Qurbançı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.[1]
Qurbançı | |
---|---|
40°33′59″ şm. e. 48°57′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 979 m |
Saat qurşağı | |
Qurbançı Baş Qafqaz dağ silsiləsinin ətəyində yerləşir. Qurbançı kəndinin əhalisi türk mənşəlidir və qədim zamanlardan etibarən əsasən heyvandarlıqla məşğul olmuşdur. Qurbançı kəndi ərazi vahidi kimi bir müddət Mərəzə rayonuna, sonradan Şamaxı rayonuna aid olmuş hal-hazırda isə Qobustan rayonuna aiddir. Bu kənd Bakı şəhərindən Şamaxıya gedən qədim karvan yolunun kənarında yerləşir. Qurbançı kəndi öz başlanğıcını bu kəndin yaxınlığında yerləşən qədim yaşayış məskəni olan Şəhərgah[2] adı ilə məlum olan qədim yaşayış məntəqəsindən götürüb. Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Bunlardan biri də Qurbançı kəndi yaxınlığında, Qurbançıdan Qobustan şəhərinə gedən yolun sağında kənddən təqribən bir kilometr uzaqlıqda yerləşən yaşayış yeri olmuşdur. Şəhərgahın yerində hal-hazırda yerə batmış bir neçə iri daşlar və qəbir daşları vardır. Şəhərgah vaxtilə Bakıdan Şamaxıya və daha sonra Azərbaycanın qərb ərazilərinə gedən karvan yolunun üstündə olan mühüm əhəmiyyət kəsb edən bir şəhər olub. Bakıdan çıxan karvan axşama Cəngiyə (Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində) çatırdı və orada gecələyirdi. Səhəri gün isə bu karvan Cəngidən çıxaraq Müşkəmir, Şəmsəddim körpüsü (bu körpü indi də durur), Ağ nohur, Şəhərgah, Çalov, Cəyirli, Təklə istiqamətində Şamaxı şəhərinə doğru irəliləyirdi. Karvanın növbəti gecələmə məkanı (karvansara) Şamaxı şəhəri olub. Şəhərgah bu karvan yolunun üzərində olan mühüm və yeganə iri yaşayış məntəqəsi (Bakıdan Şamaxıya qədər olan yolda) olmuşdur. Şəhərgahdan xeyli küp qırıntıları, qədim əşyalar tapılmışdır.[3]
Kənd Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonim XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş qurbançı elinin adındandır.[4]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 614 nəfər əhali yaşayır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.