From Wikipedia, the free encyclopedia
Serb Respublikası bayrağı Bosniya və Herseqovinanın muxtar regionu hesab edilən Serb Respublikasının rəsmi bayrağıdır. Panslavyanizmin rəngləri hesab edilən qırmızı, mavi və ağ rənglərdən istifadə edilən və üç bərabər enli üfüqi zolaqdan ibarət olan bayraq 24 noyabr 1992-ci ildə qəbul edilmişdir. İlk dəfə 1835-ci ildə istifadə edilmiş olan və bu gün də istifadə edilən Serbiya bayrağı ilə sadəcə olaraq mərkəzi hissəsində gerbin olmamasını çıxmaq şərti ilə, tamamilə eynidir. Bəzən isə bayrağın üstünə gerb, xaç və ya oxşar simvollar əlavə edilməklə də istifadə olunur.
Serb Respublikası bayağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Serb Respublikası |
Qəbul edilib | 24 noyabr 1992 |
Proporsiya | 1:2 |
Dizayn | qırmızı, mavi və ağ rənglərdən istifadə edilmiş üç bərabər enli üfüqi zolaq |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya serbləri tərəfindən 24 oktyabr 1991-ci ildə yaradılmış olan Milli Məclis 9 yanvar 1992-ci ildə qəbul etdiyi qərara əsasən Serb Respublikasını yaratmış və bu yaradılmış olan yeni dövlətin Yuqoslaviya Sosialist Federativ Respublikasının bir hissəsi olduğunu elan edilmişdir. Həmin il noyabr ayının 24-də panslavyanizmin rəngləri olan qırmızı, mavi və ağ rənglərdən ibarət olan bərabər endə üç üfüqi zolaqdan ibarət bayraq rəsmi bayraq kimi qəbul edilmişdir.[1][2] Bu bayraqdan Deyton sazişinin imzalanması və Serb Respublikasının Bosniya və Herseqovinanın muxtar regionu kimi tanınması ilə rəsmi olaraq istifadə olunmağa başlanılmışdır.
Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi 2006-cı ilin mart ayında vermiş olduğu qərarda bayrağın Serb bayrağına oxşamasının Bosniya və Herseqovina Konstitusiyasını pozmadığını və bayraqdakı panslavyanizm rənglərinin ölkədə konstitusiya ilə tanınan xalqların slavyan mənşəli olmasına görə mübahisə yaratmayacağı qənaətinə gəlmişdir. Qərarda həmçinin Serb Respublikası bayrağı ilə Serbiya bayrağının eyni olmadığı, Serbiya bayrağında əlavə olaraq gerbin olduğu, qırmızı və ağ rənglərin Xorvat və Serb xalqlarının da simvolu olduğu vurğulanmış və həmçinin də qırmızı rəngin əvvəllər Bosniya və Herseqovina Sosialist Respublikasının bayrağında da olduğu bildirilmişdir.[3]
Serb Respublikasının bayrağı qırmızı, mavi və ağ rənglərdən ibarət olan üç bərabər enli üfüqi zolaqdan formalaşmışdır. Düzbucaqlı formada olan bayrağın ölçüləri 1:2 nisbətindədir. Bayrağın üstünə bəzən gerb, xaç və ya oxşar simvollar əlavə edilməklə istifadə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.