Azərbaycanlı xanəndə From Wikipedia, the free encyclopedia
Alim Qasımov (14 avqust 1957[1], Nabur, Mərəzə rayonu Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010).
Alim Qasımov | |
---|---|
Alim Həmzə oğlu Qasımov | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nabur, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | Fərqanə Qasımova |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə |
Fəaliyyət illəri | 1977—h.h. |
Janr | muğam |
Musiqi aləti | Dəf |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.[2]
1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub.
1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib.
1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.[3]
1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.
2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.[3]
2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib.[4] 2010-cu il martın 17-də ABŞ-nin "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.[5]
2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.[6][7][8][9]
2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.[3]
2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb.[10] Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub.[10]
Ailəlidir. Qızı Fərqanə Qasımova xanəndədir.[11]
1997-ci ildə "Parni iz Baku" komandasının üzvü olan Bəhram Bağırzadə, 2010-cu ildə "Bu Şəhərdə" komediya duetinin aktyoru Rafael İsgəndərov Alim Qasımovun parodiyasını Bakıda keçən konsertlərində edib.
Alim Qasımov İordaniyanın Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunan "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabının siyahısının 2009-cu ildən 2019-cu ilə qədər olan variantlarına daxil edilib.[12]
2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb.[13]
Aktyor kimi
İfaçı kimi
İştirak etdiyi film
Bəstəkar kimi
Alim Qasımovun diskoqrafiyasına 7 studiya albomu və bir yığma albomu daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.