italyan futbolçusu From Wikipedia, the free encyclopedia
Roberto Betteqa ( it. Roberto Bettega; 27 dekabr 1950[1], Turin) - İtaliyalı keçmiş futbolçu, İtaliya millisinin oyunçusu olub. Mövqeyi hücumçu.[2][3]
27 dekabr 1950-ci ildə İtaliyanın Turin şəhərində anadan olub.[2] Futbol həyatınada Turin şəhərinin təmsilçisi Yuventus klubu ilə əlaaədar olub. Əvvəlcə bu klubda futbolçu kimi çıxış edib. Karyerasını bitirdikdən sonra isə Yuventusda müxtəlif vəzifələrdə çalışıb. 1995-2006-cı illərdə Yuventus Klubunun vitse-prezidenti olub. 2009-cu ildə isə Yuventusda baş direktor müavini vəzifəsinə təyin edilib..
Futbol karyerasına Yuventus klubunda başlayıb. 11 yaşında Yuventusun uşaq futbol məktəbinə qoşulub. Burada 8 il futbol öyrəndikdən sonra, 1969/70 mövsümünun əvvəli 19 yaşında İtaliya B Seriyası klubu Varezeyə icarəyə verilir.
Roberto böyuk futboldakı debüt mövsümündə 30 oyunda 13 qol vuraraq özunu göstərir.
1970/71 mövsümündə Betteqa Juventusa qayıdaraq klubun əsas oyunçusuna çevrilir. 27 sentyabr 1970-ci ildə Kataniya ilə səfər oyununda Turin klubunda debüt edərək, komandasına qalibiyyət gətirən qolu vurur. Ümumilikdə, A Seriyasındakı ilk mövsümündə gənc hücumçu 28 oyun keçirdib 13 qol vurur. Növbəti mövsümün ilk yarısında ( 1971/72 ) Betteqa 14 oyunda 10 qol vuraraq gözəl bir performans göstərir. Ancaq o həmin mövsumdə son qolunu 16 yanvar 1972-ci ildə Fiorentina ilə oyunda vurur. Oyundan sonra onun ağ ciyərində prolemlər otaya çıxır və futbolçuda vərəm aşkarlanır. Buna görədə futbolçu mövsumu yarımçıq bitirərək futboldan uzaqlaşır. Futbolçu yaşıl meydanlara birdə növbəti mövsümdə ( 1972/73 ) - 24 sentyabr 1972-ci ildə qayıdır. Bu mövsumdə o 27 oyun keçirdib, 8 qol vuraraq ardıcıl ikinci dəfə İtaliya çempionu olur. Futbolçu karyerası ərzində Yuventus ilə İtaliya çempionatında 326 oyun keçirdir və 129 qol vurur. O, Yuventusun heyətində 7 dəfə İtaliya A seriyasında çempion olan ilk oyunçusu olur.
1977-ci ildə Yuventus UEFA Kubokunun finalına çıxır və iki oyunun nəticəsinə görə Atletik Bilbaonu məğlub edərək, Roberto Betteqanın vurduğu həlledici qolla ilk UEFA kubokunu qazanır. 1983-cü ildə Bettegqa, Yuventus ilə Avropa Çempionlar Kubokunun finalında oynayır Turin klubunun məğlub olduğu bu oyun Betteqanın Yuventusdakı son oyunu olur. Artıq 33 yaşlı veteran üçün Turin klubunun Paolo Rossi, Platini, Bonek kimi gənc ulduzları ilə start heyətində yer almaq üçün mübarizə aparmaq çətin idi.
1983-cü ilin yayında Betteqa, o dövrün bir çox məşhur futbolçuları kimi Şimali Amerika Futbol Liqasında üçun okeanın o tayına yollanır. Kanadanın Toronto Blizzard klubu ilə müqavilə bağlayan Roberto burada 48 oyunda 19 qol vurur. 1984-cü ilin sonunda karyerasını Kanada klubunda bitirir.
İtaliya millisinin əsas komandasında debutu 5 iyun 1975-ci ildə Helsinkidə Finlandiya millisinə qarşı olur. Betteqa 90 dəqiqə oyunda olur və İtaliya 1-0 qalib gəlir.
Ümumilikdə, "Skuadra Azzurra"nın heyətində 42 oyun keçirib və 19 qol vurub. Milli komanda formasında son dəfə 16 aprel 1983-cü ildə Buxarestdə Rumıniya ilə səfər oyununun 69-cu dəqiqəsində meydana daxil olur.[4]
Mövsüm | Komanda | Çempionat / Liqa | Oyunlar | Top |
---|---|---|---|---|
1969/70 | Vareze | "B" seriyası | 30 | 13 |
1970/71 | Yuventus | "A" seriyası | 28 | 13 |
1971/72 | 14 | 10 | ||
1972/73 | 27 | 8 | ||
1973/74 | 24 | 8 | ||
1974/75 | 27 | 6 | ||
1975/76 | 29 | 15 | ||
1976/77 | otuz | 17 | ||
1977/78 | otuz | 11 | ||
1978/79 | otuz | 9 | ||
1979/80 | 28 | 16 | ||
1980/81 | 25 | 15 | ||
1981/82 | 7 | 5 | ||
1982/83 | 27 | 6 | ||
1983 | Toronto Blizzard | Şimali Amerika futbol liqası | 16 | 2 |
1984 | 23 | 8 |
Klub ilə
Məşhur futbolçu Roberto Baccoya atası Roberto adını, Roberto Betteqanın şərəfinə qoyub.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.