From Wikipedia, the free encyclopedia
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qarğıdalı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Klad: Graminid clade Fəsilə: Klad: PACMAD clade Yarımfəsilə: Panicoideae Tribaüstü: Andropogonodae Triba: Andropogoneae Yarımtriba: Tripsacinae Cins: Qarğıdalı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə qurudulmalıdır.[3]
Gövdə və saçaqlarının tərkibində K vitamini, pantoten və askorbin turşuları, karotinoidlər, steorid, saponin və yağlar vardır. Saçaqlarında karotinoidlər, K, B1, B2, C, D, E vitaminləri, qlükozidlər (1,2%), yağlar (2,5%) və efirli maddələr (0,2%), saponinlər (3,2%), kitrə (3,8%), inozit, alkoloidlər (0,05%) sitosterol, kriptoksantin, stiqmasterol, alkaloidlər, qatran (2,7%), şəkər və acı maddələri vardır.
Xammal preslənərək parça kisələrə yığılmalıdır. Hiqroskopik olduğundan quru və havalı yerdə saxlanılmalıdır. Saxlama müddəti 3 ildir.
Saçaqlarındandərman maddəsi kimi, digər hissələrindən isə silos və qida maddələrinin hazırlanmasında istifadə edilir. Qıçaların yetişməsi və gövdənin quruması zamanı toplanılan bütün orqanlar keyfiyyətli dərman xammalı hesab edilir.[4]
Ödqovucu, sidikqovucu, qanın laxtalanma müddətini və maddələr mübadıləsini normallaşdıran, qara ciyər, xüsusən öddaşı xəstəliyində çox yaxşı səmərə verir. Böyrəkdaşının yaratdığı travmalarda, nefrit, şəkərli diabet və digər xəstəliklərdən yaranan ödemlərdə, tətbiq edilir. Qankəsici maddə kimi hipoprotrombineyada müxtəlif tipli qanaxmalarda istifadə edilir. Xolesistit, xolangit, heratit və qanaxmalarda istifadə edilir. Xüsusən xroniki qaraciyər xəstəliklərində saçaqlarının dəmləməsi uzun müddət qəbul edilməlidir. Bu orqanizmdə maddələr mübadiləsini nizama salır, artıq mayeni kənarlaşdırır. Qarğıdalı sacaqları sedativ təsrir edir. Piylənmədə iştahazaldıcı və maddələr mübadiləsini aktivləşdirici dərman kimi təyin edilir. Qarğıdalı yağı (sutqalıq doza 50-70q) qanda xolesterini aşağı saldığından aterosklerozun profilaktika və müalicəsində təyin edilir. Eyni zamanda dəri xəstəliklərinin müalicəsində effektlidir. Öddaşı və böyrəkdaşı sancılarında olduqca səmərəlidir. Tərkibindəki qlütamin turşusu psixoz, depressiya, epilepiya, proqressiv əzələ distrofiyası və polimielitdə tətbiq edilir.3 xörək qaşığı qarğıdalı saçağı 2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyərək, gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl (sutqalıq doza) qəbul edilməlidir. Bitkinin bütün orqanlarından xüsusən saçaqlarından alınan maye ekstrakt sidikqovucu və ödqovucu təsirə malikdir. Tərkibindəki linolin turşusu (vitamin F) orqanizmdən lipidlərin qovulmasına səbəb olur və xolesterinin miqdarını azaldır. Fitosterin isə antiskelerotik təsirə malikdir. Tərkibindəki vitamin E zülal mübadiləsini zəiflədərək, kapilliyarları kövrəkləşdirərək xolesterinin toplanmasının qarşısını alır. Ateroskelerozun profilaktika və müalicəsində əvəzsiz dərmandır.[5]
Ekstrakt maddənin nəmliyi ən azı 15%, qaralmış orqan hissəcikləri 13%, ümumi külün miqdarı 7%, qaralmış gövdə və saçaqları 3%, üzvi maddələri 0,5%, mineral maddələri isə 5%-dən çox deyildir. İştahın azlığı, çəkinin azalması, yüksək qan laxtalanma müddəti.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.