Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya TirlbiNelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir.

Cəld faktlar Janr, Rejissor ...
Stenford həbsxana eksperimenti
ing. The Stanford Prison Experiment
Thumb
Filmin posteri.
Janr dram, triller
Rejissor Kayl Patrik Alvarez
Prodüserlər Brent Emeri
Lizzi Fridmann
Karen Lauder
Qreq Littl
Kristofer Makkuorri
İcraçı prodüser Brayan Gerati[d]
Ssenari müəllifi Tim Telbott
Baş rollarda Billi Krudap
Maykl Anqarano
Ezra Miller
Oliviya Tirbli
Tay Şeridan
Keyr Qilkrist
Nelsan Ellis
Bəstəkar Endrü Hyuit
İstehsalçılar Abandon Pictures
Coup d'Etat Films
Sandbar Pictures
Distribütor IFC Films, Netflix
İlk baxış tarixi 26 yanvar 2015 (Sandens)
17 iyul 2015 (ABŞ)
Müddət 122 dəq.[1]
Gəlir 649.690[2] $
Ölkə ABŞ ABŞ
Dil ingilis
İl 2015
Rəng rəngli
Çəkiliş yeri San-Fransisko, Los-Anceles
IMDb ID0420293
Bağla

Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır.

Məzmun

Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir. Bunun üçün qəzetdə elan verilir və təcrübə üçün 15 gənc tələbə seçilir. Onlar məhkumlar və mühafizəçilər olmaqla iki qrupa bölünür. 14 günlük həbsxana simulyatorunda onlar gündə 15 $ pul alacaqlar. Saxta həbsxana universitetin psixologiya fakültəsinin binasında, İordaniya zalının zirzəmisində yaradılır. Lakin eksperimentin gedişatında mühafizəçi olanlar özlərini rollarına çox verirlər və məhkum olanlara qarşı aqresiv davranmağa başlayırlar. Məhkum olan iki iştirakçı psixoloji gərginliyə tab gətirməyərək eksperimentdən erkən ayrılır. Nəhayət sevgilisi Kristina Maslaçın da xəbərdarlığı ilə Zimbardo 6 gün sonra eksperimenti dayandırmalı olur.

Rollarda

  • Billi Krudup Dr. Filip Zimbardo rolunda.[3]
  • Maykl Anqarano Kristofer Arçer / Mühafizəçi "Con Ueyn" rolunda.[3]
  • Moyzes Arias Entoni Keroll rolunda.
  • Nikolas Braun Karl Vendi rolunda.[4]
  • Qay Çarlz Pol Voqel rolunda.[5]
  • Keyr Qilkrist Con Lovett rolunda.
  • Li Ki Hon Qevin Li / Məhkum 3401 rolunda.[5]
  • Tomas Mann Məhkum 416 rolunda.
  • Ezra Miller Daniel Kalp / Məhkum 8612 rolunda.[3]
  • Loqan Miller Cerri Şerman / Məhkum 5486 rolunda.[5]
  • Tay Şeridan Piter Mitçell / Məhkum 819 rolunda.[5]
  • Conni Simmons Ceff Censen / Məhkum 1037 rolunda.[5]
  • Ceyms Uok Mayk Penni rolunda.[5]
  • Nelsan Ellis Cessi Fletçer rolunda.[5]
  • Oliviya Tirlbi Dr. Kristina Maslaç rolunda.[5]
  • Mett Bennett Kayl Parker rolunda.
  • Cess Karere Pol Bitti / Məhkum 5704 rolunda.[6]
  • Brett Devern Habbi Uitlou / Məhkum 7258 rolunda.[7]
  • Ceyms Freşevill Metyu Taunşend rolunda.[5]
  • Maylz Heyzer Marşall Lovett rolunda.
  • Cek Kilmer Cim Randall / Məhkum 4325 rolunda.[8]
  • Kallan Makoliff Henri Vard rolunda.
  • Benedikt Samuel Ceykob Hardinq rolunda.
  • Kris Şeffild Tom Tompson / Məhkum 2093 rolunda.

İstehsal

Stenford həbsxana eksperimenti haqqında film 2002-ci ildə anons edilmişdir. Həmin il Brent Emeri Tim Telbottla film üçün ssenari yazması barədə razılaşmışdır. Bəzi problemlər layihənin düz 12 il gecikməsinə səbəb olmuşdur.[3] 2006-cı ildə eksperiment haqqında iki film istehsalda idi: biri Maverick Films studiyasında olan film, biri də Inferno-nun "Eksperiment" filmi.

19 avqust 2014-cü ildə Sandbar Pictures və Abandon Pictures filmi maliyyələşdirməyə başlamışdır. Kayl Patrik Alvarez rejissor seçilmişdir. Brent Emeri, Lizzi Fridmann, Karen Lauder, Qreq Littl, Kristofer Makkuorri prodüserlər olmuşdurlar.

Əsas çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamış və 21 gün çəkmişdir.

Buraxılış

Filmin premyerası 26 yanvar 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur.

Mükafatlar

Əlavə məlumat Mükafatların siyahısı, Mükafat / Film festivalı ...
Mükafatların siyahısı
Mükafat / Film festivalı Kateqoriya Qəbul edən(lər) Nəticə
31-ci Sandens Film Festivalı Böyük jüri mükafatı
(ABŞ dramatik)
Kayl Patrik Alvarez Namizəd[9]
Alfred P. Sloan mükafatı Qazandı[10]
Uoldo Salt Ssenaristlik Mükafatı
(ABŞ dramatik)
Tim Telbott Qazandı[9]
Bağla

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.