Qış sarayı
From Wikipedia, the free encyclopedia
Qış sarayı (rus. Зи́мний дворе́ц) — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732–1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730–1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir.[1] 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqilabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır.
Qış sarayı | |
---|---|
Зимний дворец | |
59°56′25″ şm. e. 30°18′50″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Saray meydanı |
Memar | Françesko Bartolomeo Rastrelli |
Sifarişçi | I Yekaterina |
Tikilmə tarixi | əsası qoyulub:1754 |
Üslubu | Yelezaveta barokkosu |
Vəziyyəti | Muzey |
Rəsmi sayt | hermitagemuseum.org/wps/… |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1990 |
İstinad nöm. | 540 |
Dövlət | Rusiya |
Region | Avropa |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810514003 |
Mühafizə dərəcəsi | Federal |
Sayt | Rəsmi sayt |
Vikianbarda əlaqəli mediafayllar |
Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdi. Bu saraydan Rusiya çarları[2] 22,400,000 kvadrat kilometr (8,600,000 sq mi) (Yer kürəsinin torpaq sahəsinin 1/6 hissəsi) əraziyə və XIX əsrin sonuna kimi 125 milyon insana hökm etmişlər. Sarayın inşa edilməsində bir çox memarlar çalışsalar da, onlar arasında Yelezaveta barokkosu üslubunun əsas simalarından olan Bartolomeo Rastrellinin adı xüsusilə qeyd edilir. Yaşıl və ağ rəng çalarlarının sintezi şəklində işlənmiş və uzunsov düzbucaqlı formasında olan sarayın əsas fasadı 250 m uzunluğunda və 30 m (100 ft) hündürlüyündədir. Qış sarayının 1.786 qapısı, 1.945 pəncərəsi, 1.500 otağı və 117 pilləkanı var. 1837-ci il yenilənməsi sarayın eksteryerini dəyişməsə də, otaqların interyeri müxtəlif zövqlərə uyğun olaraq, yenidən işlənmişdir ki, tədqiqatçılar bu otaqların interyerini "XIX əsr Rokoko üslubuna uyğun" olduğunu bildirirlər.[3]
1905-ci il Qanlı Bazar qırğınları etirazçıların Qış sarayına doğru yürüşə başlamasından sonra baş vermişdir, lakin həmin dövrdə artıq monarx ailəsi yaşamaq üçün Çarskoe selodakı Aleksandr sarayına üstünlük verirdi və yalnız vacib dövlət işləri üçün Qış sarayına gəlirdi. 1917-ci il Fevral inqilabından sonra saray bir müddət Aleksandr Kerenskinin rəhbərlik etdiyi Rusiya Respublikasının mərkəzi olmuşdur. Həmin ilin sonlarında, Sovet hökumətinin doğulduğu dövrdə Qış sarayı Qızıl Ordu dəstələrinin hücumuna məruz qalmışdır. Sarayın bir ay müddətində qarət edilməsi nəticəsində, şərab zirzəmilərindən o qədər içki içilmişdir ki, bu hadisə bəzən "tarixin ən böyük oğlan qonaqlığı" da adlandırılır. Bu gün bərpa edilmiş saray, Dövlət Ermitajı muzey kompleksinin əsas binalarından biri kimi fəaliyyət göstərir.