From Wikipedia, the free encyclopedia
Sakura Soqoro (佐倉惣五郎?, 1605 – sentyabr 1653) və ya Sakura Soqo – XVI əsrin ikinci yarısında Yaponiyada yaşamış əfsanəvi fermer.[1] Əsl adı Kiuçi Soqorodur.[1]
Əfsanəyə görə Şimosa əyalətinin Sakura hanında[a] bir kənd başçısı olan Sakura Soqo ağır vergilərdən əziyyət çəkən kəndliləri xilas etmək üçün Sakura daymyosuna müraciət etmiş və regiondakı vergiləri azaltmasını istəmişdir.[1] Lakin müraciəti nəticəsiz qaldıqdan sonra təkbaşına Edo şəhərinə getmiş və birbaşa şoquna müraciət təqdim etmişdir.[1] Həmin dövrdə birbaşa şoquna müraciət təqdim etmək ölümlə cəzalandırılırdı.[1] Deyilənə görə şoqun onun müraciəti müsbət qiymətləndirərək vergiləri azaltmış, lakin Sakura və ailəsini edam etdirmişdir.
Sakura Soqoronun real şəxs olub-olmadığı mübahisə mövzusudur və onun mövcudluğu haqqında tarixi dəlillər çox azdır.[1] 1652-ci ilə aid fermer siyahısında Soqo adlı fermer də var.[1] 1722-ci ildə aid "Sakura fudoki" qəzeti Soqoro adlı birinin edamından bəhs etmişdir.[1] Buna baxmayaraq, Sakura Soqoro əfsanəsi kabuki tamaşalarından və populyar ədəbiyyatda çox istifadə edilən mövzuya çevrilmişdir.[1] Yaponiya kabuki drammaturqu Kavatake Mokuami ondan bəhs edən "Sakura qimin den" adlı kabuki yazmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.