Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür[1]:
Torpaqəmələgətirən süxurlar
Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır.
Maqmatik süxurlar
Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür:
- Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar
- İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir.
Sedimental süxurlar
Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.)
Sedimental süxurların növləri:
- Mexaniki Sedimentar süxurlar
- Kimyəvi Sedimentar süxurlar
- Üzvi Sedimentar süxurlar
Metamorfik süxurlar
Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır. Yüksək temperatur və təzyiq nəticəsində çöküntü süxurlar sıxılmış, bir hissəsi ərimiş və sementləşmişdir. Çöküntü süxurların belə dəyişmə prosesi birlikdə metomorfizm adlanır. (Məsələn:Mərmər, Amfibolit, Kvarsit, Hornfels, Miqmatit, Şist, Qneys, Sleyt və s.)
Çökmə süxurlar
Çöküntü süxurlar — ilkin süxurların parçalanmasından, parçalanan süxurların külək, su və ya buz vasitəsilə aparılaraq yer səthində və ya su hövzələrində çökməsindən yaranır.
Qum, çınqıl, gil — çökmə süxurlardır. Onlardan tikintidə geniş istifadə olunur.
Torf, daş kömür, əhəngdaşı, təbaşir kimi çökmə süxurlar bitki və heyvan qalıqlarından yaranmışdır.
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.