Fransız filosofu, riyaziyyatçısı From Wikipedia, the free encyclopedia
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[1][2][…], Dekart[d], Turen[d], Fransa krallığı[3] – 11 fevral 1650[1][2][…], Stokholm[1][4]) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu.
Rene Dekart | |
---|---|
fr. René Descartes lat. Renatus Cartesius | |
Doğum tarixi | 31 mart 1596[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 fevral 1650[1][2][…] (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[3] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | filosof, riyaziyyatçı, musiqişünas, fizik, astronom, musiqi nəzəriyyəçisi, müxbir[d], hərbi qulluqçu, yazıçı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir.
Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər. Kartezian koordinat sistemini kəşf etməklə Dekart cəbr və həndəsə elmləri arasına körpü rolunu oynayacaq analitik həndəsə elminin əsasını qoymuş olur. Filosofun ən məşhur kəlamı [[Cogito, ergo sum]], yəni "Mən düşünürəmsə, deməli mövcudam" kəlamıdır.
Dekartın fikrincə, insan yalnız zəkanın köməyi ilə zəruri bilik edə bilir. O, idrakda rasional əsasın əhəmiyyətini xüsusi qeyd edirdi.
Dekart həm də cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Bununla həndəsi problemlərin riyazi həlli mümkün olmuşdur. Ancaq onun adı ilə bağlı olan düzbucaqlı koordinat sistemi onun işlərinin heç birində rast gəlinmir.
1640-cı ildə Dekart differensial tənliklərin toxunan problemləri həllini işləyir. Dekart o məsələnin həlli üçün əyriyə toxunan çevrə götürür. Bu çevrə əyrini iki nöqtədə kəsir və yaxud bir nöqtədə toxunur. Bununla ona xüsusi əyrilər üçün toxunan artımını təyin etmək nəsib olur. Bu üsul o dövr riyaziyyatçıları arasında böyük maraq doğursa da, məsələnin tam həllini mümkün etməmişdir.
İki teorem Dekartın adı ilə bağlıdır. İşarələmələrlə verilmiş polinomun yuxarı və aşağı hədlərini həqiqi ədədlərlə təyin etmək mümkündür. 1643-cü ildə dörd çevrə teoremi toxunan çevrələr problemini həll edir. Burada bir-birinə toxunan üç çevrəyə toxunan başqa birisi tapılır ki, hansı ki, daha başqa üçünə toxunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.