Qış sarayında yanğın
From Wikipedia, the free encyclopedia
Qış sarayında yanğın — Rusiya çarlarının Sankt-Peterburqdakı iqamətgahı 17 dekabr 1837-ci ildə, divar arası alovlanma səbəbindən baş vermişdi.[1]
Üç gün müddətində yanan sarayın alovları 50–70 verst (50–75 km/30–45 mil) məsafədən görünmüşdü.[2] Yanğında otuz gözətçinin ölməsinə baxmayaraq, demək olar ki, sarayda olan bütün eksponatlar, Hərbi qalereya və Feldmarşallar zalındakı portretlər, həmçinin Böyük saray kilsəsindəki dəyərli əşyalar xilas edilmişdi.