətin keçmiş işçilərindən biridir və onun sonuncu hədəfi yeni təqdim edilən sürətli qatar olacaq. Nəzarətsiz qalmış Karter, fanatı olduğu Supergörlü görmək ümidi ilə həmin qatara minir. Eyni zamanda daha bir bomba hava limanında aşkarlanır və Henk Henşou gözləri ilə həmin bombanı zərəsizləşdirir. Partlayışları araşdıran Aleks və Kara müəyyən edirlər ki, terror Maksvell Lordun özü tərəfindən təşkil edilmişdi və onun məqsədi Supergörlün nə qədər güclü olduğunu müəyyənləşdirmək idi. | |||||||
5 | 5 | Gərginlik altında | Kevin Tankaroen | Roberto Aquir-Sakasa & Keytlin Parriş | 16 noyabr 2015[lower-alpha 1] | 4X7605 | 7.77[43] |
Eliza Denvers Şükranlıq günü bayramını birlikdə keçirmək üçün qızları Aleks və Kara Denverslərin yanına gəlir. Supergörl haqqında canlı efirdə sarkastik ifadələr səsləndirən radio aparıcı Leslini tənqid edən Ket Qrant, onu növbətçi reportyor kimi vertolyotla göndərir. Güclü şimşək zamanı Supergörl Leslini xilas etməyə çalışsa da, onları şimşək vurur və Leslidə elektromaqnit gücü əmələ gəlir. Lesli LayvVayr adı götürərək Ketdən qisas almağa çalışır. Supergörl ona imkan vermir və həbs edərək D.E.O.-da saxlayır. Evdə Eliza qızlarına danışır ki, illər əvvəl onların atası Ceremi Denvers D.E.O.-nun Karanı onların əlindən almaması üçün özünü işçi olaraq Henk Henkşouya təklif etmiş, daha sonra isə sirli şəkildə ölmüşdür. Qızlarda Henkşouya qarşı şübhə yaranır. | |||||||
6 | 6 | Qrımızısifət | Cessi Varn | Maykl Qrassi & Raşel Şukert | 30 noyabr 2015 | 4X7606 | 8.02[44] |
Ket Qrantın anası Katerina Qrant və Lüsi Leynin atası general Sem Leyn Neyşnl-sitiyə gəlirlər. Həmçinin şəhərdə Qırmızı tornado adlı yeni cani peyda olur. D.E.O.-nun məlumatlar bazasının sındırılmasından sonra Aleks və Kara öyrənirlər ki, Henkşou Aleksin atası Ceremini sağ görən sonuncu adam olmuş, əməliyyat haqqında məlumatın bir hissəsini silmiş və qızların atasının itməsini gizlətmişdir. Seriyanın sonunda Kara stakanın kəsiyi ilə əlini yaralayır və qan axmağa başlayır ki, bu da onun güclərini itirməyə başladığını göstərir. | |||||||
7 | 7 | Bir günlük insan | Larri Tenq | Yalin Çanq& Ted Sallivan | 7 dekabr 2015 | 4X7607 | 7.67[45] |
Qırmızı tornado ilə döyüş Karanı supergüclərindən məhrum etsə də, şəhərdə baş verən zəlzələdən sonra o, Ceyms və Uinnlə birlikdə insanlara kömək etməyə çalışır; D.E.O.-da zəlzələ kameralardan birini zədələyir və nəticədə telepatiya gücünə malik təhlükəli yadplanetli olan Cemm qaçır. Aleks və Henk onu tutmağa çalışırlar. Henk ona öz sirrini açır: bəlli olur ki, Henk özünü göstərdiyi adam yox Con Cons adlı sonuncu marslıdır və çevrilmə qabiliyyəti sayəsində Henkşounun yerini tutmuşdur. Marslı Aleksə başa salır ki, əsl Henkşou onun atasının qatili idi və Marslını da öldürməyə çalışırdı, o isə Aleksin atasına qızların qayğısına qalmağa söz vermişdir. Kara gücünü qaytarmağa müvəffəq olsa da, seriyanın sonunda Astra və tərəfdarlarının hücumuna məruz qalır. | |||||||
8 | 8 | Düşmənin tutulması | Karen Qaviola | Roberto Aquir-Sakasa & Keytlin Parriş | 14 dekabr 2015 | 4X7608 | 7.28[46] |
Kara Astranın əsgərlərindən xilas olur; CatCo-nun sovetlər şurasının rəhbəri Ket Qrantı işdən uzaqlaşdırmağa çalışır. Astra D.E.O.-ya təslim olur, bu zaman onun tərəfdarları Lord Technologies şirkətinə hücum edirlər. Ket Karanın sirrini açır. | |||||||
9 | 9 | Qan bağları | Stiv Şill | Ted Sallivan & Derek Saymon | 4 yanvar 2016 | 4X7609 | 8.75[47] |
Astranın tərəfdarları Lord Technologies şirkətinə hücumu dayandıraraq Henkşounu əsir alır və D.E.O.-dan onu Astra ilə dəyişməyi tələb edirlər. Ket Qrant Kraya təzyiq edərək ondan Supergörl olması haqqında sübut və ya etiraf tələb edir. Kara və Aleks direktoru Astraya dəyişirlər. Henkşou Supergörl siması alaraq Kara ilə birlikdə onun görüşünə gəlir və qızdan diqqəti yayındırır. | |||||||
10 | 10 | Uşaq işləri | Ceymi Babbit | Ssenari: Yalin Çanq Telehekayə:Anna Maski-Qoldvin & Ceyms DeVill | 18 yanvar 2016 | 4X7610 | 8.77[48] |
Uinn öyrənir ki, onun Oyuncaqçı ləqəbi ilə cinayətlər törətmiş atası həbsdən qaçıb, Kara isə dostuna problemi həll etməyə kömək edir. Aleks Henki yola gətirir ki, Lord Technologies şirkətinə girmək üçün öz gücünü istifadə etsin və Ceyms Olsen tərəfindən orda tapılmış gizli laboratoriyanı araşdırsın. Ket Qrant Lüsi Leyni baş hüquq məsləhətçisi vəzifəsinə işə götürür, Ceyms bu xəbərdən narahat olur. Uinn Karanı sevdiyini etiraf edir. Gizli kamera sayəsində Maksvell Lord Aleks və Supergörlün bacı olduqlarını öyrənir. | |||||||
11 | 11 | 11. Başqa planetdən olan qəribə ziyarətçi | Qlen Uinter | Maykl Qrassi & Keytlin Parriş | 25 yanvar 2016 | 4X7611 | 7.90[49] |
Senatorun yadplanetlilərə qarşı çıxışı zamanı ona naməlum varlıq hücum edir və Supergörl sayəsində siyasətçi xilas olur. Henk bədheybəti tanıyır və Marsda ailəsini öldürdüyünə görə ondan qisas almağa çalışır. Yadplanetli senatorun cildinə girir və Henki tələyə salır. Şəhərdə Supergörlün oxşarı peyda olur. | |||||||
12 | 12 | Bizarro | Con Şoualter | Roberto Aqirre-Sakasa & Raşel Şukert | 1 fevral 2016 | 4X7612 | 6.68[50] |
Maksvell Lord Karanın və komada olan gənc qızın DNT-sini qarışdıraraq yeni Supergörlün oxşarını yaradır. Supergörl onu öldürmək üçün proqramlaşdırılmış oxşarı ilə qarşılaşmalı olur. Aleks və Henk oxşarı sintetik kriptonitlə zərərsizləşdirməyi planlaşdırırlar. Maks Lord Karanın sirrini açmaqla hədələyir və Aleks onu D.E.O.-da kameraya yerləşdirir. Seriyanın sonunda qəribə bitki Karaya hücum edir. | |||||||
13 | 13 | 13. Hər şeyi olan qız üçün | Dermott Dauns | Ssenari: Endryu Kreysberq Telehekayə:Ted Sallivan & Darek Saymon | 8 fevral 2016 | 4X7613 | 7.92[51] |
Astranın adamlarının işi olan bitkinin təsiri ilə Kara hallüsinasiyalar görməyə başlayır. D.E.O. paraziti qızın bədənindən çıxarmaq üçün yollar axtardığı müddətdə Karanın cildinə girən Henk onun yerinə CatCo-da işə çıxır. Astranın əsgərlərinin mülki əlaqə peyklərini ələ keçirmək planından xəbər tutan D.E.O. hücuma keçir, Henkə atəş açılmasından bir an əvvəl Aleks Astranı öldürür. | |||||||
14 | 14 | 14. Həqiqət, ədalət və amerikan yolu | Leksi Aleksandr | Ssenari: Maykl Qrassi Telehekayə:Yalin Çanq & Keytlin Parriş | 22 fevral 2016 | 4X7614 | 7.25[52] |
Keyt Qrantın işə götürdüyü ikinci köməkçi Karanın həyatını çətinləşdirməyə çalışır. Kara Maks Lordun D.E.O. həbsxanasından buraxılmasına qarşı çıxır və buna görə onun Ceymslə münasibətləri pisləşir. CatCo Lordun axtarışı üçün jurnalist araşdırmasına başlayır. Ağır zirehli yadplanetli qalaktikalararası həbsxanadan qaçmış bütün yadplanetliləri tutaraq öldürür və o, Supergörlü tutmağa müvəffəq olur. | |||||||
15 | 15 | Tənhalıq | Dermott Dauns | Ssenari: Raşel Şukert Telehekayə:Anna Maski-Qoldvin & Ceyms DeVill | 29 fevral 2016 | 4X7615 | 6.69[53] |
Haker əldə etdiyi məlumatı yayımlamaq xahişi ilə CatCo-ya göndərir. Ket Qrantın imtinasından sonra haker şəhər infrastrukturları və banklara hücum edir. Məlum olur ki, yadplanetli vaxtilə Karanın Fantom Zonadan çıxmasını təmin etmiş və Fort-Rossdan qaçmış yadplanetli İndiqodur. İndiqo Neyşenl-sitinin məhv edilməsi üçün atom bombalarını aktivləşdirməyi planlaşdırır və Supergörllə qarşılaşmalı olur. Henkə qəzəblənən Kara D.E.O.-ya qayıtmaqdan imtina edir; Aleks etiraf edir ki, Astranı Con öldürməyib. | |||||||
16 | 16 | Qovulma | Larri Tenq | Robert Rovner & Cessika Kveller | 14 mart 2016 | 4X7616 | 6.53[54] |
Yanğın zamanı xilasetmə həyata keçirən Supergörl təsadüfən qırmızı kriptonitlə əlaqəyə keçir və o, qəhrəmanın kimliyinə təsir edir. Məlum olur ki, həmin maddəni Maks Lord yaradıb. Supergörl tədricən özünün qəzəbli və qəddar variantına çevrilir. D.E.O. onu tabe edə bilsə də, əvəzində Marslının əsl simasını hamı görür. | |||||||
17 | 17 | Ovçu | Kris Fişer | Ssenari:Derek Saymon Telehekayə:Sindi Lixtman & Raşel Şukert | 21 mart 2016 | 4X7617 | 6.00[55] |
Supergörl şəhərin etibarını qaytarmağa çalışır; Lüsi Leyni hüquq məşvərətçisi kimi istifadə edən polkovnik Harper D.E.O.-ya gələrək Con Consun keçmişi ilə maraqlanır. Marslı və Aleksi həbs edərək Kadmus layihəsinə göndərirlər. Kadmus yadplanetliləri tədqiq etmək üçün yaradılmış laboratoriyadır. Onları xilas etmək üçün Kara əslində Supergörl olması sirrini Lüsiyə açır və kömək etməsi üçün onu yola gətirir. Azad edilən Con Cons Harperin yaddaşını təmizləyir və öyrənir ki, Aleksin atası sağdır və Kadmus layihəsində saxlanılır. CatCo-dan qovulmuş Şivan buna görə Karadan qisas almağa çalışsa da, damdan yıxılır və öyrənir ki, qışqırığı ilə baryer yarada bilir. | |||||||
18 | 18 | Dünyanın ən yaxşıları | Nik Qomez | Ssenari:Qreq Berlanti Telehekayə:Endryu Kraysberq & Maykl Qrassi | 28 mart 2016 | 4X7618 | 7.17[56] |
“Fleş” teleserialı ilə krossover seriyası. Bu seriyada baş verən hadisələr “Fleş” teleserialının ikinci mövsümünün 18-ci seriyası ilə əlaqəlidir. Kara özünü Ceymslə necə aparmağı bilmir, Ket ona daha passiv mövqe tutub Ceymsin müstəqil qərar verməsinə imkan yaratmağı məsləhət görür. O, həm də qırmızı kriptonitin təsiri altında etdiklərinə görə şəhər sakinlərinin gözündə günahını necə yumağı bilmir. Heç kimin ona kömək edə bilməyəcəyini anlayan Şivon D.E.O.-nu tərk edir, lakin, qəzəbi onu işdən çıxarılmasına görə qisas almaq üçün yenidən işə gələrək Karanı öldürməyə məcbur edir. Onun buraxdığı səs dalğası Karanı göydələnin pəncərəsindən aşağı atır. Bu andaca Supergörlün kainatında Fleş peyda olur. Pəncərədən yıxılan qızı görən Barri binanın fasadı ilə qaçaraq onu göyrə tutur və şəhər kənarına qaçırır. Daha sonra onlar hər ikisi bir-birinin güclərinə təəccüblənirlər. Başqa bir dünyaya düşdüyünü anlayan və bu dünyada heç kimin Fleş, Yaşıl Ox, Qara bülbül, Alov fırtınası və ya Zum haqqında heç nə eşitmədiyini başa düşən Barri, kimliyi haqqında sirri Karaya açır. Kara Barrini Ceyms və Uinn ilə tanış edir. Barri isə öz növbəsində yadplanetlilərin mövcudluğuna və Karanın yadplanetli olmasına təəcüblənir. Şivon xalasını ziyarət edir və onun sözlərindən bəlli olur ki, ailə üzərində banşi lənəti var. Lənətdən xilas olmaq üçün isə nifrət obyektini öldürmək lazımdır, Şivonun nifrət obyekti isə Karadır. Supergörlün həmişə Karanı xilas edəcəyini başa düşən Şivon ilk növbədə qəhrəmanı aradan qaldırmağa qərar verir. Bunun üçün o, Leslini D.E.O. kamerasından azad edir və birlikdə çalışmağı təklif edir. Leslinin köməkliyi ilə imicini dəyişən Şivon Gümüş banşi ləqəbli cinayətkara çevrilir. Barri elmi bilikləri sayəsində D.E.O.-ya Leslinin yerini müəyyənləşdirməyə kömək edir. Plan qurmaq əvəzinə Kara, Barriyə yerində qərar verməyi təklif edir. Onlar cinayətkarların olduğu anbara gəlir, lakin, heç biri düşmənin öhdəsindən gələ bilmədiyinə görə qaçmalı olurlar. Ceymsin Karanı Barriyə qısqandığını anlayan Ket, qıza bu yolda irəliləməyi məsləhət görür. Lesli və Şivon Keti qaçıraraq qəhrəmanlarla parkda görüş təyin edirlər. Qəhrəmanlar görüş yerinə gəlsələr də, cinayətkarlar yenidən güclü çıxırlar. Barrini zərərsizləşdirən Lesli verolyotu salmağa çalışsa da, Kara uçaraq zərbəni özünə götürür. Bunu görən şəhər sakinləri yenidən superqəhrəmanın tərəfini tutaraq onu əhatə edir və cinayətkarların ona ziyan vurmasına imkan vermirlər. Yanğınsöndürənlər suvuranlarla Leslini zərərsizləşdirirlər, Şivonun qarşısını isə elektroşokla alırlar. Barrinin köməkliyi ilə şəhər həbsxanasında metainsanları saxlamağa qadir olan kameralar yaradılır. Kara və Barri sağollaşırlar. Barrinin öz dünyasına qayıtması üçün lazım olan sürətə çatmasında Kara köməklik göstərir. Kara Ceymsi evə dəvət edir və onlar öpüşürlər. Lakin, Ceyms və bütün şəhər sakinləri küçəyə çıxaraq zombi kimi naməlum istiqamətə getməyə başlayır. Məlum olur ki, bu Nonun işidir. | |||||||
19 | 19 | 19. Miriada | Adam Keyn | Yalin Çenq & Keytlin Parriş | 11 aprel 2016 | 4X7619 | 6.12[57] |
Supermen də daxil olmaqla, Neyşenl-siyi sakinlərinin hamısı Miriadanın effektinə tabe olurlar. Yalnız Kara, Maks Lord və Ket Qrant bu təsirin altına düşümür. Maksvell Lord şəhər üzərində kriptonit bombası partlatmağa çalışır, bu isə kriptonlulara ziyan vurmaqla yanaşı həm də çoxlu adamı öldürə bilər. Buna görə də Kara alternativ həll yolu axtarır. Aleks və Henşou şəhərdən qaça bilsələr də, Karaya kömək etmək üçün qayıtmalı olurlar. İndiqo onların yaxınlaşmasını hiss edir, qarşıdurma zamanı Henşou məğlub olur, Aleks isə əsir düşür. | |||||||
20 | 20 | 20. Mələklər daha yaxşıdır | Larri Tenq | Ssenari:Endryu Kreysberq & Ali Adler Telehekayə:Robert Rovner & Cessika Kveller | 18 aprel 2016 | 4X7620 | 6.11[58] |
Kara Nonun təsiri altında olan Alekslə döyüşür. Gərgin anda Marslı Aleksin anası ilə birlikdə peyda olur, anasının təsiri ilə Aleks zəkasını nəzarətdən xilas edə bilir. Beləliklə də, komanda Miriadanın təsirinin aradan qaldırılmasında açarın nə olmasını öyrənir. Televiziya vasitəsiylə şəhər əhalisinə müraciət edən Supergörl onları təsirdən xilas olmağa ilhamlandırır. Lakin, İndiqo Nonu Miriadanın gücünü artıraraq insanları xilas etməyə kömək edir. Maks xəbəradrlıq edir ki, Kara Non və İndiqo ilə qarşıdurmadan sağ çıxmaya bilər, Marslı isə ona kömək etməkdə israrlı olduğunu göstərir. D.E.O. müəyyənləşdirir ki, Miriada Fort-Rossdan qidalanır və o, Nevadada səhrada gizlədilmişdir. Kara və Aleks Miriadanı zərərsizləşdirirlər, Marslı amnistiya alır və vəzifəsinə bərpa olunur. Ket Qrant Karanın vəzifəsini qaldırır. Seriyanın sonunda Kriptonda hazırlanmış daha bir kosmik gəmi şəhərə düşür. |
2014-cü ilin sentyabrından etibarən "Warner Bros. Television" Kara Zor-El / Supergörl haqqında teleserial istehsalına başlayır. Layihənin icraçı prodüserləri kimi Qreq Berlanti ("Ox" və "Fleş" teleseriallarının yaradıcısı və prodüseri), həm də ssenari yazılmasında iştirak etmiş Ali Adler və "Berlanti Productions"dan Sara Şexter çıxış etmişlər. DC Comicsdən Ceff Cons da layihənin inkişafında iştirak etmişdir. Serial üçün nəzərdə tutulan adlar arasında "Super" və "Girl" adları da var idi.[59] Bir müddət sonra Berlanti serial üzərində iş getdiyini təsdiqləyir, layihənin hələ inkişaf mərhələsində olduğunu və heç bir yayım şəbəkəsinə verilmədiyini bildirir.[60] 20 sentyabrda CBS telekanalının teleseriala ev sahibliyi edəcəyi elan olunur[61], mümkün premyera tarixinin isə 2015–2016-cı yayım mövsümündə ola biləcəyi göstərilir.[6]
6 may 2015-ci ildə rəsmən serialın istehsalına başlanılır.[62] 30 noyabr 2015-ci ildə 20 seriyalı tam mövsüm üçün CBS telekanalı "Supergörl"ün əlavə yeddi seriyasını da sifariş edir.[63]
2015-ci ilin yanvarında CBS Entertainment sədri Nina Tassler serialın prosedual xarakterli olacağını bildirərək deyir: "[Cinayət] işi olacaq, lakin, Ali Adler və Qreq Berlanti tərəfindən yazılmış ssenari tağı serialda qəhrəmanın əsas inkişaf xətti olacaq. Bunun gözəlliyi ondadır ki, "Yaxşı həyat yoldaşı" və "Madam dövlət katibəsi" seriallarında olduğu kimi həftəyə uyğun hadisə elementlərini serialda istifadə edə bilirsən. O, kriminalistdir, buna görə də cinayətlərin üstünün açılması ilə məşğul olacaq."[64] 2015-ci ilin iyulunda Adler Supermenin şouya nə qədər təsir edəcəyindən danışır: "Bizim prototipimiz "Vitse-president"də prezidentə yanaşılma yoludur. Biz sözsüz ki, Culiya Lui-Dreyfusun həmin serialda canlandırdığı personajdan ilhamlanmışıq. Son nəticədə serial Supergörl haqqındadır və hadisələr onun baxış mövqeyindən işıqlanacaq."[65]
Kara Zor-El / Supergörl rolu üçün istehsalçılar 22–26 yaş arasında Qafqazoid tipli aktrisa axtarırdılar.[66] 2015-ci ilin yanvarında "The Hollywood Reporter" aktrisa Melissa Benoystnın əsas rolu canlandıracağını bildirir.[67] Sonradan Benoyst bildirir ki, "rol üçün dinləmələr uzun müddət – üç aya yaxın davam etmişdir"[68]; o, rol üçün dinləmədən keçirilmiş ilk aktrisa olmuşdur[69]; rol üçün dinləmədən keçirilən aktrisalar arasında Kleyr Holt və Gemma Atkinson da olmuşdur.[70][71] Elə həmin ay, Cimmi Olsen personajı əsasında yaradılmış Ceyms Olsen obrazının canlandırılması üçün Mehkad Bruksun seçildiyi elan edilmişdir.[2] Komikslərdə "Cimmi" adlandırılan və Qafqazoid tipli olan personaj filmdə "Ceyms" adlandırılmış və Afro-Amerikan tipli təsvir edilmişdir. "Ağların ağ, qaraların qara, Latın Amerikalıların Latın Amerikalı olduğu" 1940-cı illərdən fərqli olaraq Bruks bunu "irqlərin qarışdırılması" adlandırır.[72] Fevral ayında Kayler Li serial üçün yaradılmış orijinal personaj olan[73] Aleks Denvers rolunu canlandırmaq üçün seçilmişdir.[3] Həmin aydaca Devid Hervud və Kalista Flokhart müvafiq olaraq Henk Henşou və Ket Qrant rolları üçün seçilmişlər.[3][6] Sonradan bəlli oldu ki, Hervudun canlandırdığı personaj özünü Henşou kimi qələmə verən Con Cons / Marslı Ovçu olmuşdur.[5] Mart ayında Ceremi Cordanın Uinslou "Uinn" Skott rolunu canlandıracağı bildirilmişdir.[4] Serial üçün personaj Uinslou Skott / Oyuncaqçının oğlu kimi yaradılmış və komikslərdə həmin personajın oğlu olan Anton Skottdan fərləndirilmişdir.[74]
2015-ci ilin fevralında elan edilir ki, "Ox" və "Fleş" teleseriallarının həmmüəllifi olan Endryu Kreysberq yazıçı və icraçı prodüser kimi layihəyə qoşulur[75], daha sonra isə əvvəllər "Ox", "Fleş" və "Smolvil" serialları üzərində çalışmış Qlen Uinterin pilot seriyasının rejissoru olacağı elan edilir.[76] Pilot seriyasının əsas çəkilişləri 2015-ci ildə 4 mardan[77] – 29 marta[78] kimi həyata keçirilmişdir. Çəkilişlər Warner Bros. studiyasında "Lois və Klark"ın çəkildiyi pavilyonda həyata keçirilmişdi.[79] Hər bir seriyanın yayımı təxminən $3 milyona başa gəlmişdir ki, bu da "Supergörl" serialını birinci mövsümün yayımına görə ən bahalı seriallardan birinə çevirmişdir.[80] Birinci mövsümün çəkilişləri 2016-cı ilin martında yekunlaşdırılmışdır.[81]
Supergirl – Original Television Soundtrack: Season 1 | ||||
---|---|---|---|---|
Bleyk Nili tərəfindən ifa olunmuş film musiqisi | ||||
Növü | film musiqisi | |||
Yayımlanma tarixi | 22 iyul 2016 | |||
Janr | film musiqisi | |||
Müddət | 1:18:38 | |||
Leybl | WaterTower Music | |||
Bleyk Nili albomlarının xronologiyası | ||||
|
Birinci mövsümün film musiqisi Bleyk Nili tərəfindən yazılmışdır.[82][83]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "You Will Do Extraordinary Things" | 4:49 |
2. | "Meeting Jimmy" | 2:08 |
3. | "A Hero Emerges" | 3:14 |
4. | "Telling Winn" | 1:21 |
5. | "Fighting Vartox" | 3:27 |
6. | "Gift from Clark / Stronger Together" | 3:00 |
7. | "Fight or Flight" | 4:22 |
8. | "Interview Granted" | 3:27 |
9. | "Assistant Problems" | 1:51 |
10. | "Chatting with Clark" | 2:13 |
11. | "I Came Here to Save the World" | 3:12 |
12. | "Confronting Maxwell Lord" | 3:05 |
13. | "Strange Visitors from Other Planets" | 3:11 |
14. | "Joy Ride" | 1:20 |
15. | "How Does She Do It?" | 1:50 |
16. | "Harnessing Anger" | 2:04 |
17. | "Inspirational Boss" | 1:13 |
18. | "My Name Is Jonn Jonzz" | 2:19 |
19. | "Under Attack" | 2:47 |
20. | "Catty Questions" | 1:55 |
21. | "Heroes Find a Way" | 2:25 |
22. | "Dying Is Easier" | 2:47 |
23. | "Alex Brings Kara Back" | 3:30 |
24. | "Fortress of Solitude" | 3:27 |
25. | "Afraid of Losing You" | 1:58 |
26. | "Martian Manhunter Revealed / Your Father is Alive" | 3:52 |
27. | "World's Finest" | 2:10 |
28. | "Hope Speech / Lifting Fort Roz" | 4:19 |
29. | "Theme from Supergirl" | 1:13 |
Ümumi müddət: | 1:18:38 |
2016-cı ilin fevralında Qastinin, "Supergörl" serialının on səkkizinci seriyasında rol alacağı elan edilir, serialın prodüserləri isə fanatlar və jurnalistlərə təşəkkür edərək bu krossoverin reallaşmasında göstərdikləri dəstəyə görə təşəkkür bildirirlər.[85] O zaman seriyanın ssenarisi ilə bağlı heç bir məlumat verilməsə də, "Deadline Hollywood"dan Ross A. Linkoln hadisələrin Barrinin dünyalar arasında səyahət etmə bacarığı ilə əlaqəli ola biləcəyini qeyd edərək, Supergörlün Ox və Fleşlə eyni dünyada deyil, multikainata aid dünyalardan birincə yaşamış ola biləcəyini deyir.[86] "Dünya-2-yə xoş gəlmisiniz" seriyasında Benoystun Supergörl obrazında təqdim edilməsi ilə bu ehtimal təsdiqlənir.[87] "Ox"un yaradıcılarından biri olan Mark Quqqenheym Supergörlün yaşadığı dünyanı qeyri-rəsmi şəkildə Dünya-CBS adlandırır.[88]
28 mart 2016-cı ildə CBS telekanalında yayımlanmış "Dünyanın ən yaxşıları" adlı krossover seriyasında Supergörlün alternatic dünyada yaşadığı göstərilir, buraya gələn Fleş, Gümüş Banşi və Layvayrla mübarizədə Karaya kömək edir, Kara isə öz növbəsində Fleşin geri qayıtmasına dəstək olur.[89] Seriyanın adı Fleş də daxil olmaqla bir çox DC Comics personajlarını Supermen ətrafında birləşdirən "World's Finest Comics" seriyasının adından götürülmüşdür. Krossover seriyasının hadisələri "Fleş"in ikinci mövsümünün "Zuma qarşı" seriyasındakı iki hadisə arasında baş verir.[90][91][92] Çəkilişləri Vankuverdə baş tutuan "Ox", "Fleş" və "Sabahın əfsanələri" seriallarından fərqli olaraq "Supergörl" serialının çəkilişi Los-Ancelesdə keçirildiyinə görə, bu krossoverin hazırlanmasına Ox Kainatı krossoverlərinin hazırlanmasına sərf edildiyindən daha çox vaxt və vasitə tələb edilmişdir.[93] Prodüsselər krossoverdə istifadə ediləcək yeganə personajın Fleş olmasına qərar verərək, onun müxtəlif zaman və dünyalara səyahət etmək bacarığının "yeni seriala bir qədər yumor gətirməklə personajlar arasında qığılcım yaradacağına" ümid edirdilər. Berlanti qeyd edir ki, idealda krossoverdə Amellin Yaşıl Oxu və Qastinin Fleşi iştirak etməli olsa da, "məntiq baxımından bu cür krossoverin reallaşdırılması dəhşətli olardı. Biz qarşıya qoyduğumuz hədəfi yüngülləşdirməli idik."[94] Məsələyə optimist yanaşan Qastin, 2016-cı il krossoverinin növbəti ildə digər Ox Kainatı personajları ilə birlikdə daha bir krossover hadisəsi reallaşdırmağa imkan verəcəyini düşünürdü.[95]
Krossover seriyası tənqidçilərdən əla şərhlər almışdır. Seriyanı 8.6/10 balla qiymətləndirən IGN-dən Kliff Uitli qeyd edir ki, "Qaranlıq və ovxalanan "Betmen Supermenə qarşı" filmindən sonra "Supergörl"ün "Dünyanın ən yaxşıları" seriyası palitranı təmizəmək üçün ən yaxşı vasitəni təklif etməklə, həm də bu günə kimi çıxarılmış ən yaxşı seriyalardan biri kimi görünür. Adətən gördüyümüz giriş "döyüşü" yerinə Supergörl və Fleş dərhal super-dostlara çevrilirlər ki, bu da çox təravətli təsir bağışlayır. Barrinin Karanın dünyasına ideal uyğunlaşması ilə yanaşı, həm də aktyorlar Qrant Qastin və Melissa Benoyst arasında ideal qığılcım hiss edilir. Şəhərdə Qırmızı K qəzası gözlənilməz hadisə olsa da, ümumilikdə "Dünyanın ən yaxşıları" çox ləzzətlidir."[96] "TV Fanatic"dən Steysi Qlenzmen isə seriyanı 5.0/5 balla qiymətləndirir.[97]
Birinci mövsümün yayımına 26 oktyabr 2015-ci ildə[36] CBS telekanalında başlanılmış və 18 aprel 2016-cı ildə[58] mövsümün final seriyası efirə verilmişdir. Birinci mövsümün Böyük Britaniya premyerası 29 oktyabr 2015-ci ildə SkyOne telekanalında baş tutmuşdur.[98] Teleserial Avstraliyada 6 dekabr 2015-ci ildə FOX8 telekanalında debüt etmişdir.[99] Kanadada "Supergörl" ABŞ yayımı ilə paralel olaraq "Global" televiziya şəbəkəsində debüt etmişdir.[100]
"Supergörl: I Mövsüm" 5 diskli DVD dəsti və 3 diskli Blu-ray/DVD dəsti şəklində 9 avqust 2016-cı ildə ABŞ-də[101], 25 iyul 2016-cı ildə isə Birləşmiş Krallıqda satışa çıxarılmışdır.[102] Blu-ray/DVD dəstinə əlavə materialla, kəsilmiş səhnələr, pərdə arxası çəkilişləri və ComicCon 2015-dən olan süjet əlavə edilmişdir.
№ | Başlıq | Yayım tarixi | Reytinq (18–49) | İzləyicilər (milyon) | DVR (18–49) | DVR izləyiciləri (milyon) | Cəmi (18–49) | Ümumi izləyici (milyon) |
---|---|---|---|---|---|---|---|---|
1 | "Pilot" | 26 oktyabr 2015 | 3.1/9 | 12.96[36] | 1.3 | 3.97 | 4.4 | 16.92[103] |
2 | "Birlikdə daha güclüyük" | 2 noyabr 2015 | 2.2/7 | 8.87[37] | 1.0 | 3.33 | 3.2 | 12.20[104] |
3 | "Döyüş və ya uç" | 9 noyabr 2015 | 1.7/5 | 8.07[38] | 1.0 | 2.83 | 2.7 | 10.90[105] |
4 | "O bunu necə edir?" | 23 noyabr 2015 | 1.5/5 | 7.19[42] | 0.8 | 2.26 | 2.3 | 9.45[106] |
5 | "Gərginlik altında" | 16 noyabr 2015 | 1.8/6 | 7.77[43] | 0.8 | N/A | 2.6[107] | N/A |
6 | "Qrımızısifət" | 30 noyabr 2015 | 1.6/5 | 8.02[44] | 0.8 | 2.49 | 2.4 | 10.51[108] |
7 | "Bir günlük insan" | 7 dekabr 2015 | 1.5/5 | 7.67[45] | 0.9 | 2.32 | 2.4 | 9.98[109] |
8 | "Düşmənin tutulması" | 14 dekabr 2015 | 1.5/5 | 7.28[46] | 0.8 | 2.27 | 2.3 | 9.55[110] |
9 | "Qan bağları" | 4 yanvar 2016 | 1.9/6 | 8.75[47] | 0.7 | N/A | 2.6[111] | N/A |
10 | "Uşaq işləri" | 18 yanvar 2016 | 1.8/6 | 8.77[48] | 0.8 | 2.18 | 2.6 | 10.95[112] |
11 | "Başqa planetdən olan qəribə ziyarətçi" | 25 yanvar 2016 | 1.8/5 | 7.90[49] | 0.7 | 2.21 | 2.5 | 10.11[113] |
12 | "Bizarro" | 1 fevral 2016 | 1.5/5 | 6.68[50] | 0.8 | 2.18 | 2.3 | 8.83[114] |
13 | "Hər şeyi olan qız üçün" | 8 fevral 2016 | 1.8/6 | 7.92[51] | N/A | N/A | N/A | N/A |
14 | "Həqiqət, ədalət və amerikan yolu" | 22 fevral 2016 | 1.5/5 | 7.25[52] | N/A | N/A | N/A | N/A |
15 | "Tənhalıq" | 29 fevral 2016 | 1.4/5 | 6.69[53] | 0.7 | 2.16 | 2.1 | 8.85[115] |
16 | "Qovulma" | 14 mart 2016 | 1.3/4 | 6.53[54] | 0.7 | N/A | 2.0[116] | N/A |
17 | "Ovçu" | 21 mart 2016 | 1.3/4 | 6.00[55] | 0.7 | 2.07 | 2.0 | 8.07[117] |
18 | "Dünyanın ən yaxşıları" | 28 mart 2016 | 1.7/6 | 7.17[56] | 0.8 | 2.47 | 2.5 | 9.63[118] |
19 | "Miriada" | 11 aprel 2016 | 1.3/5 | 6.12[57] | 0.7 | 2.04 | 2.0 | 8.16[119] |
20 | "Mələklər daha yaxşıdır" | 18 aprel 2016 | 1.3/4 | 6.11[58] | N/A | N/A | N/A | N/A |
Rəy aqqreqatoru "Rotten Tomatoes" 71 tənqidçinin rəyi əsasında birinci mövsümü 92% təravətli 7.53/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir: "Ailə üçün nəzərdə tutulmuş ürəklərə sinizim salan komiks uyğunlaşdırması yeni serialda Melissa Benoyst Supermenin gənc kuzeni Supergörl rolunda bərq vurur."[120] "Metacritic" 33 tənqidçinin rəyi əsasında birinci mövsümə 75/100 bal verərək tənqidlərin "əsasən müsbət" olduğunu qeyd edir.[121] "IGN"dən Maks Nikolson birinci mövsümə 7.3/10 bal verərək deyir ki, "Supergörlün birinci mövsümü bir neçə əsas məsələdə – düşmənlər və romantik süjet xəttində gözləntiləri doğrultmasa da, Supergörl özü yüksəkdədir və süjet bir neçə gözlənilməz dönüşü ilə sevindirir (məsələn, Henk Henkşounun Conn Cons olması). Düzdür, bütün seriyalar qalib kimi görünmür, lakin mövsüm uçub getdikdə, onu emosional olaraq hiss edirsiniz."[122] "Polygon"dan Kolin Kempbell bötün mövsümü şərh edərkən kostyumlar, döyüş səhnələri, gülməli canilər, ssenarinin axan təxmin edilməsi və əsas personajın "kifayət qədər Super olmaması"nı tənqid atəşinə tutaraq deyir ki, "əgər qayğı və diqqətlə ekrana köçürülmüş daha bir komiks franşizası sizi maraqlandırmırsa o zaman layihədən uzaq durmalısız."[123] "Collider"dan Evan Valentayn 2015-ci ilin ən pis və yaxşı superqəhrəman teleserialları siyahısında "Supergörl"ü səkkizinci yerdə yerləşdirərək yazır: "Melissa Benoystun ifasında ekranların ən yaxşı Supergörlünü təqdim etməklə yanaşı həm də […] aktyor heyətindən yoluxucu pozitivlik almaq mümkündür."[124]
İl | Mükafat | Kateqoriya | Nominant(lar) | Nəticə | İst. |
---|---|---|---|---|---|
2015 | Tənqidçilərin Seçimi Mükafatı | Ən həyəcanlandırıcı yeni serial | Supergörl | Qazandı | [125] |
2016 | Xalqın seçimi mükafatı | Sevilən yeni televiziya dramı | Supergörl | Qazandı | [126] |
Yeniyetmə Seçimi Mükafatı | Çılğın serial | Supergörl | Namizəd | [127] | |
Saturn mükafatı | Ən yaxşı televiziya aktrisası | Melissa Benoyst | Namizəd | [128] | |
Televiziyada ən yaxşı qonaq ulduz | Laura Benanti | Namizəd | [128] | ||
Ən yaxşı uyğunlaşdırılmış superqəhrəman teleserialı | Supergörl | Namizəd | [128] | ||
Televiziyada ən yaxşı ikinci plan aktrisası | Kalista Flokhart | Namizəd | [128] | ||
Nəfəskəsən performans | Melissa Benoyst | Qazandı | [128] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.