Qazangöl (Ermənistan)

From Wikipedia, the free encyclopedia

Qazangöl (Ermənistan)map

Qazangöl (erm. Գազան լիճ; Qazan Liç) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində keçmiş Qafan rayonunda yerləşən kiçik dağ gölü.

Cəld faktlar Ümumi məlumatlar, Tipi ...
Qazangöl
azərb. Qazangöl, erm. Գազան լիճ
Ümumi məlumatlar
Tipi Dağ gölü
Mütləq hündürlüyü 2000 m
Sahəsi 0,18 km²
Həcmi 2 km³
Dərin yeri 10 m
Orta dərinliyi 10 m
Axan çay Qazangölçay
Yerləşməsi
39°12′14″ şm. e. 46°00′07″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region
Thumb
Qazangöl
Bağla

Ümumi məlumat

Göl dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Zəngəzur dağlarının Qazangöldağ zirvəsinin ətəklərində yerləşir.[1] Eyni adlı Qazangölçay öz mənbəyini buradan götürür. Üç kiçik göldən ibarət olan gölün sahəsi 0,18 km², dərinliyi isə 10 metrdir.[2]

Gölə ən yaxın kəndlər 10–15 km məsafədə yerləşən Qafan rayonunun Acıbac, Pəyhan, Keypəşin kimi azərbaycanlılar yaşamış, hal-hazırda isə ermənilər yaşayan kəndlərdir. Göl yerli azərbaycanlı və bəzən də ermənilərin baş çəkdiyi inanc, pir, istirahət yeri kimi də tanınır. Qışda gölə gedən yollar qar səbəbindən bağlı olur.

Etimologiyası

Hidronim bulqarların «qazan» (<kazan) etnonimi ilə «göl» sözünün birləşməsindən əmələ gəlmişdir. Etnohidronimdir. Quruluşca mürəkkəb toponimdir.[2]

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.