From Wikipedia, the free encyclopedia
Qotfrid Vaqener (alm. Gottfried Wagener; 5 iyul 1831[1], Hannover[1] – 8 noyabr 1892[1], Tokio[1]) və ya Qotfrid Vaqner – Almaniya texniki konsultantı və müəllimi.[2] Meyci dövründə Yaponiyada incəsənət, sənaye, keramika və parçaçılıq sahələrinin inkişafına töhfələr vermişdir.[2]
Vaqener hökumət və istehsalçılar üçün məsləhətçilik etmiş, Qərb üslublarını tətbiq etmək, istehsalı artırmaq, xarici ticarət üçün məhsullar hazırlamaq, yapon dulusçuluq məmulatlarını xaricdə populyarlaşdırmaq üçün yollar göstərmişdir.[2] Vaqener ənənəvi yapon incəsənət məmulatlarının öyrənilməsinin, saxlanılmasının və tətbiqinin vacib olduğunu vurğulamışdır.[2]
Qotfrid Vaqener 1831-ci ildə Hannover şəhərində anadan olub və Göttingen şəhərində yerləşən Qeorq-Avqust Universitetindən məzun olub.[2] 1868-ci ildə fabrik tikintisinə kömək etmək məqsədilə Yaponiyanın Naqasaki şəhərinə gedib.[2] Növbəti il səlahiyyətli şəxslərə kömək edərək Arita dulusçuluq məmulatları üçün peçin inkişaf etdirilməsində iştirak edib.[2] 1871-ci ildə Tokioya gedərək müəllim kimi dövlət xidmətinə daxil olub.[2] Uzun müddət Nanko Universitetində və Tokio Universitetində fizika və tətbiqi kimya mövzularında dərslər verib.[2]
1884-cü ildən etibarən Tokio Sənət Məktəbinin Dulusçuluq və Şüşəçilik bölməsinin başçısı vəzifəsini yerinə yetirməyə başlayıb.[2] 1873-cü ildə Vyanada və 1876-cı ildə Filadelfiyada keçirilən beynəlxalq sərgilərdəki yapon iştirakçılar üçün əhəmiyyətli məsləhətlər verib və planlar hazırlayıb.[2] Vaqener yazılarında qeyd edirdi ki, Qərb texnikaları ənənəvi texnikaları əvəz etmək üçün deyil, onları inkişaf etdirmək üçün istifadə olunmalıdır.[2] Bu fikir daha sonra Yaponiya hökumətinin siyasətinə çevrilmişdir.[2] Yaponiyada ilk Qərb keramikası zavodunun tikintisinin səlahiyyəti ona verilib və Yaponiya incəsənətinə həsr olunmuş muzeyin (hazırda Tokio Milli Muzeyi) tikintisinə kömək edib.[2] Vaqenerin digər əhəmiyyətli töhfələri ənənəvi kluazonneni şampleve emalı ilə tanış etməsi və Asahi dulusçuluq məmulatlarını inkişaf etdirməsi olub.[2] Bir çox sahədə Meyci dövrünün sənətçilərinə təsir edib.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.