From Wikipedia, the free encyclopedia
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi.
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi | |||
---|---|---|---|
Tarix | 1697–1701 | ||
Yeri | Bəsrə (müasir İraqın cənubu) | ||
Nəticəsi | Səfəvi imperiyası şəhəri ələ keçirsə də, 1701-ci ildə şəhəri Osmanlı ordusuna döyüşsüz təhvil verdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı.
Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628–1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi. Bəsrə hakimlərinin Osmanlı ali hakimiyyəti ilə olan gərgin münasibətləri, həcc ziyarəti ilə bağlı olan məsələlər və Osmanlı hakimiyyətindəki İraqın cənubundakı üsyanlar Səfəviləri bu regiona, yəni cənubi İraqa müdaxilə etməyə sövq edirdi. Səfəvilər I Süleymanın (1666–1694) hakimiyyəti dövründə bu regionu ələ keçirmək üçün yaxşı fürsət ələ keçirsə də, bunun üçün hərəkət etmədilər. Məsələn, 1667-ci ildə Osmanlı ordusu Bəsrənin Əfrasiyablar sülaləsindən olan hakimi Hüseyn paşanı cəzalandırmaq üçün yürüşə başladığında, Hüseyn paşa əhalini Səfəvi torpaqlarına köçürmüş, həmçinin şəhəri Səfəvi hakimiyyətinə təklif etmişdi. Lakin I Süleyman Osmanlı imperiyası ilə müharibə və ya düşmənçilik istəmədiyi üçün bu təklifi cavabsız qoymuşdu.
1690-cı ildə vəba və qıtlığa görə cənubi İraqdakı Muntafiq tayfası mənsubları arasında hakimiyyətdən olan narazılıq daha da artdı. 1695-ci ildə yerli ərəb şeyxi Şeyx Mane ibn Muğamiş öz tayfadaşlarını Osmanlı hakimiyyətinə qarşı üsyana sövq etdi. Şeyx Mane və onun adamları 5 min nəfərlik Moşaşa tayfası döyüşçüsü ilə şəhərin nəzarətini ələ keçirdilər. Moşaşalar şiə məzhəbində olan ərəb tayfalarından idilər. 1697-ci ildə Səfəvi Ərəbistanının bəylərbəyi olan Fərəcullah xana sadiq olan Moşaşa tayfası üzvləri Şeyx Manenin qüvvələrini məğlub etdilər və onları şəhərdən qovdular. Səfəvi Ərəbistanının bəylərbəyi başa düşdü ki, Şex Mane və dəstəkçiləri Bəsrəni ələ keçirdikdən sonra Səfəvi əyalətinin paytaxtı hesab edilən Huveyzəyə hücum edəcəklər. Buna görə də, Səfəvi şahı Şah Sultan Hüseynin (1694–17022) hakimiyyətində olan Səfəvi dövlət aparatı Əlimərdan xanın komandanlığı altında Bəsrəyə ordu göndərdi. 26 mart 1697-ci ildə Səfəvi hakimiyyətinin göndərdiyi ordu şəhərə nəzarəti ələ keçirdi. Lakin, Səfəvi hakimiyyəti öz ordularının pisləşən vəziyyətindən xəbərdar idilər və buna görə də, Osmanlı imperiyası ilə müharibənin başlanmasından çəkinirdilər. Üstəlik Bəsrədəki Səfəvi ordusuna Şeyx Manenin dəstələrinin təzyiqləri də artmaqda idi. Bütün bunları nəzərə aldıqdan sonra, Səfəvi hakimiyyəti Bəsrəni Osmanlı hakimiyyəti altına geri vermək qərarına gəldi. 9 art 1701-ci ildə Səfəvi ordusu Bəsrədən çıxdı və 10 martda şəhərə yenidən Osmanlı ordusu daxil oldu.
Bəsrə şəhəri XVI və XVII əsrlərdə xüsusi coğrafi əhəmiyyətə malik idi. Bu şəhər iki rəqib imperiya olan Osmanlı imperiyası ilə Səfəvi imperiyasının əsasən ərəblər yaşayan səhradakı sərhədlərində yerləşirdi və Hind okeanında ticarət etməkdə mühüm rol oynayırdı.[1] Elə buna görə də, Bəsrə üzərində hakimiyyət qurmaq üçün Osmanlı ilə Səfəvi imperiyaları arasında rəqabət mövcud idi. Hər iki imperiya hüquqi baxıdan şəhərdə hakimiyyət uğrunda mübarizə aparsalar da, çox zaman bu iki imperiyanın şəhər üzərindəki hakimiyyətləri de-jure ilə məhdudlaşmaqla birlikdə, əsl hakimiyyət bu imperiyaların suverenliyi altında de-facto hökmdarlar olan yerli hakimlərin əlində cəmləşməkdə idi.[1][2] Bu dövrdə müasir İraq ərazisinin böyük bir hissəsi ticarət karvanına hücum edən yarı-köçəri və azadlıq sevər ərəb tayfalarına (cənubda) və kürd tayfalarına (şimalda) görə çox təhlükəli bir yerə çevrilmişdi.[2] Cənubda, yəni Savadda hava, Bəsrə tarixində təlatümlü dövrlərə səbəb olan vəba və öldürücü epidemiyalarla sağlamlığa zərərli idi.[1][2] Lakiin buna baxmayaraq, Bəsrə həm İran körfəzində ticarət etmək üçün, həm də Məkkə və Mədinə şəhərlərinə müqəddəs ziyarətə gedə bilmək üçün mühüm əhəmiyyət daşımaqda idi.[1]
Bədəvi ərəb tayfası və Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan əl-Muğamilər Kufə və Bəsrə arasındakı bölgədə məskunlaşmış, XV əsrin əvvəllərində Bəsrədə öz hakimiyyətlərini formalaşdırmışdılar.[3] 1436-cı ildən 1508-ci ilə qədər şəhərə nəzarət de-fakto Moşaşaların əlində olmuşdur. Moşaşalar radikal şiə məzhəbi tərəfdarları olmaqla birlikdə, əsasən Səfəvi imperiyasının Ərəbistan bəylərbəyliyindəki bataqlıqların kənarlarında (müasir Xuzistan) məskunlaşmışdılar.[3]
1508-ci ildə ilk Səfəvi şahı I İsmayılın (1501–1524) hakimiyyəti illərində Bəsrə və Moşaşa Səfəvi imperiyasının bir parçası halına gəldi.[1][lower-alpha 1] Səfəvilərin yaxın vassalları halına gələn Moşaşalar tez-tez onların Bəsrə və cənubi İraqda yaşayan ərəblər üzərinə olan yürüşlərində fəal şəkildə iştirak etdilər. Bu yürüşlər əsasən Səfəvilər tərəfindən təyin edilən hakim tərəfindən həyata keçirilirdi. Səfəvi imperiyasının vassalları olmalarına baxmayaraq, Moşaşalar geniş muxtar hüquqlara sahib idilər və onların əraziləri Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında bufer zona hesab edilirdi.[2][5]
1524-cü ildə I İsmayılın ölümündən sonra əl-Muğamislər öz hakimiyyətlərini effektiv şəkildə davam etdirməkdə idilər.[3] İyirmi il sonra — Səfəvi-Osmanlı müharibəsi zamanı Bəsrənin hakimi Rəşid ibn Muğamis Osmanlı sultanı I Süleymanı (1520–1566) özünün suvereni kimi tanıdı. Bunun qarşılığında isə, I Süleyman onu şəhərin hakimi təyin etdi.[1] Bəsrənin Osmanlı hakimiyyətinə tabe olmasına baxmayaraq, buradakı Osmanlı hakimiyyəti ilk əvvəllərdə zəif idi.[2] Bu 1546-cı ildə dəyişdi. Beləki, bu tarixdə Moşaşa üsyanı başladıqdan sonra şəhərdə Osmanlı qarnizonu yerləşdirildi.[2][6]
Osmanlı imperiyası tərəfindən İraqın hakimi kimi əvəzlənmələrinə baxmayaraq, Səfəvi imperiyası bu bölgədən əl çəkməmişdi və sarayda bundan bəhs edilirdi.[2] Reallıqda isə, hətta cənub bölgəsinin əsasən şiələr tərəfindən məskunlaşdırılmasına baxmayaraq, İraqın çox hissəsi Səfəvilər üçün xarici bölgə idi. Müasi taixçi Rudi Matthe bunu belə izah edir:
Bölgə mərkəzi mərkəzi İran yaylasından Zaqros sıra dağları ilə kəsildiyinə görə onu müdafiə etmək çətin idi. Mesopotamiyanın sel düzənliyi olan Savad isti, rütubətli, sağlamlığa ziyanlı idi və öldürücü epidemiyaların tez-tez inkubatoru rolunu oynayırdı. Düz yarım-səhra torpaqları İran yaylasının, Şərqi Anadolunun yüksək düzənliklərinə və dağlarına alışmış qızılbaş döyüşçüləri üçün əlverişsiz ərazi idi. Döyüş meydanında açıq qarşıdurmadan fərqli olaraq partizan taktikasına, pusquya və dağlara çəkilməyə üstünlük vermələri, allüvial düzənlikləri və bataqlıqları olan İraqda onlara yaxşı xidmət etmədi.[2]
1596-cı ildə Osmanlı hakimi Bəsrə şəhərini Əfrasiyab sülaləsindən olan yerli şəxsə satdı. O, sünni Səlcuqlu sülaləsindən gəlməkdə idi.[1] Bundan sonra 1668-ci ilə qədər Bəsrə Əfrasiyab sülaləsinin irsi əyaləti hesab edildi.[2][7]
Bu dövr ərzində Səfəvi şahı Şah I Abbas (1587–1629) Bəsrəni ələ keçirmək üçün bir neçə cəhd etdi. O, bu şəhəri özünün əsas ticarət limanı olan Bəndər Abbasa rəqib hesab edirdi. Həmçinin bu şəhər onun ticarətdəki rəqibləri olan portuqaliyalıların da mərkəzi idi. 1623–1629-cu illər müharibə izamanı Səfəvilərin 1624, 1625 və 1628–1629-cu illər cəhdləri uğursuzluqla nəticələndi. Bunun səbəbləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdəki vəziyyətin pisləşməsi və sonda I Abbasın ölümü idi.[2]
1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsi ilə Səfəvilərin İraqdakı Osmanlı hakimiyyətini tanımalarına baxmayaraq, onlarda bölgəni geri qaytarmaq istəyi mövcud idi. Bu istək Osmanlıların Vyanada 1683-cü ildə məğlub olmasından sonra daha da intensivləşdi. Bəzi dairələr Səfəvi ordusunun zəifləməsinə görə bu istəyi təhlükəli görürdülər.[2] Münasibətlər isə gərgin olaraq qalmaqda idi, çünki Səfəvi ərazisindən həcc ziyarətinə gedən zəvvarlara Osmanlı hakimiyyət dairələri çətinlik yaradır və bəzən buna görə də, Səfəvilər bu yoldan istifadə etməyi qadağan edirdi.[2] Bundan başqa İraqın cənubunda baş verən hadisələr bölgəyə olan Səfəvi marağının daha da atması ilə nəticələnirdi. 1667-ci ildə Əfrasiyab sülaləsindən olan Hüseyn paşa Osmanlı sultanının hakimiyyətini tanımağı rədd etdi və ona qarşı cəzalandırma dəstəsi göndərildi. Hüseyn paşa şəhərin bütün əhalisini Səfəvi bölgəsinə köçürdükdən sonra şəhəri Səfəvi hakimiyyəti altına salmağı təklif etdi.[2][8] Şah Süleyman (1666–1694) Osmanlı ilə düşmən olmağı istəmədiyinə görə bu təklifi görməzdən gəldi. Bundan sonra 1688-ci ildə Osmanlının Bağdad valisi şəhərdə birbaşa Osmanlı hakimiyyətini yaratdı.[1]
Bəsrə həmçinin iqtisadi səbəblərdən də Səfəvi imperiyasına tərəf yuvarlanmaqda idi. Beləki XVII əsrin sonlarında Səfəvi abbasi və şahi sikkələri şəhərdə ümumi formada istifadə edilməkdə idi.[5] I Süleymanın xələfi Şah Sultan Hüseyn (1694–1722) dövründə İraqı yenidən ələ keçirmək barədə Səfəvi siyasəti dəyişmədi. Matthee iddia edir ki, "bu heç də təəccüblü deyil", çünki Səfəvi ordusu hələ də əzif olmaqda davam edirdi və şah özünün iddiasız xarakteri ilə məşhur idi.[2] Sələflərinin əksəriyyətindən fərqli olaraq, Sultan Hüseyn zəvvarları İraqda şiələrin müqəddəs ziyarətgahlarını ziyarət etməyə fəal şəkildə təşviq edirdi və onlar bunu görünməmiş sayda edirdilər.[2] Hüseyn həmçinin Səfəvi dövlətinin vəsaitlərini İraqdakı ziyarətgahların saxlanması üçün xərcləməyə hazır idi.[2]
18-ci əsrin əvvəli daha böyük qarışıqlıqlar ilə Səfəvilərin İraqın cənubundakı fəaliyyətini də yenilədi.[2] 1690-cı ildə meydana çıxan vəba epidemiyası və qıtlıq cənubi İraqdakı ən-Muntafiq tayfası mənsubları arasındakı mövcud hakimiyyətdən narazılıq hissinin böyüməsinə səbəb oldu. Şeyx Mane ibn Muntafiqin başçılığı altında bu tayfa Osmanlı hakimiyyətinə qarşı üsyana qalxdı.[2] Osmanlı ordusu cəzalandırıcı yürüşə başlasa da, Şeyx Manenin üsyanını yatırmaqda uğursuz oldu. 1695-ci ildə Şeyx Mane Bəsrə şəhərini ələ keçirdi və şəhərdə Osmanlı hakimini, qarnizonunu şəhərdən qovdu. Bəsrə hakimi kimi qısamüddətli hakimiyyəti dövründə o, nisbətən xeyirxah işlərlə məşğul oldu.[2] Səfəvilər bu regionda baş verən hadisələrdən məmnun deyildilər. Çünki üsyançılar təkcə Səfəvi imperiyasının sərhədində yerləşən mühüm şəhəri ələ keçirməmişdilər, həm də müqəddəs ziyarətə gedən bir çox karvanı da şəhərin ələ keçirilməsi zamanı yağmalamışdılar. Bu özü-özlüyündə Səfəvilərin Şeyx Manenin eksponsionist olmasını və yaxında onların da bölgələri üçün təhlükə yarada biləcəyini düşünmələrinə səbəb olmuşdu.[9] Səfəvilər tərəfindən təyin edilən qonşu Ərəbistan bəylərbəyliyinin valisi Fərəcullah xan da öz növbəsində Şeyx Mane ilə Moşaşalar arasındakı əlaqələrdən narahat idi. Təxminən 5 min Moşaşa döyüşçüsü Şeyx Manyə 1695-ci ildə Bəsrə şəhərini ələ keçirmədə yardım etmiş[9] və bu əməliyyat zamanı onlara Şeyx Manenin qardaşı oğlu Seyid Mahmud yardım etmişdi. Cəmi iki il sonra Fərəcullah xan və ona sadiq olan Moşaşa döyüşçüləri ilə Şeyx Mane və ona sadiq olan Moşaşa dyüşçüləri arasında döyüş oldu.[2][9]
Fərəcullah xan və ona sadiq qalan Maşaşa döyüşçüləri Səfəvi şahının adına Bəsrəyə hücum etdilər və şəhəri ələ keçirərək Şeyx Maneni oradan qaçmağa məcbur etdilər.[2][9] Səfəvilər Şeyx Manenin və döyüşçülərinin Bəsrəni geri qaytarmağa qərarlı olduqlarını[lower-alpha 2] və hətta Səfəvi Ərəbistanının paytaxtı Huveyzəyə hücum etməyə hazırlaşdıqlarını eşitdikdən sonra Şah Sultan Hüseyn fərman imzalayaraq Əli Mərdan xana Bəsrəyə getməyi əmr etdi. Əli Mərdan xan Feyli tayfasından idi və Kohgiluyə hakimi idi.[1][2][10] 26 mart 1697-ci ildə nizami qızılbaş ordusu şəhərə daxil oldu və Əli Mərdan xan şəhərin hakimi təyin edildi.[10] Bununla da, şəhərdə Səfəvi hakimiyyətinin ikinci dövrü başladı.[2] Həmin ildən sonra Əli Mərdan xan İbrahim xanla əvəz edildi. O, buna qədər Xuzistan ərazisində yerləşən müasir Şadgan, o dövrki adı ilə Davraqın hakimi idi.[2][10]
Səfəvilər şəhəri ələ keçirmələrinə baxmayaraq, ona hakim olmaqda "qəti və inadlı" iddia ortaya qoymaqdan çəkinirdilər.[10] Şah Sultan Hüseyn hakimiyyəti hələ də Osmanlı ilə sülh şəraitinin pozula biləcəyindən çəkinirdi. Üstəlik, onlar o zaman Səfəvilərin hərbi zəifliyindən xəbərdar idilər və başa düşürdülər ki, "son dərəcə qeyri-sabit bölgədə yerləşən bir şəhəri əldə saxlamaq çətin olacaq".[2] Kürd üsyançısı Süleyman Babanın Ərdəlan bölgəsini və Urmiya qalasını ələ keçirməsi bu narahatlıqların daha da artmasına səbəb oldu.[10] 1697-ci ilin sonlarında Şeyx Mane keçmiş düşməni Fərəcullah xanla sülh imzalayaraq,[lower-alpha 3] Moşaşa döyüşçülərinin bir hissəsindən də dəstək alaraq böyük Səfəvi qüvvəsini məğlub etdi və onların generalı ilə birlikdə, Xurma qalasını da ələ keçirdi.[2][10] Bu hadisə Şah Sultan Hüseyni Bəsrəni Osmanlı hakimiyyətinə təklif etməyə sövq etdi. Şah Sultan Hüseyn xalis qızıldan hazırlanmış qızılla birlikdə Rüstəm xan Zəngənəni İstanbula Osmanlı sultanı II Mustafanın (1695–1703) yanına göndərdi. Onun məqsədi xüsusi simvolik jestlə şəhəri Osmanlılara təklif etmək idi.[10] Bununla belə, Səfəvilərin Bəsrəni Osmanlılara qaytarmağa hazır olduqlarını nümayiş etdirmələrinə və 1698-ci ilin dekabrından 1699-cu ilin aprelinə qədər İsfahanda Osmanlı səfirliyini qəbul etmələrinə baxmayaraq, Bəsrə 1701-ci ilə qədər Səfəvilərin əlində qalacaqdı.[lower-alpha 4]
1700-cü illərin əvvəllərində Şeyx Mane Bəsrə şəhərinin yaxınlığında peydə oldu və şəhərin Səfəvi hakimindən 500 tümən tələb etdi.[2][11] Şəhərin hakimi olan İbrahim xan əlindəki ordunun az sayda olmasına görə ona 300 tümən verməyə razı oldu və bundan sonra onun ordusuna Kohgiluyədən 6 min nəfərlik yardım dəstəsi göndərildi. Lakin ərəb döyüşçülər bundan sonra da daim təhlükədə saxlayırdılar və buna görə Şah Sultan Hüseyn İbrahim xanı vəzifəsindən uzaqlaşdıraraq, onu bundan əvvəl əl-Qurnah hakimi olan Davud xanla əvəz etdi.[2][11] Bu əsnada ərəblər Bəsrəni blokadaya aldılar və şəhərdə aclıq başladı.[2][11] Bu vəziyyət 1701-ci ilə qədər davam etdi. Həmin ilin fevralında 6 min döyüşçüdən ibarət Səfəvi qarnizonu maaşlarına uzun müddətdir ala bilmədiklərinə və Bəsrəyə böyük Osmanlı ordusunun yaxınlaşması xəbərindən qaynaqlanan həvəsdən düşmədən qaynaqlanan qiyama başladılar. Bu qiyam zamanı Bəsrədəki bir çox mülk ziyan gördü.[2] Osmanlı ordusu şəhərə 1701-ci ilin 9 martında çataraq Səfəvilərdən şəhəri təhvil verməyi tələb edilər. Davud xan və Səfəvi ordusu çəhəri tərk etdi və hazır gözləyən gəmilərə mindilər.[2] 10 mart 1701-ci ildə yeni təyin edilmiş Osmanlı hakimi Əli paşa Bəsrəyə daxil oldu. Onu Osmanlının Bağdad, Sivas və Kərkük hakimləri müşayət edirdi. Ümumi ordu isə 30 min nəfərdən ibarət idi.[2]
Matthe bildirir ki, 1697–1701-ci illərdə "Bəsrənin Səfəvi hakimiyyəti altında necə olduğu" qeyri-müəyyən olaraq qalır, çünki müasir mənbələr "məsələ ilə bağlı yekdil fikir söyləmirlər".[10] Bəzi şahidlər iddia edirlər ki, Bəsrə Səfəvi hakimiyyəti altında yaxşı vəziyyətdə yaşamış, Səfəvi hakimləri Əli Mərdan xan və İbrahim xan "xalqın qeydinə qalan hakimlər" olmuşdurlar.[10] Bu dövrdə şəhərin sakini olmuş Katolik ordeni olan Karmelitlərin nümayəndəsi bildirir ki, şəhər bu iki Səfəvi valisinin xeyirxah hakimiyyəti altında çiçəklənmişdir. Həmçinin şotland dəniz kapitanı Aleksandr Hamilton da qeyd edir ki, bu dövr ərzində Səfəvi hakimləri Osmanlı nümayəndələrindən fərqli olaraq ticarəti canlandırmaq üçün çalışmış və xarici tacirlərlə mərhəmətli münasibət qurmuşdurlar.[10] Bundan başqa, 1700-cü ildə Holland Şərqi Hindistan Şirkəti qeyd edirdi ki, Səfəvi hakimiyyəti altındakı Bəsrə tənəzzül etmiş və ticarət azalmışdır.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.