Süni intellektin tarixi
From Wikipedia, the free encyclopedia
Süni intellektin tarixi — müasir elmin inkişafı və ağıllı maşınların yaradılması texnologiyasına dair bir doktrina olaraq, insan təbiətinin erkən fəlsəfi tədqiqatlarında və dünyanı tanıma prosesində köklərə malikdir. O sonradan neyrofizioloqlar və psixoloqlar tərəfindən insan beyninin və düşüncə tərzinin işi ilə bağlı bir sıra nəzəriyyələr şəklində genişlənmişdir. Süni intellekt elminin inkişafındakı müasir mərhələ riyazi hesablama nəzəriyyəsinin əsasını – alqoritmlər nəzəriyyəsini və kompüterlərin yaradılmasıdır.
Süni intellektin tarixi qədim zamanlarda mütəxəssislər tərəfindən zəka və ya şüurla təchiz edilmiş süni varlıqların mövcudluğu haqqında miflər, hekayələr və şayiələr ilə başlamışdır. Müasir süni intellekt insan düşüncəsinin mexaniki simvollarının manipulyasiyası kimi filosoflar tərəfindən müəyyənləşdi. Bu iş 1940-cı illərdə riyazi mülahizələrin abstrakt mahiyyətinə əsaslanan və proqramlaşdırıla bilən rəqəmsal kompüterin ixtirası ilə yekunlaşdı. Bu cihaz və onun arxasında duran ideyalar bir neçə elm adamını elektron beyin yaratmaq imkanını ciddi şəkildə müzakirə etməyə ruhlandırdı.
Süni intellek tədqiqat sahəsi 1956-cı ilin yayında ABŞ-ın Dartmut Kollecinin kampusunda keçirilən seminarda yaradılmışdır.[1] İştirak edənlər onilliklər ərzində süni intellekt tədqiqatının liderləri olacaq. Onların bir çoxu insan kimi ağıllı bir maşının az müddətdə hazırlayacaqlarını proqnozlaşdırmışdı və bu vizyonu reallaşdırmaq üçün onlara milyonlarla dollar verilmişdir.[2]
Nəhayət, ticarət təşkilatları və tədqiqatçılar layihənin çətinliyini çox aşağı qiymətləndirərək yanıldıqlarını anladılar.[3] 1974-cü ildə Ceyms Laythillin tənqidlərinə və Konqresin davamlı təzyiqlərinə cavab olaraq, ABŞ və Britaniya hökumətləri süni intellektlə bağlı istiqamətsiz tədqiqatların maliyyələşdirilməsini dayandırdılar. Daha sonra bu hadisə "Süni intellektin qışı" kimi tanınacaqdı. Yeddi il sonra, Yaponiya Hökumətinin uzaqgörən təşəbbüsü, hökumətləri və investorları süni intellektə milyardlarla dollar yatırım etməyə ruhlandırdı, lakin 1980-ci illərin sonunda sahibkarlar məyus oldular və yenidən maliyyə vəsaitlərini geri çəkdilər.
21-ci əsrin ilk onilliyində, yeni metodlar, güclü hesablama aparatları və nəhəng məlumat bazalarının yaradılması vasitəsilə avtomatlaşdırılmanın sənayedə bir çox problemləri uğurla həll etməyin nəticəsində süni intellektə investisiya və maraq kəskin şəkildə artdı.