film, 1986 From Wikipedia, the free encyclopedia
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır.
Qəm pəncərəsi | |
---|---|
Janr |
dram faciəvi komediya bioqrafik |
Rejissor | Anar |
Əsərin müəllifi | Cəlil Məmmədquluzadə |
Ssenari müəllifi | Anar |
Baş rollarda |
Həsənağa Turabov Elmira Şabanova İlham Səfərov Ruslan Nəsirov Həsən Məmmədov Şükufə Yusifova |
Operator | Hüseyn Mehdiyev |
Rəssamlar |
Elbəy Rzaquliyev Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 26 iyun 1986 |
Filmin digər adı | Danabaş kəndinin əhvalatları |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 127 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1986 |
Rəng | rəngli |
IMDb | ID0300291 |
Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır.
"Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.[1]
Film bir il müddətinə hazırlanıb, çəkilişlər isə 3.5 ay ərzində — 1985-ci ilin iyul ayından oktyabr ayına qədər davam edib. Əsər əvvəl teatr tamaşası kimi oynanıldığına görə Həsənağa Turabov, Həsən Məmmədov, Nəsibə Zeynalova, Yaşar Nuri, Siyavuş Aslan, Arif Quliyev kimi aktyorların filmdə oynayacağı əvvəlcədən bəlli idi. Həsən Məmmədov ilk dəfə kəndli rolunu ifa edirdi. Filmin səsləndirilməsində İlham Namiq Kamal (Həsənov (Mərahim Fərzəlibəyov)), Pərviz Bağırov (Vəliqulu (Natiq Abdullayev)), Sadıq Hüseynov (Rəşid bəy (Məmməd Bürcəliyev)) iştirak edib.[1]
Filmin istehsalı zamanı çətin məsələlərdən biri də uşaqların seçimi idi. Filmə çəkilməsi üçün 5-15 yaş arasında 10-13 uşaq lazım idi. Yanvar ayından başlayaraq 6 ay ərzində uşaqların seçimi edilib. Filmə çəkilməsi üçün 1000-dən çox uşaqdan sınaqdan keçirilib. Filmdə iştirak edən uşaqlardan yalnız Əhməd rolunu oynayan Ruslan Nəsirov daha sonra karyerasını davam etdirib.[1]
Filmin çəkiliş yerlərinə Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonu, Bakının Digah kəndi, İçərişəhər, təbiət səhnələrinin çəkildiyi yerlərə Şamaxının Zarat kəndi, Qobustan, Qaraçı karvansarası, Lahıc daxildir.[1] Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda Cəlil Məmmədquluzadənin qocalıq dövründə qaldığı otaq tikilmişdi. Evin mebeli Azərbaycan Tarixi Muzeyindən gətirilmişdi. Danabaş kəndinin məktəbindəki dərs otağı da bu pavilyonda inşa edilmişdi.[2]
Nadir Bədəlov "Qəm pəncərəsi" fimini belə qiymətləndirmişdir: "Bu filmdə Xudayar bəy obrazının Vaqif İbrahimoğluna həvalə olunması Anarın tapıntısı idi. Mən heç gözləməzdim. Amma kinoşünas olaraq "Qəm pəncərəsi"nə uğurlu film kimi baxmıram. Mirzə Cəlil ensiklopediyası burda alınmadı. Məncə Anar çox gözəl yazıçıdır, amma rejissor deyil."[3]
Filmdə Kefli İsgəndər rolunu oynayan Fəxrəddin Manafov filmi və öz rolunu belə qiymətləndirir: "İndi mən desəm ki, “mən Kefli İsgəndəri oynamışam”, mənim üçün ayıb olar. Siz “Qəm pəncərəsi” filmini nəzərdə tutursunuzsa, mən orda Anar müəllimin yazdığı ssenari əsasında olan filmdə “İsgəndər” rolunu oynamışam. Ümumiyyətlə, Anar müəllimin bütün filmləri maarifçilik xarakteri daşıyır. Əgər fikir vermisinizsə, onun filmlərində aktyorlarla yanaşı qeyri peşə sahibləri də çəkiliblər – bəstəkarlar, rejissorlar, hətta jurnalistlər də. Anar müəllim bir dövrün, bir epoxanın parıldayan insanlarını yığıb film çəkir və bir müddət sonra bu film çox qiymətli olur. Hələ onun təkcə bədii tərəfini demirəm, Azərbaycan ədəbiyyatının parlaq simaları olan şəxsiyyətlərin xatırlanması baxımından deyirəm. Hər əsərdən parçalar verərək nə demək istədiyini çatdırır. Ona görə də Mən “Kefli İsgəndər”i oynamışam” deyə bilmərəm."[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.