Snejka dağı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir.
Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır.
1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir). 15 il sonra Martin Helviq Sileziya xəritəsində Risenberq adından istifadə etmişdir. Dağın adı alman dilində daha sonra Resenkoppe ("Böyük zirvə"), axırda isə Şnekoppe ("Qar zirvəsi", "qarlı baş") olmuşdur.[3]
Çex dilində dağ ilk olaraq Snejni adlanırdı. Daha sonra 1823-cü ildə "qarlı" və ya "qarla örtülmüş" mənasını verən Snejka adının Snejovka adı ilə istifadəsinə başlanıldı. Polyak dilində bu dağ üçün verilmiş ən qədim ad "Böyük dağ" mənasını verən Olbrjimiya adıdır.[4]
Dağın başında tikilmiş ilk tikili Müqəddəs Lourens kapellası olmuşdur. Kapella 1665-1681-ci illərdə sileziyalı Şaffqotş ailəsi tərəfindən hakimiyətlərini nümayiş etdirmək üçün tikilmişdir. Bu məkandan qısa müddətliyinə mehmanxana kimi də istifadə olunmuşdur. Ərazidə Şaffqotş ailəsinə 1945-ci ilə qədər məxsus olan mədənlər yerləşir. 1850-ci ildə Sileziyaya düşən hissədə Prussiya daxması, 1868-ci ildə Bohemiyaya düşən hissədə Bohemiya daxması tikilmişdir. Hər iki daxma mehmanxana kimi istifadə etməkdən ötrü tikilmişdi. Prussiya daxması 1857 və 1862-ci illərdə baş vermiş yanğınlardan sonra iki dəfə yenidən tikilmiş, 1945-ci ildə Polşa daxması adını aldıqdan sonra 1967-ci ildə sökülmüşdür. Bohemiya daxması 1990-cı illərdə baxımsız vəziyyətə düşmüş və 2004-cü ildə sökülmüşdür.
1900-cu ildə dağın başında meteostansiya salınmışdır. Bu meteostansiya İkinci dünya müharibəsindən sonra Mərkəzi Avropada salamat qalmış yeganə meteostansiyasıdır. 1980-ci illərdə sökülmüşdür.
Dağın bir hissəsi Çexiya ərazisində, bir hissəsi Polşa ərazisində yerləşir. Yayda bu dağa Çexiya, Polşa və Almaniyadan bir çox turistlər gəlir. Turistlər dağın özünəməxsus Alp mühitində yürüşə çıxmağı sevirlər.
Polşada qalan hissədə meteostansiya, Müqəddəs Lourens kapellası, 1974-cü ildə rəsədxana və restoran tikilmişdir. Çexiyada qalan hissədə Bohemiya daxmasının xarabalıqları, poçt məntəqəsi və dağın dabanında yerləşən Pets pod Snejko şəhərciyi ilə əlaqələnən qaldırıcı var.
Snejka dağı Çexiyanın ən hündür təbii zirvəsi olsa da, Pradeddə yerləşən televiziya ötürücüsünün başı 1652 metr hündürlükdə yerləşir.
2004-cü ildə yeni poçt məntəqəsi və müşahidə platforması istifadəyə verilmişdir. Həmin il 1980-ci illərdə bağlanılan Bohemiya daxması sökülmüşdür.
2009-cu ilin martında Polşa rəsədxanasının yuxarı diski sərt iqlim şəraitinə və struktural uğursuzluğa görə böyük zərər görmüşdür. Yuxarı diskin döşəməsi sınmışdır. Cəld reaksiya verən Vroklav Texniki Universiteti diskin salamat qalmış hissələrini əlavə zərərdən qorumuşdur. Aparılan təmir işlərindən və töküntülərin təmizlənməsindən sonra restoran və meteoməntəqələr yenidən açılmışdır. Rəsədxana əvvəlki vəziyyətinə qaytarıldı.
Dağın başındakı köhnə qaldırıcı yeni kabel avtomobili sistemi ilə əvəzlənmişdir. 2014-cü ilin fevralından etibarən bu sistem ilə Çexiyanın Pets pod Snejko şəhərindən saatda 250 ziyarətçi daşımaq mümkündür.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.