From Wikipedia, the free encyclopedia
Steins;Gate 0 (シュタインズ・ゲート ゼロ, Shutainzu Gēto Zero?) — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman. 10 dekabr 2015-ci ildə PlayStation 3, PlayStation 4 və PlayStation Vita platformaları üçün yayımlanmışdır (24 iyun 2016-cı ildə Yaponiyada oyunun PC versiyasının yayımlanması planlaşdırılmışdır).[3] "Steins;Gate 0" "Steins;Gate" oyununun midkvelidir. 2018-ci ildə anime adaptasiyası yayımlanmışdır. 25 noyabr 2016-cı ildə Avropada, 29 noyabr 2016-cı ildə Şimali Amerikada PS4 və PS Vita platformalarında buraxılmışdır.[4]
Steins;Gate 0 | |
---|---|
Yayımlayanlar | Spike Chunsoft |
Seriya | Science Adventure |
Buraxılış tarixləri | 10 dekabr 2015 |
Janr | vizual roman |
Texniki məlumat | |
Platforma | Microsoft Windows, PlayStation 3, PlayStation 4, PlayStation Vita[d], Nintendo Switch[d][1] |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[2], yapon dili[2], sadələşdirilmiş Çin dili[d][2], ənənəvi Çin dili[d][2] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
Rəsmi saytı |
"Steins;Gate 0"-in geympleyi oyunun çox hissəsində oyunçudan çox az qarşılıqlı təsir tələb edir. Oyunçu oyunu oynarkən vaxtının çoxunu ekranda müxtəlif personajlar arasındakı dialoqları və personajların şəxsi fikirlərini oxumaqla keçirir.
Qərar vermə anları üçün "Steins;Gate 0"-da "Steins;Gate"-dən daha fərqli "telefon tətiyi" (フォーントリガー, fōn torigā?) sistemi istifadə olunmuşdur. "Steins;Gate 0"-da oyunçu RINE tətiyi (RINEトリガー, rain torigā?) sistemi ilə tanış olmuşdur. Oyunçu oyundakı smartfonuna yüklənmiş RINE tətbiqinin köməyi ilə mesajlarını digər personajlarla dəyişdirə bilər. Yeni mesaj gələndə oyunçu ekranın yuxarı sol küncündəki indikatorla məlumatlandırılır. Mesajdan asılı olaraq personaj müxtəlif reaksiyalar verə bilər. Oyunçu həmçinin yarlıqlar göndərmək funksiyasına sahibdir.[5]
"Steins;Gate 0"-nun süjeti Epiqraf trilogiyası adlı ranobe trilogiyasına əsaslanır. Bu trilogiyaya bu ranobelər daxildir: "Steins;Gate: Epigraph of the Closed Curve", "Steins;Gate: Pandora of Eternal Return" və "Steins;Gate: Altair of the Point at Infinity".[6]
Hadisələr Okabe Rintaronun Makise Kurisunun öldüyü Beta zaman xəttinə qayıtmasından sonra başlayır. O, Kurisunu xilas etmək istəyir, amma uğursuz olur, hətta səhvən özü Kurisunu öldürür. Okabe daha sonra ciddi posttravmatik stress pozuntusundan əziyyət çəkir və Kurisunu xilas etməyə çalışdığı zaman səhvinin öhdəsindən gəlməyə cəhd edir. O, "Amadeus" proqramından işləyən neyroloq Maho Hiyaco ilə rastlaşır. "Amadeus" proqramının əsas məqsədi hər hansı şəxsin beyninin rəqəmsal rekreasiyasının süni intellekt avatarına köçürməkdir. Hiyaco Kurisunun ölümündən əvvəl onun süni intellekt avatarını yarada bilir.[6]
Oyun 2015-ci ilin mayında anons edilmişdir. Əslində PlayStation 3, PlayStation 4 və PlayStation Vita platformaları üçün 19 noyabr 2015-ci ildə yayımlanması planlaşdırılmış,[7] amma bu tarix 10 dekabr 2015-ci illə əvəz olunmuşdur.[8] PlayStation 4 versiyasının ilk nüsxələrinə "Steins;Gate" oyunun PlayStation 4 versiyasını yükləmək üçün kod daxil edilmişdir.[9] 2016-cı ildə PQube tərəfindən oyunun PS4 və PS Vita platformalarında Şimali Amerika və Avropada buraxılmış[10] və "Amadeus" adlı məhdud nəşrinə saundtrek diski, artbuk və plüş oyuncaqla daxil edilmişdir.[11] Microsoft Windows versiyasının Yaponiyada 24 iyun 2016-cı ildə buraxılması nəzərdə tutulsa da,[12] 26 avqust 2016-cı ilə təxirə salınmışdır.[13]
2018-ci ilin aprelində anime serialı adaptasiyası yayımlanmışdır.[14] Animenin rejissoru Keniçi Kavamura, bəstəkarı Cukki Hanada, personaj dizayneri Tomoşiqe İnayoşi, istehsalçı studiyası White Fox-dur. Anime "Steins;Gate World Line 2017–2018 Project" çərçivəsində istehsal olunmuşdur.[14]
Yayımlandığı ilk gündə 100.000-dən çox nüsxəsi satılmışdır. Beləliklə, "Steins Gate" vizual roman seriyasının ümumilikdə satılan nüsxələrinin sayı 1 milyonu ötmüşdür.[15]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.