Roopkund
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır)[1] — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir.[1] Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir.[2] Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur.[3]
Roopkund | |
---|---|
Roopkund | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5.029 ± 0 m |
Uzunluğu |
|
Sahəsi |
|
Dərin yeri | 2 m |
Yerləşməsi | |
30°15′43″ şm. e. 79°43′54″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur.[4] Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür.[5] 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.[6]
Skeletlərlə bağlı çovğun, uçqun, sürüşmə, epidemiya kimi müxtəlif versiyalar mövcud idi. Lakin Heydərabad, Puna və London alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum oldu ki, ölümlərin səbəbi "dolu" ola bilər. Kriket topu ölçüsündə olan dolu daşları (diametri 7 sm-ə qədər) açıq ərazidə olan insanların kütləvi ölümü ilə nəticələnib. Həmçinin bölgədəki sərin hava və daimi aşağı temperatur cəsədlərin yaxşı qorunub saxlanılmasında mühüm rol oynayıb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.