From Wikipedia, the free encyclopedia
Quaruja (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ɡwaɾuˈʒa]]]) — Braziliyanın San-Paulu ştatında yerləşən bələdiyyə. Bayşada-Sansista metropolitan regionunun tərkibindədir.[2] 2015-ci ilin məlumatına görə əhalisi 311.230 nəfərdir və sahəsi 143,58 km2 təşkil edir.[1] Bələdiyyənin adı Tupi dilindən tərcümədə "dar cığır" mənasını verir. Bələdiyyədə güclü urbanizasiya var.
Bələdiyyə | |
Quaruja | |
---|---|
port. Guarujá | |
23°59′37″ c. e. 46°15′23″ q. u.HGYO | |
Ölkə | Braziliya |
Region | Cənub-şərq regionu |
Rayon | [[ San-Paulu]] |
Metropolitan regionu | [[Bayşada-Sansita]] |
Metropolitan regionu | [[Bayşada-Sansita]] |
Mer | Maria Antonieta di Britu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 19 iyun 1934 |
Sahəsi | 143,58 km² |
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | UTC−3 , yayda UTC−2 |
Əhalisi | |
Əhalisi | 311.230[1] nəfər (2015) |
Sıxlığı | 2.200 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +55 13 |
Poçt indeksi | 11400-000 |
Digər | |
guaruja.sp.gov.br (por.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Quaruja Hollivud ulduzları və milyonerləri üçün qaçış yeridir.
Quaruja San-Paulunun sahilində yerləşən Santo-Amaro adasında yerləşir. Əsas gəlir mənbəyi mövsümi turizm və liman fəaliyyətləridir.
Quaruja San-Paulu ailələri üçün populyar həftəsonu yeridir. Onlar burada azı 1 saat drayvinq ilə məşğul ola bilərlər. Bayram günləri ərazidə böyük tıxaclar olur.
Quarujada parnasianist şair Visente di Karvalyonun şərəfində adlandırılmış boro yerləşir.
Şəhərin ləqəbi "Atlantikanın mirvarisi"dir.
Quaruja məşhur çimərlikləri ilə tanınır: Quaiuba, Tombo, Asturias, Pitanqueyras, Enseada, Pernambuko, Pereke, San-Pedru, Tijikopava, İporanqa, Praya-Branka və Praya.
Quaruja, tarixi, infrastrukturu və ölkənin ən çox əhalisi olan şəhərə yaxınlığına görə şəhərdə turizm yaxşı inkişaf etmişdir. Şəhərin çimərlikləri olduqca məşhurdur. Turizm regionunun iqtisadiyyatında çox əhəmiyyətli rol oynayır.
Bundan əlavə digər gəlir mənbəyi limandan (Santos limanının sol sahili) və əlaqəli fəaliyyətlərdən (məsələn, daşıma) əldə olunur. Digər tərəfdən Kubataoya (ölkədə ən böyük sənaye rayonu) və limanlara olan yaxınlığına görə burada sənaye fəaliyyətlərinə böyük maraq vardır. 1976-cı ildən başlayaraq Dow Chemical hələ də regionda əsas sənaye şirkətidir.
Quarujanın qardaşlaşdığı şəhərlər:
Antonio Fernandes Bələdiyyə Stadionu şəhərin əsas futbol stadionudur.[3] Quaruja Futbol Klubu ev oyunlarını bu stadionda keçirir. 2014-cü ildə Braziliyada baş tutmuş futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina milli komandası Quarujanı bazası kimi seçmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.