Remove ads
Mafiya titulu From Wikipedia, the free encyclopedia
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil.
Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Belə ki, bununla əlaqədar terminlər də rus mənşəlidir. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını da deyirlər. Məlumatlar var ki, o vaxt o, həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra "obşak" adlandırılan mexanizm qurulub[1].
"Obşak" mexanizminin öz özəllikləri var. Burada hər şeyin könüllülük əsasında baş verməsi çox mühüm amildir. Bəzi hallarda isə "obşak"ın rəyi ilə zor tətbiq olunması qərarı da verilə bilər. Bir çox ölkələrin təcrübəsinə əsaslanan ekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Bir çox varlı adamların vaxtaşırı "obşak" üçün "qref" etməsi, yəni müəyyən vəsait ayırması həmin şəxslərin "obşak" tərəfindən toxunulmaz hesab olunmasına səbəb olur[1].
Nəticədə, 1930-cu illərdə, SSRİ-də mövcud olan ağır repressiya illərində "Qanuni oğrular" meydana gəliblər. Onların yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. İddialarına görə, ağır siyasi vəziyyətdə və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə "Oğru dünyası" çox lazım idi. O, bu vasitədən istifadə edərək asanlıqla siyasi məhbuslara nəzarət edirdi. Yaranan aləmdə, "oğrular" qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Lakin Rusiyada kriminal aləmin təşkilatlanmasının əsasən Stalin dövrü ilə bağlı olmasıynan razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar II Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar "qoçu" kimi tanınırdılar[1].
Böyük Vətən müharibəsi illərində bəzi "qanuni oğrular" Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların "qanunpərəstlər" tərəfindən xəbərçi mənası verən "qancıq" adlandırılmasına səbəb olur. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin "qanuni oğrular" öz ənənələrini qoruyub saxlaya bilirlər.
Sonralar "oğru" olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğu qanunları tanımır, daha çox özlərinin tərtib etdikləri "yabanı" qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha da kəskinləşdi. Amma ilk yarandığı illərdə Stalin və o dövrün repressiv SSRİ-si məhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir, sonra isə onlar üçün türmədə daha "rahat" dünya yaradırdı. Həmin "dünya" bu gün də "Qara zon" adlanır.
"Qara zon"lar "mujiklər", "brodyaqalar" və "qanuni oğrular"dan ibarətdir.
El arasında işgüzar adama bu gün də "mujik" deyirlər. Bu yanaşma "zon"larda da eyni qaydada işlədilir. "Mujiklər" demək olar ki, "zon"un bütün ağırlığını çiyinlərində daşıyırlar. Onlar təkliflər verir, söhbətlərdə iştirak edir, hətta hökm belə verirlər. Amma "qanuni oğru"ların məsələyə qarışması ilə onların "vəzifəsi" və sözləri bitir.
"Brodyaqalar" gələcəyin "oğruları" olmaq üçün çalışırlar. Hesab edirlər ki, "oğru" olmaq onların haqqıdır. Lakin bu bütün "brodyaqalar"a qismət olmur. Bunun üçün gərək o, samballı və dillərə dastan həyat yolu keçsin, qoyulmuş bütün oğru qayda-qanunlara əməl etsin. Onun ilk addımı cinayət törətməkdir. Bu cinayət həm də sanballı olmalıdır. Bundan əlavə, heç bir zaman sözün bütün mənalarında qulluq etməmək, partiyalılıq, təşkilat və başqa quruluşlarda olmamaq, ailə və övlad sahibi olmamaq, xarakter və xasiyyət baxımından şəxsiyyətə çevrilmək kimi ağır şərtlər mütləq yerinə yetirilməlidir. Onun üçün həyatı "oğru qanunları"ndan bütün ağır şərtlər altında bu "qanunları" diktə etməlidir.
"Oğrular" ümumi xəzinəyə gələn pullara da nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün "zon"a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar "oğru" adına layiq olanları öz aralarına cəlb etmək, artıq özlərindən söz etdirmiş "brodyaqa"ları nəhəng "oğru" ailəsinə dəvət etmək hüququna da malikdirlər. Bundan başqa, onlar "oğru" adına ləkə gətirmiş şəxslər barəsində də layiqli hökm çıxara bilərlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtı ilə oğru adını almış birisi üçün necə deyərlər geriyə yol yoxdur: oğrunun titulundan məhrum olunması ölümdən betərdir. Söhbət həm də ondan gedir ki, "qanuni oğru" "oğru qanunlarına" xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək onların həyatlarına ibarəli dildə desək, "krest" qoya bilərlər.
Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllədəki əsas müddəalar aşağıdakılardır:
Yuxarıdakı göstərdiklərimiz özünəməxsus məcəllədən nümunələrdir. Bu məqamları pozan şəxslər həm də ümumi "Qanun"a qarşı çıxanlardır, onun müddəalarını pozanlardır. Bu hərəkət məhkumlar arasında "fahişəlik" kimi qiymətləndirilir. "Fahişəlik" isə ölümlə belə cəzalandırıla bilər.
1993 | 1994 | 1995 | 1996 | 1997 | 1998 | 1999 | 2010[3][4][5][6][9] |
---|---|---|---|---|---|---|---|
1200 | 1280 | 1420 | 1480 | 1500 | 1560 | 1106 | 149 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.