SSRİ
1922–1991-ci illərdə Avropa və Asiyada mövcud olmuş kommunist dövlət / From Wikipedia, the free encyclopedia
Sovet Sosialist Respublikaları İttifaqı[q 2], qısaca: Sovet İttifaqı və ya SSRİ[q 3] (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur.
İttifaq dövləti | |||||
SSRİ | |||||
---|---|---|---|---|---|
rus. Союз Советских Социалистических Республик | |||||
|
|||||
«Пролетарии всех стран, соединяйтесь! (Bütün ölkələrin proletarları birləşin!)» «Bütün ölkələrin proletarları birləşin!» |
|||||
Himn: İnternasional (1922–1944) SSRİ dövlət himni (1944–1991)" |
|||||
|
|||||
|
|||||
Paytaxt | Moskva | ||||
Ən böyük şəhər | Moskva, Leninqrad, Kiyev, Daşkənd, Bakı, Xarkov, Minsk, Qorki, Novosibirsk, Sverdlovsk[3] | ||||
Dilləri | rus dili | ||||
Rəsmi dilləri | Yoxdur (de-fakto rus dili) | ||||
Dövlət dini |
Dünyəvi dövlət[4][5] Dövlət ateizmi[q 1] |
||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi | 22 402 200 | ||||
Əhalisi | 293 047 571 | ||||
İdarəetmə forması | Sovet respublikası | ||||
Faktiki dövlət başçısı | |||||
• 1922–1924 | Vladimir Lenin | ||||
• 1924–1953 | İosif Stalin | ||||
• 1953–1955 | Georgi Malenkov | ||||
• 1955–1964 | Nikita Xruşşov | ||||
• 1964–1982 | Leonid Brejnev | ||||
• 1982–1984 | Yuri Andropov | ||||
• 1984–1985 | Konstantin Çernenko | ||||
• 1985–1991 | Mixail Qorbaçov | ||||
Sələfi və xələfi | |||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln).
SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalanmış, beləliklə, SSRİ formal olaraq 11 dövlətdən ibarət ittifaqa çevrilmişdir.
İkinci Dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də (keçmiş Köniqsberq əyaləti) ona nəsib oldu.