From Wikipedia, the free encyclopedia
"Qaziantepspor" İK (türk. Gaziantepspor) — Türkiyənin Qaziantep şəhərini təmsil edən peşəkar köhnə futbol klubu.
Qaziantepspor | ||||
---|---|---|---|---|
Klubun tam adı | Qaziantepspor İdman Klubu | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) |
Şahinlər Cənub ulduzu |
|||
Rəng(lər) | Qara-qırmızı | |||
Yaranma tarixi | 25 aprel 1969[1] | |||
Bağlama tarixi | 31 İyul 2020 | |||
Stadionu | Kalyon Stadionu | |||
Tutumu | 33.502 | |||
Liqa | Regional Həvəskarlar Liqası | |||
2019-20 | Liqadan çəkildi | |||
| ||||
Vikianbarda əlaqəli mediafayllar |
1969-cu ilin 25 aprelində qurulan klub, 1974-cü ildən bəri oyunlarını 2017-ci ilə qədər Kamil Ocaq stadionunda oynamaqda idi. 1888-ci ildə qurulan İngiltərə çempionatının qurucularından biri olmaqla yanaşı İngiltərə Premyer Liqasının qurucularından biridir.
Qaziantep şəhərində ilk idman təşkilatı 1923-cü ildə qurulmuşdur. Bu təşkilat şəhərin Amerikan kollecində yaradılmışdı. Daha sonra Qaziantep Ticarət İdarəsi də məktəbdə bir futbol şöbəsi açdı. Bir neçə il sonra digər şəhərlərdə təhsil alan qaziantepli gənclər birləşərək "Altınişıq" idman klubunu yaratdılar. Bu klubu quranlar M. Əli Budaq, Əli Kamal Ocaq, Əhməd Barlas, Bəşir Akınalp və Taha idi. Həmin il Kilisdə də "Kilis İdman Yurdu" İdman Klubu quruldu. 1927-ci ildə "Altınişıq"dan ayrılan bir qrup "Türk-ocağı" İdman Klubunun əsasını qoydular. Bu qrupun başında Kamil Ocaq dayanırdı.
1929-ci ildə "Altınışıq" İK dağıldı, əvəzinə sənətkarlardan ibarət "Sənətkarlar" İK yaradıldı. 1931-ci ildə "Türk-ocağı" İK Xalq Partiyasının himayəsində "Sənətkarlar" ilə birləşərək "Qaziantep İdman Yurdu" adını aldı.
"Qaziantep İY" klubunun futbol komandası həmin dövrdə Türkiyə İdman Cəmiyyətlərinin üzvü olmadığından ancaq yoldaşlıq oyunları keçirə bilirdi. 1932-ci ildə klub dağıdıldı. Şəhərdəki futbol fəaliyyətləri 1938-ci ilə qədər "Xalq evləri" tərəfindən nəzarət olundu. 1936-cı ildə Türkiyə İdman Cəmiyyətlərinin əvəzinə Türk İdman Qurumu yaradıldı.
Cumhiriyyət Xalq Partiyası 1938-ci ildə "Çinarlı" klubunu təsis etdi. Bir il sonra (1939) sonra "Qaziantep Gənclik" və "Şəhrəküstü" açıldı. Bu üç klub Qaziantepin ilk rəsmi klublarındandır.
"Qaziantepspor" futbol klubunun əsası 24 aprel 1969-cu ildə qoyulmuşdur.
Qaziantep şəhərinin tanınmış şəxslərindən Əbdulqadir Baturun başçılığı ilə "Qaziantepspor" klubunun yaradılması üçün ilk işlər başladıldı. Daha onra davam edən müzakirələr nəticəsində 58 nəfərin iştirakı ilə 24 aprel 1969-cu ildə "Qaziantepspor" yaradıldı.
"Qaziantepspor"un ilk prezidenti Bəşir Bayram seçildi. "Qaziantepspor" ilk qurulduğu ili yoldaşlıq oyunları keçirərək tamamladı. Komanda 1970-ci ildə qüvvəyə minən və il komandalarının birbaşa Türkiyə 3-cü liqasına çıxmasına şərait yaradan qərarnamə vasitəsilə 1970-71 mövsümündə ilk dəfə Türkiyə liqalarında mübarizə aparmağa başladı.
Prezident | İl | Prezident | İl | Prezident | İl |
---|---|---|---|---|---|
Bəşri Bayram | 1969-1971 | Ömər Köylüoğlu | 1971 | Hasan Nehir | 1972 |
Halit Güləç | 1972-1973 | Muhittin Göymən | 1974-1975 | Hayri Tütüncülər | 1975 |
Saib Konukoğlu | 1976-1978 | Ata Aksu | 1978-80 | Həlil Qırmızı | 1980-81 |
Əli İhsan Göğüş | 1981-82 | Mehmet Batallı | 1982 | Bəktaş Göçmən | 1983 |
Saib Konukoğlu | 1983-1985 | Səlahəttin Dəmirat | 1984 | Ömər Arpacıoğlu | 1985-1987 |
Ata Aksu | 1986-1987 | Əli Şahindal | 1987-1988 | Əbdülqədir Konukoğlu | 1988-1992 |
Əhməd Yılmaz | 1992-1993 | Cəlal Doğan | 1993-2006 | İbrahim Qızıl | 2006-2017 |
Huzəyfə Durmaz | 2017-2018 | Hasan Şahin | 2018-2020 | Mutlu Özpinəci | 2020-2022 |
"Qaziantepspor" ev oyunlarının Kamil Ocaq stadionunda keçirdi. Stadionun açılışı 1974-cü ildə baş tutmuşdur. Stadionun tikilməsində Türkiyə millət vəkili Kamil Ocaq böyük rol oynamışdır. 16.981 nəfər azarkeş qəbul edə bilən stadionun bütün tribunlarının üzəri örtüldür. Qaziantep şəhərində yerləşən yeganə peşəkar stadiondur. Meydançasının ölçüsü 105 x 68 metrdir, ot örtüyü təbiidir.
Klub 1969-cu ildə qurulduğunda klub rənglərinin Birinci dünya müharibəsində Qaziantep müdafiəsində şəhid olan 6317 nəfərin xatirəsinə yas rəngi qara və qan rəngi qırmızının olması qərara alınmışdır.
"Qaziantepspor"un müasir loqosu Cəlal Doğanın istəyi ilə dizayn edilmişdir. Loqoda Qaziantepin simvolu şahin, Şəhidlər abidəsi, paxlava dilimləri və Qaziantep qalasının təsviri var. Bu loqo İsveçrədə keçirilən "Ən gözəl loqo" müsabiqəsində 2-ci yeri tutmuşdur.
Mövsüm | Turnir | Mərhələ | Ölkə | Klub | Hesab | Xal |
---|---|---|---|---|---|---|
1999 | UEFA İntertoto Kuboku | Qrup | Lyers | 0-1 | 0.0 | |
Qrup | Vasaş | 3-2 | ||||
Qrup | Qroningen | 1-1 | ||||
Qrup | Trans Narva | 0-0 | ||||
2000-01 | UEFA Kuboku | 1T | Deportivo Alaves | 0-0, 3-4 | 1.0 | |
2001-02 | UEFA Kuboku | 1T | Zimbru | 0-0, 4-1 | 2.5 | |
1T | Hapoel Tel-Əviv | 0-1, 1-1 | ||||
2003-04 | UEFA Kuboku | 1T | Hapoel Tel-Əviv | 1-0, 0-0 | 9.0 | |
2T | RC Lens | 3-0, 3-1 | ||||
3T | Roma | 1-0, 0-2 | ||||
2011-12 | UEFA Kuboku | 2T | Minsk | 1-1, 4-1 | ||
3T | Legiya | 0-1, 0-0 |
Turnir | O | Q | H | M | VQ | BQ |
---|---|---|---|---|---|---|
UEFA Kuboku/UEFA Avropa Liqası | 16 | 6 | 6 | 4 | 21 | 13 |
UEFA İntertoto Kuboku | 4 | 1 | 2 | 1 | 4 | 4 |
Cəmi | 20 | 7 | 8 | 5 | 25 | 17 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.