Qədir-Xum
From Wikipedia, the free encyclopedia
Qədiri-Xum(ərəb. غدير خم) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur.
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur:
- Şimal istiqamətində bir yol Mədinəyə gedir;
- Şərq istiqamətində bir yol İraqa gedir;
- Qərb istiqamətində bir yol Misirə gedir;
- Cənub istiqamətində bir yol Yəmənə gedir.
Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir. Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir. Lakin bir zamanlar İslam tarixinin ən böyük hadisələrindən birinin şahidi olmuşdur. O hadisə Məhəmməd peyğəmbərin (s) Əli ibn Əbu Talibi canişin təyin etməsi idi.