Sovet kosmik proqramı
From Wikipedia, the free encyclopedia
Sovet kosmik proqramı (rus. Космическая программа СССР) —1921-ci ildə SSRİ Ağır Sənaye Komissarlığı nəzdində Reaktiv İnstitutunun tərkibinə daxil olan və 1955-ci ildən 1991-ci ilədək SSRİ Ümumi Maşınqayırma Nazirliyinin bütün raket şirkətlərinin işini koordinasiya edən RKKA nəzdində Qaz Dinamik Laboratoriyasının qurulmasından başlamışdır.
Sovet İttifaqı kosmik proqramının uğurları arasında 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılması, 1957-ci il noyabrın 3-də gəmidə canlı heyvan ilə ikinci peykin buraxılması, 12 aprel 1961-ci ildə ilk insanın kosmosa uçuşu və 19 mart 1965-ci ildə ilk insanın açıq kosmosa çıxışı, "Mir" çox modullu orbital stansiyasının yer üzündə yaradılması vardır. Avtomatik planetlərarası stansiyaların müvəffəqiyyətli bir şəkildə buraxılması başlamışdır, məsələn, aya uçan nümunələr (AMS Luna-16), Veneraya uçan, yer üzünə enərkən onun ilk rəngli fotoşəkilini çəkən nümunə, (AMC Venera-13) Marsa ilk yüngül eniş edən (AMS Mars-3) və s
SSRİ dağıldıqdan sonra kosmonavtika ayrıca ölkələrdə, məsələn, rus və ukraynalı kosmik proqramlarda inkişaf etməyə davam etmişdir.