Saracıq
Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia
Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd.[1]
Saracıq | |
---|---|
39°29′13″ şm. e. 47°07′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi olub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Molla Səfi əfəndi oğlu idi. Onun vəfatından sonra oğlu Həmzə bəy mahala başçılıq etdi. Molla Məhəmmədsəfi əfəndinin və qardaşı Məhəmmədyaqub əfəndinin törəməsi Sultanov soyadını daşıyırdı. Saracıqlı Mir Abdulla əfəndi İbrahimxəlil xan tərəfindən Osmanlı dövlətinə elçi getmişdi. Ağa Məhəmməd xan Qovanlı-Qacarın Qarabağı hücumla təhdid etməsi haqqında danışıqlar aparmışdı.
1797-ci ildə Saracıq kəndi Ağa Məhəmməd şah Qovanlı-Qacarın (1795–1797) ordusu tərəfindən oda verilmişdi. 1823-cü ilə bağlı rus qaynağında Saracıq kəndindən də söhbət açılır. Kənddə təkcə Böyük xan Cavanşirin rəiyyəti vardı.
Saracıq kəndi 8 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Məlik Həsən 1 tüstü, onun rəncbərləri 2 tüstü, qardaşı Molla Hüseyn 1 tüstü. Böyük xana vergi ödəyən rəiyyətlər 6 tüstü.
1828-ci ildə Xırdapara-Dizaq mahalına bağlı kəndlər haqqında məlumat var. Həmin məlumatda Saracıq kəndi haqqında yazılır: "Saracıq kəndi vergi ödəyən 8 tüstü, ödəməyən 2 tüstü, rəncbər 1 tüstü".
1842-ci ilə bağlı rus qaynağında artıq kəndin bir neçə yiyəsi olduğu göstərilir. Bu mülkədarlar Şükür bəy Hümbətəli bəy oğlu və ştabs-kapitan Gülməmməd bəyin oğlu poruçik Rüstəm bəy idi. Rüstəm bəyin rəiyyətlərinə qardaşları da ortaq idilər.
1842-ci ildə dövlət tərəfindən bəy kəndliləri də siyahıya alınıb. Həmin siyahıda kənddə 12 tüstü dövlət, 5 tüstü bəy rəiyyəti vardı. XIX əsrin sonlarında Hapıtlı obasından gələn Xəlil yüzbaşı kənddə məskunlaşmışdı. Onun tayfası hapıtlı adlanmağa başladı.
9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Dağlıq ərazidədir. Yaşayış məntəqəsi təqribən iki əsr əvvələdək indiki yerindən 4 km. aralı, Şuşa şəhərinə gedan karvan yolunun kənarında yerləşirdi. Sonralar hapıtlı, hacısüleymanlı, cacaqlı va şükürbəyli nəsillərinə mənsub ailələr buraya köçərək yeni yaşayış məntəqəsini yaratmışlar. Yerli əhalinin ehtimalına görə, kənd ticarət karvan yolunun kənarında, kiçik karvansaranın ətrafında salındığı üçün belə adlandırılmışdır və oykonim (Saraycıq) "kiçik karvansara" manasındadır. Tədqiqatçıların fikrincə, bu ad türk dillərində "düzən, düz, çöl, tarla, sahə" mənalarında işlənən sara sözündan va kiçiltmə bildirən -cıq şəkilçisindən düzəlib, "kiçik düz" deməkdir.[3]
Saracıq kəndinin yerli tayfaları: Əfəndilər, Cacıqlılar, İslamlilar, Alıuşaqi, Yaqublular, İbraqimuşasqı.
Saracıq kəndinin gəlmə tayfaları:
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.