From Wikipedia, the free encyclopedia
Fukidid (q.yun. Θουκυδίδης; e. ə. 460-cı illər – e.ə. 395, Afina) — qədim yunan tarixçisi.[1]
Peloponnes müharibəsi vaxtı e.ə. 424-cü ildə strateq kimi Frakiya sahillərindəki Afina donanmasına başçılıq edirdi. Spartalılara qarşı uğursuz hərəkətlərinə görə (onların Amfiopolu almasına əngəl ola bilmədi) Afinadan 20 illik sürgün olunmuşdur. Afinaya ancaq e.ə. 404-cü ildə qayıtmışdır. Fukididin əsəri də Heredotun əsəri kimi adlandırılıb, 8 kitabdan ibarətdir. Amma bu iki ölməz əsər arasında çox böyük fərq vardır. Heredot öz əsərində o dövrdə dünyada baş verən hadisələri, Fukidid isə yalnız bir müharibəni — Yunanıstanın daxilində baş verən Peloponnes müharibəsini təsvir etmişdir. Fukidid Peloponnes müharibəsinin 411-ci ilə kimi hadissələrini qələmə almışdır. Bəzi hissələrinin natamam olmasına baxmayaraq bu bütöv əsərdir və obyektivliyi ilə seçilir. Fukidid hadisələrin iştirakçısı kimi ona tarixi qiymət verir, tərəflərin 20 il ərzdinəki döyüş hərəkətlərini səciyələndirir. İlk növbədə hərbi hadisələri təsvir edən Fukidid, eyni zamanda yunan polislərindəki sosial-siyasi mübarizəyə böyük diqqət yetirir, müharibənin gedişatında həm Afinada, həm də Spartada demokratik və oliqarxik qruplaşmaların mübarizəsinin, vətəndaş konfliktlərinin müfəssəl təsvirini verir. Nəinki siyasi, iqtisadi tarixi amillərə də üstünlük verirdi. Fukidid, Qədim Yunanıstanın ən vacib hadisələrindən biri olan Peloponnes müharibəsi barədə ən obyektiv və müfəssəl təsvirini verən qədim dünyanın ən böyük tarixçilərindən sayılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.