Məhəmməd
ərəb siyasi lider və islamın qurucusu / From Wikipedia, the free encyclopedia
Məhəmməd[qeydlər 1] (ərəb. مُحمّد (tələffüzüⓘ);[qeydlər 2]; 20 aprel 571[1][2][…], Məkkə – 8 iyun 632, Mədinə)[3] — dini, sosial, siyasi lider və islamın qurucusu.[4] İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər.[4][5][6][7] Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır.
Məhəmməd | |
---|---|
ərəb. مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْمُطَّلِبِ | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 571[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 632 (61 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | naxırçı[d], tacir, peyğəmbər, vaiz[d], siyasətçi, hərbi lider[d] |
Atası | Abdullah ibn Əbdülmütəllib |
Anası | Aminə binti Vəhb |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Bəni Haşim |
Dini | Hənif, islam |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır.[8] Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.[9]
Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında ikən mələk Cəbrayıl tərəfindən ziyarət edildiyini[10][11] və Allahdan ilk vəhyni aldığını bildirdi. Üç ildən sonra, 613-cü ildə,[12] Məhəmməd peyğəmbər açıq şəkildə islami təbliğata başladı.[13] O, elan etdi ki, "Allah birdir",[14] Allaha təslimiyyət (islam) doğru həyat yoludur[15] və digər islam peyğəmbərləri kimi o da Allahın elçisidir.[16][17][18]
Başlanğıcda, Məhəmməd peyğəmbərin ardıcılları az idi və onlar məkkəli politeistlərin düşmənçiliyinə məruz qalırdılar. O, 615-ci ildə ardıcıllarını təqibdən qorumaq üçün onlardan bəzilərini Aksum krallığına göndərdi. 622-ci ildə isə özü və ardıcılları Məkkədən Mədinəyə (əvvəl "Yəsrib" olaraq adlandırılırdı) köç etdilər. Bu hadisə, hicri təqvimi olaraq da bilinən "islami təqvim"in başlanğıcı sayılır. Həmin il Məhəmməd peyğəmbər Mədinədəki qəbilələri "Mədinə müqaviləsi" altında birləşdirdi. Məkkəlilər ilə müxtəlif aralıqlarla səkkiz il davam edən müharibələrdən sonra Məhəmməd peyğəmbər 10.000 müsəlman əsgərlə birlikdə Məkkə şəhərinə doğru hərəkətə başladı. Müsəlmanlar az itki ilə şəhərə daxil ola bildilər.
Məhəmməd peyğəmbər vida həccindən qayıtdıqdan bir neçə ay sonra, 632-ci ildə xəstələndi və vəfat etdi. Ölümünə qədər Ərəbistan yarımdasının əksəriyyəti islam dinini mənimsədi.[19][20]
Allah tərəfindən Məhəmməd peyğəmbərə göndərilən vəhylər Quran ayələrini meydana gətirmişdir. Ayələr müsəlmanlar tərəfindən "Allahın kəlamı" adlandırılır və dinin əsası olaraq qəbul edilir. Qurandan başqa, Məhəmməd peyğəmbərin hədislərdə və siyərlərdə yer alan təlimləri və tətbiqləri (sünnə) islam hüququnun mənbələri olaraq istifadə edilir (bax: şəriət).
Məhəmməd peyğəmbərin adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısında 1-ci yerdədir.