From Wikipedia, the free encyclopedia
Sənusilər — Şimali Afrikada Məhəmməd ibn Əli Sənusi (1791–1859) tərəfindən əsası qoyulmuş islahatçı sufi qardaşlığının ardıcıllarıdırlar.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məhəmməd ibn Əli Əlcəzairdə anadan olmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş və özünü maliki hüquq məktəbinin mənsubu hesab etmişdir. Ruhani kamilləşmə yolunu o, Hidrilər adlı sufi qardaşlığının rəhbəri Əhməd ibn İdrisin yanında keçmişdir. Bundan başqa ona Ticani sufi təriqətinin yaradıcısı Əhməd Ticaninin ideyaları da böyük təsir etmişdir. Sonralar Sənusi başqa təriqətlərin — Şazililərin, Qadirilərin mənəvi təlimləri ilə səsləşmiş və öz sufi qardaşlığının əsasını qoymuşdur. Məhəmməd ibn Əli öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif qardaşlığa başçılıq etmişlər.
Sənusilər ilkin İslamın saflığına qayıdışı təbliğ etmiş, dinə sonradan gətirilmiş yenilik və əlavələrdən uzaq durub, müsəlmanlar arasındakı ziddiyyətləri aradan qaldırmaq istəmişlər. Bu qardaşlıqda xəfi (sakit) zikrlər oxunmuş, ekstaz və trans halına girmək, ibadət zamanı rəqs etmək qadağan olunmuşdur. Onlar müqəddəslərin ziyarət edilməsinə qarşı çıxmamış, Həzrət Məhəmməd peyğəmbərə (s) xüsusi dualar oxumuşlar. Sənusilər dövlət idarəçiliyinin ciddi teokratik prinsiplər əsasında həyata keçirilməsinin tərəfdarı idilər
Onların ideyaları Liviya, Əlcəzairlə yanaşı, Şimali Afrikanın başqa regionlarında, eləcə də Hicaz və Sudanda yayılmışdır. Sənusilərin mənsubları bu bölgələrin siyasi həyatında baş vermiş hadisələrin gedişatında aktiv rol oynamışlar. Məsələn, XIX-XX əsrlərdə onlar Şimali Afrika xalqlarının Avropa dövlətlərinin, xüsusən də İtaliyanın müstəmləkəçi hakimiyyətinə qarşı apardıqları müqavimət hərəkatında fəal iştirak etmişlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.