Qlem pank (ing. Glam punk) — 1970-ci illərin əvvəllərində yaranan və proto-pankqlem rok elementlərini birləşdirən musiqi janrıdır. Bu janrın əsası Nyu-Yorkda Stilettos, The BratsRuby and the Rednecks kimi qrupların yaranmasına təsir edən New York Dolls tərəfindən qoyulmuşdur. Böyük Britaniyada Hollywood BratsJet kimi qruplar bu janrın qabaqcıllarıdır. Bu qruplar erkən pank rok səhnəsinin formalaşmasında böyük rol oynamışdır.

Cəld faktlar Mənbəsi, Yarandığı dövr ...
Qlem pank
Thumb
Mənbəsi
Yarandığı dövr 1970-ci ilin əvvəlləri
Ölkə ABŞ
Törəmə formalar
Bağla

1980-ci illərdə Hanoi Rocksun təsiri ilə qlem pank musiqisinə maraq artmışdır. Bu dövrdə Dogs D'AmourSoho Roses kimi qruplar və qlem metal janrına öncülük edən qruplar yaranmışdır. 1990-cı illərdə Manic Street Preachers, Backyard BabiesTurbonegro kimi qruplar qlem pank səsini canlandıraraq əhəmiyyətli kommersiya nailiyyətləri əldə etmişdirlər.

Yaranma tarixi

Thumb
1971-ci ildə yaradılmış New York Dolls ilk qlem pank qrupu idi

Mənşəyi

Proto-pank musiqisini qlem rok estetikası ilə birləşdirən ilk qrup 1971-ci ildə qurulmuş New York Dolls idi.[1] Qlem pank 1960-cı illərin hippi folk musiqisinin həssaslığına qarşı bir reaksiya olaraq görülmüşdür.[2] Qrup dərhal Nyu-Yorkun klub səhnəsində bir çox qrupun yaranmasına təsir etmişdir.[3] Onların üslubu Stilettos, Brats[4]Ruby and the Rednecks kimi[5] Nyu-York qrupları tərəfindən qəbul edilmiş və buranın erkən pank rok səhnəsinin yaranmasına zəmin hazırlamışdır; Bura Television, Talking Heads, Patti Smith, Ramones, BlondieRichard Hell and the Voidoids kimi qruplar daxildir.[6] Qlem pank musiqisi Hollywood Brats, JetMilk 'N' Cookies kimi görkəmli qrupların yarandığı digər məkanlara yayılmışdır. 1975-ci ildə New York Dollsu idarə edən Malkolm Maklaren, 1976-cı ildə qrup dağıldıqdan sonra İngiltərəyə qayıtmışdır. Orada o və həyat yoldaşı Vivien Vestvud Nyu Yorkda gördükləri New York Dolls və digər qruplardan pank modasıSex Pistolsun yaradılması üçün ilham mənbəyi kimi istifadə etmişdirlər.[7]

Sonrakı inkişaf mərhələsi və təsiri

Finlandiyanın Hanoi Rocks qrupu 1980-ci illərdə qlem pank səsinin canlanmasına öncülük etmişdir. Alternative Press yazıçısı Tim Stiqall qrupu "80-ci illərin əvvəllərində New York Dollsun 10 il əvvəlki kommersiya müvəffəqiyyətsizliyinə görə dünyadan qisas alması" kimi təsvir etmişdir.[8] Onilliyin əvvəlində qrupun London rezidensiyaları Dogs D'Amour, Soho Roses, Kill City Dragons və Babysitters kimi qrupların formalaşmasına təsir etmişdir. Eyni zamanda, Hanoi Rocks və New York Dolls inkişaf etməkdə olan qlem metal musiqi səhnəsinin ən görkəmli təsirləri olmuşdur. 1980-ci illərin sonlarında qlem metal musiqinin sliz-metal adlı yeni alt janrı yaranmış və Faster Pussycat, Guns N' Roses, L.A. GunsShotgun Messiah kimi qruplarda açıq bir şəkildə qlem pank musiqisinin təsiri görülmüşdür.

Uels qrupu Manic Street Preachers 1990-cı illərin əvvəllərində "Generation Terrorists" (1991) və "Gold Against the Soul" (1993) kimi ilk albomlarında qlem pank musiqisindən istifadə edərək Böyük Britaniyada böyük kommersiya nailiyyətləri əldə etmişdirlər. Lakin, 1995-ci ildə gitaraçı Riçi Eduards gözdən itdikdən sonra qrup daha çox pop-mərkəzli bir musiqi axtarışına başlamışdır.[9] 1996-cı ildə çıxan "Ass Cobra" albomu ilə Norveç qrupu olan Turbonegro qlem pan musiqisindən təsirlənmiş və "Alternative Press" bu hadisəni "1996-cı ili pank tarixində kritik bir il edən klassik albom" kimi təsvir etmişdir.[10] Sonrakı illərdə qrup "Kerrang!" mətbuatından yazıçı Cek Hatçkraft tərəfindən "rok dünyasında bir dini fenomen" kimi təsvir edilmişdir.[11] İsveç qrupu olan Backyard Babiesin qlem və pank birləşməsi 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində əhəmiyyətli kommersiya nailiyyəti qazanmışdır. Qrupun "Total 13" (1998) və "Making Enemies Is Good" (2001) albomları Qremmi mükafatının "ən yaxşı hard rok/metal albomu" nominasiya üzrə mükafatını qazanmış və İsveç musiqi hitlərinin ilk beşliyinə daxil olmuşdur.[12]

2000-ci illərin əvvəllərində bu janr D Generation, Toilet BöysThe Strokes kimi post-punk canlanmasına böyük təsir göstərmişdir.[13]

Həmçinin bax

  • Qlem metal
  • Qlem rok
  • Qlem pank musiqiçilərinin siyahısı

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.