From Wikipedia, the free encyclopedia
Salamin (yun. Σαλαμίς və ya yun. Σαλαμίνα της Κύπρου) — Kipr adası, Şimali Kipr Türk Respublikasının Famaqusta şəhərinin 6 km qədər şimalında yerləşən antik şəhər. Şəhər Trodos dağından qaynaqlanan Pedios (Qanlıdərə) çayının dənizə tökülən hövzəsinə yaxın bir yerdə salınmışdır.
XIX əsrin sonlarında, ağaclarla və torpaq təbəqəsiylə örtülmüş bir halda kəşf edilmiş və 1952-1974-cü illər arasında edilən qazıntılar nəticəsində şəhərin böyük bir hissəsi ortaya çıxarılmışdı. 1974-cü ildə ara verilən qazıntılar 1998-ci ildə Ankara Universiteti tərəfindən təkrar başlanmışdır.
İncildə də adı çəkilən şəhər, həvari Barnaba və həvari Pavelin vəəzlərinə şahid olmuşdur.
Tunc dövrünün sonlarındakı köçlərlə Anadoludan gələn qövmlər və Yunanıstandan gələn axeylər tərəfindən qurulmuşdur.
Bir başqa rəvayətə görə, Troya müharibəsinə qatılan və Salamin adası kralı Telamonun oğlu Tefkros şəhərin qurucusu olaraq bilinməkdədir. Antik şəhərdə tapılan ən qədim tapıntılar, şəhərin nekropolundan əldə edilən mənbələrə görə eramızdan əvvəl XI əsrə aiddir.
Şəhərdə tapılan sikkələrə görə, eramızdan əvvəl 708-ci ildən etibarən adanın Aşur hakimiyyətinə keçməsiylə birlikdə şəhər də Aşur hakimiyyətinə keçmişdir. Eramızdan əvvəl 699-cu ildə Aşur heqemonluğunun sona çatması ilə birlikdə, şəhər bir vaxt müstəqil krallıq olaraq yaşamışdır. Daha sonra Misir hökmranlığına keçsə də, Misirin eramızdan əvvəl 525-ci ildə antik Fars imperiyasının əlinə keçməsi ilə birlikdə, Salamin şəhəri də nəticə olaraq Fars hakimiyyəti altına keçmişdir. Ancaq fars hakimiyyəti altında çox qalmamış, Makedoniyalı İsgəndərin böyük şərq səfəri zamanından Fars idarəçiliyindən çıxmışdır.
Böyük İsgəndərin Fars səfərindən sonra İsgəndərin idarəsinə keçən şəhər, İsgəndərin ölümündən sonra çalxantılı bir dövr keçirir və daim hakimiyyət dəyişir. Eramızdan əvvəl 294-cü ildə Ptolemeylər sülaləsinin Kipri alması ilə şəhər bu sülalənin hakimiyyəti altına girir və paytaxt statusunu əldə edir. Şəhərin bu parlaq dövrü Roma imperiyasının hökmranlığı zamanı da davam etmişdir. Bu dövrdə Salamin şəhəri Roma imperiyasının şərqdəki ən mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdir. Şəhərdəki tapıntıların çoxu Roma imperiyası dövrünə aiddir. Roma hakimiyyəti altında şəhər xalq məclisi və senat tərəfindən idarə edilmişdir. Eramızdan əvvəl 76-77-ci illərdəki zəlzələrlə və eramızdan əvvəl 116-cı ildəki yəhudi üsyanları ilə dağıdılan şəhər, daha sonra Roma imperiaysının Antakya vilayətinə birləşdirilir. Bu dövrdə Salamin limanının əhəmiyyəti artmış, suriyalı tüccarların əhəmiyyətli bir qazanc yeri olan şəhər, təkrar rifaha qovuşmuşdur.
Salamin şəhəri eramızdan əvvəl 332 və 342-ci illər arasında Aralıq dənizi hövzəsində meydana gələn və bu hövzədə baş verən zəlzələlər nəticəsində böyük bir dağıntıya məruz qalmışdır. Daha sonra Bizans imperatoru II Konstantin şəhəri daha kiçik planda yenidən inşa etdirmiş və bu şəhərə Konstantiya adını vermişdir. Bu şəhər inkişaf edərək, Kiprin o dövrdəki paytaxtı ünavanını Pafos şəhərinin əlindən almışdır.
647-ci ildə başlayan Ərəb(İslam) axınları və davam edən zəlzələlər səbəbiylə Salamin xalqı şəhəri tərk etmişdir.Xalqın yaxındakı Famaqusta şəhərinə köç etdiyi düşünülür.
Salamin gimnaziyası şəhərin şimal ucunda yer almaqdadır. Gimnaziyanın cənub girişindəki zəmin döşəməsindəki yazılardan burada ən qədim gimnaziyanın eramızdan əvvəl II əsrə aid ellinizm dövrünə aid bir gimnaziya olduğu müəyyən edilmişdir.
Ellinizm gimnaziyasının 79-cu ildə zəlzələlərlə zərər gördüyüvə imperator Trayan və Adrian dövrlərində yenidən inşa edildiyi bilinir. Dörd tərəfi sütunlu portiklərlə çevrəli sahənin şimal və cənub ucunda yer alan, ətraflarındakı heykəl olan hovuzlar bu dövrün əlavələrindəndir. Üç tərəfi portiklərlə çevrili olan quruluşun yenə zəlzələlər nəticəsində dağılması üzərinə bu dəfə İmperator Avqust dövründə yenidən təmir edilmiş və bir də şərq portiki əlavə edilmişdir.
Son olaraq, 332-342-ci illər arasındakı zəlzələlərlə yenidən zərər görən gimnaziya Erkən Bizans dövründə II Konstantin zamanı sadəcə hamamdan ibarət olaraq yenidən inşa edilmişdir.
Gimnaziyanın cənubunda yer alan teatr ilk dəfə Avqust dövründə inşa edilmiş, I və II əsrlərdə edilən plan dəyişilikləri ilə son şəklini almışdır. Ancaq 322-332 illər arasındakı zəlzələlərlə yıxılmış olan quruluşun daşları şəhərin təkrar abadlaşdırması sırasında hamamların quruluşunda istifadə edilmişdir.
Teatr üç ana bölmeden ibarətdir.Bunlar səhnə binası,orkestr və oturma yerləridir.Çıxışların edildiyi,kulis və geyinmə-soyunma otaqlarının olduğu ,fresklər,sütunlarvə heykəllər ilə süslənmiş səhnə bölməsindən günümüzə sadəcə təməlləri qalmışdır.
Teatrın 15.000 nəfərlik olduğu təhmin edilən oturma bölmələri 50-dən çox pillə təşkil etsədə,bunların çox azı günümüzə gəlib çatmışdır.
Roma dövründə inşa edilən iki mərtəbəli qurulu teatrın cənub tərəfində yerləşir. Sütunlu bir girişdən sonra bir daxili həyət və böyük bir oturma otağının mövcud olması müəyyən edilmişdir. Villanın arxasındakı mozaik döşəmədə mərkəzi bir fiqurun etrafında heyvan təsvirləri mövcuddur.
Roma villasının cənub-şərqində yerləşən hovuz, üç bölmədən ibarətdir. Bir bölmədə eramızdan əvvəl VI əsrə aid divar rəsimləri və yazılar tapılmışdır. Hazırda xarab vəziyyətdəki ana rəsm, balıq, quş və bitkilərdən ibarət su səhnəsi və İsanın başı olan bir medalyon ilə bəzədilib.
Şəhərin ortasındakı boş yer və bunu ətrafındakı dükanlardan ibarət bu bölmə Salaminin həm yığıncaq həm də alış veriş mərkəzi olduğu aqorasıdır. İmperator Avqust dövründə bərpa edildiyi qazıntı sahəsində tapılan latınca bir kitabədən məlumat verilir. Aqoranın hər iki yanındakı sütunlu portiklər günəş və yağışdan qorunma vəzifəsini daşıyır. Bunlardan yalnız biri ayaq üstə qala bilmişdir.
Salamin şəhərinin ana məbədi olacağına inanılan bu qurulunun az bir qismi günümüzə gəlib çatmışdır. Aqoranın cənub ucunda yerləşən məbədə, pillələrlə çatmaq mümkündür. Edilən qazıntılarda ələ keçən bir kitabədə məbədin İmperator Avqustun həyat yoldaşı Livia şərəfinə Zevs Olimpiosa həsr olunması vurğulanır.
Enkomi bölgəsindən Salamin meşəsinin qərb ucu və müqəddəs Barnabas manastrina təxmini yaxın olaraq 4 mil kvadrat bir sahəyə malik bir məzarlıq Salamin nekropoludur. Qazıntilarda işığa çıxarılan məzarlar arasındakı bəzi məzarlar gərək quruluçları gərəksə zəngin tapıntılarına görə Kral məzarları adlandırılmışdır. Əsas memari özəllikləri, məzar otağı qarşısında yer alan geniş, uzun və meyilli yerlərdir. Cənazə arabasını çəkən atların ölənin şərəfinə qurban edildiği burada, yağ, şərab və ya bal dolu küplər sıralanmaqdadır. Araşdırmalar məzarların eramızdan əvvəl VIII əsrdə inşa edildiyi və bizim eranın IV əsrə qədər istifadə edildiyini göstərir. Xüsusilə 47, 50 və 79 nömrəli kral məzarlarında zəngin tapıntılara rastlanmışdır. Bunlardan 50 nömrəli məzar müqəddəs Ketrinə həsr olunmuş bir kilsə olaraq da istifadə olunmaqdadır. Xristianlıq dinini mənimsəyən müqəddəs Ketrinin Salamin idarəçisi dayısı tərəfindən buraya həbs olunduğuna inanıldığından, Müqəddəs Ketrin həbsxanası kimi də xatırlanır. Edilən qazıntılarda məzarların içində müxtəlif çanaq, tunc və fildişi sümükləri və qurban edilmiş atların skeletlərinə rastlanmışdır.
Salamin nekropolu yer alan bu abidənin Salaminin son kralı Nikokreon adına inşa edilmiş ollduğu düşünülür. Mənbələrə görə.son kral Nikokreon, I Ptolemeyə təslim olmaqdansa intihar etməyi seçmiş, həyat yoldaşıda ailəsini öldürüb, sarayı yandırdıqdan sonra intihar etmişdir. Pilləkənlə çıxılan platformun ortasında bir ocaq və bunun içində o dövrə aid dəmir çubuq, daş və torpaqdan heykəllər qurulmuşdur. Az bişmiş torpaqdan hazırlanmış heykəllər, gec dövrə aid klassik yunan heykəl sənətinin xüsusiyyətlərini daşıyır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.