From Wikipedia, the free encyclopedia
Qoçhisar və ya Dədə Qarkın döyüşü[9] — 1516-cı ilin 25 may ayında Mardinin Qızıltəpə yaxınlığındakı Dədə-Qarkın adlanan yerdə, Bıyıklı Mehmed Paşanın komandanlığındakı Osmanlı ordusu ilə Qara xan Ustaclının komandanlığındakı Səfəvi ordusu arasında baş verdiyi döyüş. İki ildir bölgədə hökmranlıq uğrunda mübarizə aparan iki sərkərdənin son qarşılaşması Səfəvi ordusunun mühüm sərkərdələri ilə birlikdə məhv edilməsi ilə nəticələndi.
Qoçhisar döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
| |||
Tarix | 1516 | ||
Yeri | Qoçhisar (Qızıltəpə), Mardin | ||
Səbəbi | Səfəvi-Osmanlı münasibətləri | ||
Nəticəsi | Kürd-Osmanlı qüvvələrinin həlledici qələbəsi[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Çaldıran vuruşmasından sonra Diyarbəkir əhalisi Sultan Səlimə itaətini bildirdiyinə görə I Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı (Çaldıran yaxınlığında həlak olmuş Məhəmməd xan Ustaclının qardaşı) ora göndərdi. Lakin qızılbaşlar qiyamçıların müqavimətini heç cür qıra bilmədilər. Mühasirə bir ildən artıq çəkdi. İdris Bidlisinin başçılığı altında kürd dəstələri ilə möhkəmləndirilmiş Bıyıklı Məhəmməd paşanın qoşunlarının yaxınlaşması Qara xanı məcbur etdi ki, mühasirədən əl çəksin və Mardinə geri çəkilsin.[10] 1516-cı ilin mayında Mardinin cənubunda Koçhisarın yaxınlığında tərəflər arasında baş verən qəti döyüş Osmanlı türklərinin xeyrinə qurtardı. Qara xan tüfəngdən açılan atəş ilə öldürüldü. Səfəvi ordusu məğlub edildi. Qara xanın qardaşı Süleyman Xan Mardin qalasında aprelin 7-si 1517-ci ilə qədər mübarizəni davam etdirdi.[11] Buna baxmayaraq qala Osmanlı dövlətində qaldı. Nəticədə, şimalda Harputdan və Bidlisdən başlayan, cənubda isə Rəqqə və Mosula qədər uzanan geniş ərazi Osmanlı türklərinin əlinə keçdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.