From Wikipedia, the free encyclopedia
Sikanlar (lat. Sicani) — Siciliyada yaşamış qədim xalq.[1] Onların qeyri-Hind-Avropa mənşəli olduğu güman edilir. Sikanlar e.ə. XIII əsrdə sikullar və elimlər tərəfindən qovulmuş və sonradan ellinləşdirilmişdir. Onlar Kastelluçço arxeoloji mədəniyyətinə uyğun gəlirlər.
Tavromeniyalı Timey sikanları Siciliyanın yerli əhalisi hesab edirdi. Onun əsəri dövrümüzə qədər gəlib çatmayıb, lakin Diodor ona istinad edir. Doğrudan da, arxeoloji tədqiqatlar onu göstərir ki, adada minilliklər boyu avtoxton mədəniyyət mövcud olmuşdur.[2] Fukididin fikrincə,[3] sikanlar Pireney yarımadasından (ehtimal ki, Kataloniyadan) köç etmişdir.[4][5] Fukidid bu məlumatı mənbəsi məlum olmayan tarixçi Sirakuzalı Antioxdan götürmüşdür.[6] Bir sıra müasir tədqiqatçılar sikanları əvvəllər yerlilərə məxsus olan torpaqları ələ keçirmiş İlliriya tayfası hesab edirlər.[7]
Arxeoloji tədqiqatlar göstərir ki, sikan mədəniyyəti Miken sivilizasiyasından təsirlənmişdir.[8] Siciliyanın antik dövrə qədərki maddi mədəniyyətində Maltanın meqalitik məbədlər dövrü ilə əhəmiyyətli oxşarlıq var. Odur ki, Siciliyadakı Onyina yaşayış məntəqəsində tapılan keramikalar ilə Maltadakı Borc in-Nadur yaşayış məntəqəsində tapılan keramikalar arasında oxşarlıqlar var.
Yunan mifologiyasına görə Kamik şəhəri sikanların paytaxtı olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.