Rövşən Cavadov
From Wikipedia, the free encyclopedia
Rövşən Bəxtiyar oğlu Cavadov (19 oktyabr 1951, Laçın – 17 mart 1995, Bakı) — Azərbaycan həkimi, karateçisi, hərbçisi, milliyətçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri (1992–1995), Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini (1993–1995).
Rövşən Cavadov | |
---|---|
10 fevral 1993[1] – 15 mart 1995[2] | |
Prezident | Əbülfəz Əliyev Heydər Əliyev |
17 iyun 1993[3] – 3 iyul 1993[4] | |
Əvvəlki | Abdulla Allahverdiyev |
Sonrakı | Vaqif Novruzov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 oktyabr 1951(1951-10-19) |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995(1995-03-17) (43 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, həkim, hərbi qulluqçu |
Atası | Bəxtiyar Cavadov[d] |
Hərbi xidmət | |
Rəhbərlik edib | |
Döyüşlər | |
Rütbəsi |
Polis polkovniki |
Vikianbarda əlaqəli mediafayllar |
Rövşən Cavadov Bakıda tibb təhsili aldıqdan sonra SSRİ DİN Akademiyasında davam etdirmişdir. O, Əfqanıstan müharibəsi vaxtı cəbhəyə könüllü olmuş, lakin antikommunist fikirlərinə görə onun bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov bundan sonra Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir.
Rövşən Cavadov 1980-ci illərin axırlarında siyasi fəaliyyətə başlamış, Qara Yanvar hadisələri zamanı sovet qoşunlarına qarşı göstərdiyi müqavimətdən sonra hərbi fəaliyyətə başlamış və çox keçməmiş hökumət tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Cavadov 1991-ci ilin sonuna qədər respublika XTPD-nin komandanı olmuş, Çaykənd əməliyyatında iştirak etmişdir. O, İsgəndər Həmidov ilə müttəfiq olmuş və Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Onun komandanlığı dövründə XTPD qüvvələri "Goranboy" əməliyyatı əsnasında Ağdərə şəhərinə daxil olmuşdu.
1993-cü ildə Elçibəyin devrilməsindən sonra Surət Hüseynov və Heydər Əliyev ilə müttəfiq olan Rövşən Cavadov Əfqanıstandan mücahidlərin gətirilməsində mühüm rol oynamışdır. Buna baxmayaraq, Bişkek protokolunun imzalanmasından sonra Hüseynov ilə Cavadov Əliyevə qarşı çıxmağa başlamış, 1994-cü ilin axırlarında baş verən qarşıdurmalardan sonra Hüseynov bütün siyasi və hərbi gücünü itirmişdir.
Türkiyə dövləti daxilində mütəşəkkil cinayətkarlıq ilə əlaqəsi olan ünsürlər və Türkiyənin kəşfiyyat orqanları ilə əlaqəsi olduğu güman edilən Rövşən Cavadov daxili işlər nazirinin XTPD-nin ləğv edilməsi ilə bağlı verdiyi sərəncamdan sonra dövlət çevrilişinə cəhd etmiş və prezident Heydər Əliyevin öldürülməsini hədəfə qoymuşdur. Buna baxmayaraq, Cavadov baş tutan döyüşlər zamanı həlak olmuşdur.