From Wikipedia, the free encyclopedia
Sebastyan Lerdo de Texada (isp. Sebastián Lerdo de Tejada, İspanca tələffüz: [seβasˈtjan ˈleɾðo ðe teˈxaða]; 24 aprel 1823[1] və ya 1827[2][3][…] – 21 aprel 1889[1] və ya 1889[2][3][…], Nyu-York, Nyu-York ştatı) — Meksika vəkili, siyasətçisi və dövlət xadimi. O, 1872–1876-cı illərdə Meksika Prezidenti olmuşdur.
Sebastyan Lerdo de Texada | |
---|---|
isp. Sebastián Lerdo de Tejada | |
19 iyul 1872 – 31 oktyabr 1876 | |
Əvvəlki | Benito Xuares |
Sonrakı | Xose Mariya İqlesias |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 aprel 1823[1] və ya 1827[2][3][…] |
Vəfat tarixi | 21 aprel 1889[1] və ya 1889[2][3][…] |
Vəfat yeri | |
Fəaliyyəti | hakim, siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Sebastyan Lerdo de Texada 25 aprel 1827-ci ildə Xalapada anadan olmuşdur. O, hüquq təhsili almışdır. Lerdo de Texada liberal lider Benito Xuaresin yaxın dostu olmuşdur, O, 1855–1857-ci illərdə Ali Məhkəmədə işləmiş və Xarici İşlər naziri olmuşdur. Lerdo de Texada 1867-ci ildən Ali Məhkəmənin sədri kimi xidmət etmişdir. O, 1871-ci ildə prezident seçkilərində Xuaresə qarşı çıxmış və məğlub olmuşdur, lakin Ali Məhkəmənin sədri olaraq qalmışdır. 1872-ci ildə Xuaresin ölümündən sonra həmin ilin oktyabrında keçirilən seçkilərdə Lerdo de Texada prezident seçilmişdir. Onun hakimiyyəti dövründə Konqres kilsənin iqtisadi və siyasi gücünü məhdudlaşdıran, 12 noyabr 1874-cü il tarixli İslahat aktını qəbul etmişdir. Lerdo de Texada ABŞ-yə Texasdan Mexikoya dəmir yolu tikintisi üçün güzəşt verməkdən imtina etmişdir. Bu da amerikalıların Porfirio Diasın qiyamını dəstəkləmələrinin səbəblərindən biri olmuşdur. Nəticədə Lerdo de Texada 1877-ci ildə hakimiyyətini itirmişdir və ölkəni tərk etməyə məcbur qalmışdır. O, 21 aprel 1889-cu ildə Nyu-Yorkda vəfat etmişdir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.