From Wikipedia, the free encyclopedia
Qoyun keçidi döyüşü (türk. Koyun Geçidi Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü. Bu döyüşdə qazanılmış qələbə Şirvana gedən yolu Osmanlı ordusu üçün açmışdır. Döyüş Qanıq çayının sahilindəki Qoyun keçidi məntəqəsində baş vermişdir.[1]
Mollahasanli Savaşı | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1578-1590) | |||
| |||
Tarix | Sentyabr 1578 | ||
Yeri | Qanıq çayı sahilində yerləşən Qoyun keçidi | ||
Nəticəsi | Osmanlı imperiyasının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Osmanlı ordusunun hücumu 1578-ci ilin yayında başladı. Bu zaman 100 minlik Osmanlı ordusu Ərzurumdan çıxaraq şərqə doğru yürüşə başladı. Əvvəlcə Osmanlı orduları döyüşsüz təslim olmayan bir neçə kiçik qalanı ələ keçirdilər, daha sonra isə ilk böyük toqquşma Çıldır gölü yaxınlığında baş verdi. Bu döyüşdə rəqibindən az döyüşçüyə və artilleriya silahına sahib qızılbaş ordusu məğlub oldu. Bundan sonra Osmanlı ordusu müqavimətsiz formada Tiflis şəhərini ələ keçirdilər. 8 sentyabrda Tiflis şəhərindən çıxan Lələ Mustafa paşanın ordusu 16 sentyabrda Ərəş şəhərinə çatdı.[2] Bu yer müasir Yevlax rayonunun ərazisində yerləşməklə birlikdə, Qanıx-Alazan çaylarının Kürə birləşdiyi yerdən uzaq deyildi. Bu ərəfələrdə Osmanlı ordusu ərzaq çatışmazlığından əziyyət çəkirdi.[3]
Əmir xan Türkmanın komandanlığı altındakı qızılbaş ordusu 8[4] və ya 9 sentyabrda[lower-alpha 1] Qanıx çayıyının sahilinə çatdılar. Əmir xanın ordusuna burada Muğan hakimi olan oğlu Murad xanın, Naxçıvan hakimi olan Şərəf xan Bitlisinin, Qaracadağ hakimi olan Xəlifə Ənsərin, Dünbül Hacı bəyin və s. şəxslərin orduları da qatıldı.[lower-alpha 2][2] Birləşmiş ordunun sayı 20 mindən ibarət idi.[6][lower-alpha 3]
Osmanlı ordusunda aclıq o qədər şiddətli idi ki, bir kiloqram arpa altı dukat, bir okka un isə yarım dukat idi. Lələ Mustafa paşa məhsul yığmaq üçün tarlalara on min nəfər döyüşçü göndərdi.[lower-alpha 4][3] Qızılbaş sərkərdələri ilk növbədə Osmanlıları tədarükdən məhrum etmək üçün yük heyvanlarını ələ keçirmək qərarına gəldilər[6] və Osmanlı toplayıcıları Toxmaq Xan, Əmir Xan və İmamqulu xan tərəfindən pusquya salındı.[8][3] Kürü Qoyun keçidi məntəqəsində keçən qızılbaş ordusu ərzaq toplamaq üçün göndərilmiş Osmanlı döyüşçülərinin avanqard dəstəsini məğlubiyyətə uğratdılar.[8][9][2] Xeyli sayda Osmanlı döyüşçüsü öldürüldü, xeylisi Osmanlı bəyi də əsir götürüldü. Əmir xan bu qələbədən razı idi və ələ keçirdikləri qəniməti götürərək geri dönməyin tərəfdarı idi. Lakin başqa onun oğlu Murad xan da olmaqla, bir çox qızılbaş sərkərdəsi hücumu davam etdirməyi,[7] geri qaçan Osmanlı döyüşçülərini təqib etmək istəyirdi.[7] Mustafa paşa qızılbaşların təqibndən xəbər tutuduqdan sonra yeni taktiki gedişatlar fikirləşərək bu təqibə şərait yaratdı. Qanıx və Kür çayının birləşdiyi yerdə formalaşan yarımadaya doğru toplanmağa sövq edilən qızılbaş ordusuyla əsas döyüşün burada olması planlanmışdı.[3] Mustafa paşa Dərviş paşanı (Diyarbəkir bəylərbəyisi və Sokullu Fərhad paşanın qardaşı) sol cinaha, Bəhram paşanı sağ cinaha yerləşdirdi. Özü isə mərkəz qüvvələrinin komandanı oldu.[3] Həmçinin Kür çayının bir qolu olan Qabırrıçayı keçən Osmanlı ordusunun bir hissəsi qızılbaş ordusuna arxadan hücum etdi.[5][2] Bundan sonra Osmanlı ordusunun əsas hissəsi və artilleriyası döyüşə girdi. Osman paşa, Hələb bəylərbəyisi Mehmed paşa və Dülqadir bəylərbəyisi Mustafa paşanın komandanlığı altında 3 hissəyə bölünən Osmanlı ordusu eyni anda 3 istiqamətdən hücuma keçdi.[10][1] Say etibarilə rəqiblərindən çox az olan və artilleriya silahları olmayan qızılbaş ordusu hücuma tab gətirə bilməyib geri çəkilməyə başladı.[11] Çaya qədər geri çəkildikdən sonra bəzi döyüşçülər çayı üzərək keçdilər,[12] bəziləri isə çayı keçə bilməyərək boğuldular və ya Osmanlı döyüşçüləri tərəfindən öldürüldülər.[11][2][3][12][10]
Rəhimizadəyə görə, 20 min döyüşçüdən ibarət qızılbaş ordusunun yarısı suda boğulmuş, 5 min nəfəri isə döyüşdə öldürülmüşdür.[lower-alpha 5][11] Övliya Çələbi isə, "şayiələrə görə, 10 min qızılbaş ölmüş, digər 10 min nəfər isə qoyun sürüsü kimi çayda boğulmuşdur" deyə yazmaqdadır.[1] Şərəf xanın təsvirinə görə isə, "bir çox qızılbaş döyüşçüsü və əmiri döyüşdü öldürülmüş, bəziləri isə Kürün suları tərəfindən heçlik okeanı tərəfindən udulmuşdur".[13] Övliya Çələbi yazır ki, döyüşün baş verdiyi yerdən qat-qat insan sümükləri toplanmışdır.[1]
Bəzi qızılbaş sərkərdələri Osmanlı ordusunun əlinə düşmüş və edam edilmişdir. Döyüşdən sağ çıxmağı bacaran qızılbaşlar döyüşə qatılmayan Şirvan hakimi Araz xan Rumlunun ordusuna qatılmışdır.[11] Rəhimizadəyə görə, Şirvan hakimi 10 min nəfərlik ordu ilə Qanıq çayını keçməmiş və digər sahildə gözləmişdir.[11] Yürüşün iştirakçısı olan Gelibolulu Mustafa Əliyə görə isə, Araz xan özünü Əmir xan Türkmanın məğlub olduğu döyüşün yalnız sonlarına yaxın yetirə bilmiş və buna görə də, döyüşə qatılmamışdır.
Qoyun keçidi döyüşündə qazanılmış qələbə nəticəsində Şirvana gedən yol Osmanlı ordusu üçün açılmışdır.[14]
Qızılbaşların döyüşdə məğlubiyyətinin əsas səbəbi say etibarilə rəqiblərindən həddindən artıq az olması idi. Digər bir səbəb isə, Osmanlı ordusuna məxsus artilleriyanın döyüşdə mühüm rol oynaması oldu. Halbuki qızılbaş ordusu artilleriyaya sahib deyildi, həmçinin qızılbaş sərkərdələri artilleriyanın döyüşdə oynadığı rolu öz gözlərində çox kiçildirdilər. Bir digər səbəb isə, qızılbaş sərkərdələrinin Əmir xanın fikrinin ziddinə olaraq ilk toqquşmada məğlub etdikləri Osmanlı ordusunu təqib etmə qərarı olmuşdur.[14]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.