From Wikipedia, the free encyclopedia
Qopnik (rus. го́пник)[lower-alpha 1] — rus dilində aşağı sosial statusa sahib, aşağı gəlirli,[2][3] az təhsilli, kontingent mənəvi dəyərləri olmayan, adətən disfunksional ailələrdən gələn,[4][5] yeganə əks-mədəniyyət altında birləşən, özünütəsdiq axtararaq özünü digərlərindən üstün hiss etmək məqsədilə kriminal, dağıdıcı yollara əl atan qeyri-rəsmi təbəqənin gənc[6] üzvləri üçün jarqon söz.
Qopniklər | |
---|---|
| |
Yaranma |
İlkin:
Müasir:
|
Yüksəliş dövrü | 2000-ci illər |
İstiqamət | kriminal |
Yayılma | Postsovet məkanı |
Elementlər | |
Xuliqanlıq Ksenofobiya «Ponyatka» |
|
Oxşar | |
Lyubera Futbol xuliqanları NS-skinhed |
|
Vikianbarda əlaqəli mediafayllar |
Termindən Rusiya və postsovet ölkələrində XX əsrin axırlarından bəri geniş miqyasda istifadə olunur.[7] Baxmayaraq ki, altmədəniyyətin kökləri Rusiya imperiyasına qədər gedib çıxır, bu, SSRİ-nin ilk illərində əhəmiyyətli dərəcədə inkişaf etmişdir.[8][9] «QOP» termini «Государственное общежитие пролетариата» (azərb. Proletariatın dövlət yataqxanası) abbreviaturasıdır. Vladimir Leninin vəfat etməsinin ardınca, 24 yanvar 1924-cü il tarixində Sankt-Peterburq şəhərində qurulan «QOP» daha sonra bütün Rusiyaya yayılmışdır. Buralarda şəhərətrafı ərazilərdən gələn sakinlər, əsasən də küçə uşaqları yaşayırdı. Bu yataqxana sakinlərinin "cəmiyyətə zidd" hərəkətləri onların «ГОПниками» (qopniklər) ləqəbini almaları ilə nəticələnmişdir.[10]
Bu altmədəniyyət 2000-ci illərdə yüksəliş dövrünü yaşamış, 2010-cu illərin axırları və 2020-ci illərin əvvəllərində demək olar ki, məhv olmuşdur, lakin qopniklərə bənzəyən gənc bandalar (məsələn, A.U.E.) Rusiya və postsovet məkanında hələ də fəaliyyət göstərirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.