Yuhan Qunnar Qren (isv.Johan Gunnar Gren; 31 oktyabr1920, Göteborq – 10 noyabr1991, Göteborq) isveçli futbolçu və məşqçi. O, daha çox Milan və IFK Göteborg komandalarında ki, oyunu ilə tanınır. O, 1940–1950 illərdə Milanın və İsveç milli futbol komandasının hücüm xəttinin əfsanəvi Gre-No-Li üçlüyün hissəsi idi. Qren 1948 ilin Olimpiya Oyunlarının qızıl medalçısıdı və 1958 ilin dünya çempionatında İsveç millisinin heyətində ikinci yeri ala bilmişdi. O, 1946 ildə İsveçin ən yaxşı oyunçusuna verilən Guldbollen mükafatına layiq görülmüşdü. Qren İsveçin ən məşhur futbolçularından sayılır, onun şərəfinə "Gamla Ullevi" stadionun yaxınlığında heykəl qoyulub.