From Wikipedia, the free encyclopedia
Qızıl hərisliyi, qızıl həyəcanı və ya qızıla hücum (ing. Gold rush) - Amerika Birləşmiş Ştatları və Avstraliyada XIX əsrdən etibarən, yerli əhalinin anidən varlanmaq səbəbi ilə qərbə üz tutması nəticəsində yaranmış kütləvi hərakat. Əsasən qızıl axtaranlar Braziliya, Kanada, Cənubi Afrika kimi ölkələrə səyahət etmişlər. Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında qızıl axtaranlar tərəfindən kütləvi ekspeditsiyalar təşkil edilmişdir. Bunlara misal olaraq, əsasən dağlıq ərazilərdə, yerləşən Nevada, Montana, Kaliforniya ştatlarını göstərmək olar. Qızıl hərisliyi rəsmi olaraq 1849-cu ildə Nevada ştatının Sierra Nevada dağından başlamışdır.
XV-XVI əsrlərdə Amerikanın ispanlar və portuqilyalılar tərəfdindən işğalı konkista başlamışdır. Konkistanın əsas məqsədi Latın Amerikasında olan qızıl səpintilərini tapmaq olmuşdur. 1519-cu ilin 4 martında Ernan Kortesin komandanlığında olan 11 karavella Meksika körfəzinə doğru hərəkətə başladılar. Bu səfərlə Konkistanın tarixində ən amansız səfərlərdən biri başladı. Asteklərin dövləti zəbt edildi, onun paytaxtı Tenoçtitlan qarət edildi, hökmdar Montesuma öldürüldü. Avropalılar Asteklər üzərində əsas üstünlükləri, dövrünə görə olan müasir silahlar idi. Konkistadorlar əsasən qızıl axtarır və astek mədəniyyətinin gözəl nümunələrini məhv edirdilər. Astek tanrılarının qızıldan hazıranan heykəllərini əridib, külçə formasına salınması, buna misal ola bilər. Amerikanın kəşf edilməsi ilə onun zəngin yataqlarında qul əməyindən istifadə çoxalmışdır. Qızıl hərisliyi vaxt ötdükcə nəinki səngimir, hətta şiddətlənirdi. 1500-cü ilədək dünyada 31 min tondan artıq, növbəti 470 ildə isə 70 min tondan çox qızıl hasil edilmişdi. XIX və XX əsrlərdə qızıl hərisliyi bütün dünyanı bürümüşdü. Artıq qızıl hərisliyinin hər birinin öz adı vardı. Kaliforniya, Alyaska, Sibir və Amazon qızıl hərisliklərini misal göstərmək olar.
Kaliforniyada ilk qızıl hərisliyi 1848-ci il yanvar ayının 24-də ştatın paytaxtı olan Sakamento yaxınlığında tapıldı. Həmin gün taxta zavodunun su boşaldılanını dərinləşdirən Con Marşal bir neçə qızıl dənəsi tapdı. Taxta zavodunun sahibi isveçrəli mühacir və qızılaxtaran sahibkar qızılaxtaranların əraziyə gəlişini qarşısını almaq üçün bu tapıntını gizlətmişdir. Lakin kəşfi yalnız bir həftə sirr olaraq saxlamaq mümkün olur. Tezliklə xəbər bütün Amerikaya yayılır. Syerra-Nevadanın (ABŞ-nin cənub-qərbində) qərb yamacları boyunca 320 km uzunluğunda, 130 km enində olan zolağın qızıllı olduğu aşkar edildi. Bu xəbər ən qısa zamanda bütün dünyaya yayıldı. Bununla da buraya nəinki Amerikadan, Çin, Avstraliya, Yeni Zelandiya kimi uzaq ölkələrdən qızıl axtaranların axını başladı. On ildən sonra Kaliforniyanın əhalisi 400 min nəfərə çatdı. Kaliforniyada qızıl hərisliyi bir bir neçə il davam etdi. Qızıl səpintiləri qızılaxtaranların tələbatını ödəmirdi. Qızılaxtaranlar artıq səpintilərin deyil, qızıl filizlərinin kəşflərini gözləyirdi. 1850-ci ilin oktyabrında Qold Hill dağının yaxınlığında ilk qızıl damarı tapıldı və burada tezliklə Nevada şəhəri salandı. Uzunluğu 190 km, eni isə 2 km olan filiz zonası Əsas damar adlandırıldı. Burada qızıl 40 mədəndə 100 ilə yaxın müddətdə hasil olundu. Qızıl damarlarının çoxu 1350 m dərinliyə qədər istismar edilirdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının qızıl istehsalının üçdə birini Kaliforniya ştatında olan mədənlərdən əldə edilirdi. Kaliforniyadan sonra ən böyük qızıl hərisliyi Alyaska və Kanadanın şimal-qərbində yaşandı. Balıqçı və qızılaxtaran C. Karmak tərəfindən 1896-cı il avqust ayının 16-da Klondayk çayında qızıl tapılması xəbəri, bütün Amerikaya yayıldı. Həmin zamanlar bu tapıntı Alyaskada tapılan ilk qızıl nümunələri hesab edilirdi. Ancaq C. Karmakdan əvvəl ruslar Alyaskanı kəşf edən zaman, orada qızıl nişanələrinin yerini qeyd etmişdilər.
1741-ci ildə Vitus Berinq ekspedisiyası yarımadaya gəldi. 1864-cü ildə mədən mühəndisi Doroşin Alyaskanın cənubunda Kent yarımadasında səpinti formasında olan qızıl yataqları tapdı. 1889-cu ildə ərazidə olan kanadalı fransız Juyano ov zamanı qızıl səpintiləri tapmışdır. Lakin bu tapıntılar Alyaskaya kütləvi axının yaşanmasına səbəb olmamışdır. Həmin dövrdə Şimali Amerikanın digər bölgələrindədə kiçik tapıntılar olurdu. Kütləvi axın 1890-cı ildə Klondayk səpintilərinin kəşfindən sonra başlamışdır Dəniz yolu ilə Alyaskanın Skakvey limanına gələn qızılaxtaranlar çox çətin və təhlükəli Çilkut aşırımını piyada dəf edir, sonra isə Yukon çayının vadisinə çatırdılar. Qızılaxtaranların səfəri daim təhlükələr ilə zəngin idi, bir çox məqamlarda isə qızılaxtaranların xəstələnməsi və ya ölməsi halları tez-tez baş verirdi. Qızılaxtaranlar arasında olan məşhur Amerika yazıçısı Cek London bu barədə ətraflı yazmışdır:
Aydındır ki, bizim adamların bir hissəsi yollarda həlak oldu, bir hissəsi buzların yaratdığı çətinliklərlə üzləşdi, minlərlə insan yorulub əldən düşmüş və öz gücünə inamını itirdiyi üçün geri qayıtmışdır. |
1891-ci ildə Alyaskada növbəti qızıl səpintisi kəşf edildi. Berinq dənizindin sahilində Nom burnu yaxınlığında baş verən tufan İsveçdən olan qızılaxtaranların qayığın burada lövbər salmağa məcbur etmişdir. Onlar orada zəngin qızıl səpintisinin üstünə çıxmışdılar. Ehtiyatda olan bir əsgər isə 1899-cu ildə təsadüfən bu sahildə qumu yumuş və iri qızıl səpintisini tapmışdır. Sonuncu kəşf Yukona çayının qolu Tanana çayında olmuşdur. Tanana çayında tapılan qızıl səpintiləri Klondayk səpintilərinə bənzəyirdi. Sonradan hər iki yataqda olan səpintilərin oxşar olduğu məlum olmuşdur. Tanana qızıl səpintiləri tam olaraq 1950-ci ildən etibarən istismar olunmağa başlanmışdır.Lakin Alyaskada qızılın iri ana yataqları tapılmadı. Səpinti yataqlarında olan qızıl isə az idi və tez tükənirdi. XX əsrin əvvəllərində olan kəşflərin davamı gəlmədi, bununla da qızılaxtaranlar digər ərazilərə üz tutması sürətlənmişdir. Alyaska tədricən balıqçı və ovçuların məskunlaşdığı əyalət ştatına cevrildi.
Rusiyada ilk qızıl hərisliyi XV əsrdə başladı. 1488-ci ildə III İvan Avropa mütəxəssislərinin köməyilə Rusiyada qızıl yataqlarının axtarışına göstəriş verib. Bu sahədə I Pyotrun göstərdiyi səyləri böyük müvəffəqiyyətlə nəticələndi.1714-1721-ci illərdə Zabaykalyevdə Nerçinsk mədənlərində bir neçə pud qızıl hasil edildi. Hasil edilən qızıldan kəsilən sikkələrlə Şimal müharibəsinin sonunda bağlanan Niştadsk müqaviləsi şərəfinə, bir neçə zabit və əsgər üçün qızıldan döş nişanları hazırlandı. Nerçinskdə az miqdarda ildə on kiloqram qızıl çıxarılırdı. Sonralar Altayda kəşf edilmiş yataqlar da vəziyyəti dəyişdirməmişdir. Rusiyada digər önəmli mədənlərdən biridə Zmeinoqorsk mədəni idi. Həmin mədəndə il ərzində 100-200 kq qızıl hasil edilirdi. Rusiyada qızıl filizi sənayesinin inkişafı yalnız XVIII əsrin ortalarında Uralda, əsrin sonuna yaxın isə Beryozovsk yatağının istismara başlaması ilə inkişaf edib. Beryozovsk yatağında ildə 2.4 ton təmiz qızıl hasil edilirdi.Rusiyada ilk qızıl səpintiləri 1814-cü ildə dağ mühəndisi L.İ Brusnitsin tərəfindən Uralda, Pişma çayının vadisində aşkar edilib.1823-cü ildə Pişma çayının yaxınlığında 200-dən çox qızıl mədəni fəaliyyət göstərirdi və onlardan ildə 2.5 tona yaxın metal alınırdı.
Bütün bu tapıntılar Rusiyada əsil qızıl hərisliyinin başlamasına səbəb olmayıb. Əsil qızıl hərisliyi 1830-1860-cı illərdə başladı və bütün Sibiri əhatə etdi. Axtarış dəstələri qısa zamanda şərqə və şimal-şərqə irəlilədilər.1830-c ildə Tobolsk quberniyasında və Krasnoyarsk dairəsində, 1833-1836-cı illərdə Yeniseysk quberniyasında, 1838-ci ildə Yuxarı Tunquskanın qollarında, 1843-cü ildə isə Lena çayının hövzəsində qızıl səpintiləri kəşf edildi.İlk çağlarda qızılaxtaranların əksəriyyətinin hətta elementar bilikləri belə yox idi.Qızıl sənayeçisi V.D.Skryabinin qeydlərindən görünür ki, Şərqi Sibrin bütün məlum səpintiləri Moşarov, İvanov, Şimayev, Familtsev və digər səpintilər tacirlər tərəfindən aşkar edilmişdir.8-13 nəfərdən ibarət olan axtarış qruplarına sağlam və fiziki baxımdan dözümlü kişilər cəlb edilirdi.Baharın ilk günlərindən havalar mülayimləşən kimi onlar piyada və ya atla bir neçə aylığa tayqaya yola düşürdülər.Qış aylarında böyük tonqallar qalanır və torpağın donu açıldıqdan sonra qumlarda qızılın miqdarını təyin etmək üçün şurflar – dəriliyi bir neçə metr olan şaquli və ya maili quyular qazırdılar.Zəngin bit ton qumda on qramlarla qızıl olan səpintini tapmaq üçün qızılaxtaran dəstələri qışda da şurf qazır və ya az qızıllı qumluqları tərk edirdilər.Qızıl axtaranların kiçik dəstələri iri artellərlə əvəz olunurdu.Sibirin qızıl mədənlərində əsasən orada sürgündə olanlar işləyirdi.1834-cü ilə olan məlumata görə, sürgündə olanların 82% qızıl sənayesində çalışdırdı.1850-1854-cü illərdə isə bu rəqəm 51% olmuşdur.Digər tərəfdən qızılaxtaranların sırasını Rusiyanının mərkəzi quberiniyalarının kəndliləridə qoşulurdu.
Qızıl səpintisinin adı | Yer | Başlayıb | Bitib | Şəkil | Məlumat |
---|---|---|---|---|---|
Braziliya qızıl hərisliyi[1] | Cənubi Amerika, Braziliya, Оru-Pretu | 1690 | 1823 | Portuqaliyalıların rəhbərliyi ilə afrikadan gətirilən qullar, ağır işlərdə işlədilirdi.Bu qızıl hərisliyi Cənubi Amerikada ilk qızıl hərisliyi hesab edilir. | |
Şimali Karolina qızıl hərisliyi | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Şimali Karolina | 1799 | 1828 | Amerika Birləşmiş Ştatlarında ilk qızıl ekspedisiyasının təşkil edilməsi. | |
Corciya qızıl hərisliyi [2] | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Corciya ştatı, | 1828 | 1840 | Amerika Birləşmiş Ştatlarında ilk dəfə peşəkar ekspedisiyanın təşkil edilməsi.12 il davam davam etmiş ekspedisiya ətraf ərazilərdə yaşayan Hindilərin bu əraziləri tərk etməsinə səbəb olmuşdur. | |
Sibir qızıl hərisliyi | Avrasiya, Rusiya Federasiyası, Qərbi Sibir | 1828 | 1921 | Ekspedisiya Berikuldan başlamışdır. Tomsk vilayəti və Yenisey vilayətini əhatə etmişdir. | |
Lena qızıl hərisliyi [3] | Avrasiya, Rusiya Federasiyası, Lena oblastı | 1844 | 1861 | Ərazidə olan Qızıl-mədən şirkəti Lena vilayətində ekspedisiyalar təşkil etmişdir. Əsas ekspedisiya 1912-ci ildə aparılmışdır. Axtarışlar zamanı bir sıra qızıl səpintiləri aşkar edilmişdir. | |
Kaliforniya qızıl hərisliyi.[4][5] | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Kaliforniya, Amerika çayının ətrafı | 1848 | 1860 | Kaliforniya qızıl hərisliyi Amerika Birləşmiş Ştatlarında ən məşhur qızıl hərisliyi hesab edilir. | |
Kraliça Şarlott adalarında qızıl hərisliyi [6] | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası, Kraliça Şarlott adaları | 1851 | ? |
Kanadada olan ilk qızıl hərisliyi hesab edilir.Kraliça Şarlott adasına 7 dəfə geniş ekspedisiya göndərilmişdir.Tarixi mənbələrdə qeyd edilir ki, Britaniya Kolumbiyasının yaranmasında Kraliça Şarlott adasında qızıl tapılması xəbəri böyük rol oynamışdır.Bu hadisədən sonra, Amerika Birləşmiş Ştatlarında olan qızılaxtaranlar adaya gəlmiş və axtarışların başlamasından 20 il sonra Britaniya Kolumbiyası əyaləti təşkil edilmişdir. | |
Yeni Cənubi Uels qızıl hərisliyi [7] | Avstraliya, Yeni Cənubi Uels , baterst mədənləri | 1851 | ? | Yeni Cənubi Uels qızıl hərisliyi Avstraliyanın tarixində olan ən önəmli qızıl hərisliklərindən biri hesab edilir. Bu kəşfdən sonra Avstraliyanın əhalisi 3 dəfədən çox artıb. | |
Viktoriya qızıl hərisliyi [7] | Avstraliya, Viktoriya, Ballart mədənləri | 1851 | ? | ||
Frenzer qızıl hərisliyi[8] | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası, Frenzer çayı və ətraf ərazilər | 1857 | ? | Britaniya Kolumbiyası əyalətinin yaradılmasına səbəb olmuş qızıl hərisliyi. | |
Kolorado qızıl hərisliyi.[9][10] | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Kolorado, Denver şəhəri | 1858 | ? | Kolorado ştatının yaranmasına səbəb olmuşdur.Amerika Birləşmiş Ştatlarında XIX əsrdə baş vermişən önəmli iki qızıl hərisliyindən biri hesab edilir. | |
Rok-krik qızıl hərisliyi | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası, Rok-krik | 1859 | 1862 | 250 min dollar dəyərində qızıl istehsal edilib. | |
Şimali Nevada qızıl hərisliyi | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Nevada ştatı | 1859 | ? | Şimali Nevadada daha çox gümüş mədənləri məşhur idi. Ancaq qızıl hərisliyi dövründə, istehsal daha da artdı. | |
Kariboo qızıl hərisliyi [11] | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası | 1860 | 1865 | Britaniya Kolumbiyasında olan ən önəmli qızıl hərisliyindən hesab edilir. | |
Aydaho qızıl hərisliyi [12] | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Aydaho, Fort Kolvil | 1859 | ? | ||
Vəhşi at körfəzində qızıl hərisliyi | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası, Vəhşi at körfəzi | 1863 | 1866 | Vəhşi at körfəzi qızıl hərisliyi iki Kabus şəhərin yaranmasına səbəb olub. Fishervill və Fort Steel şəhərləri bu gün Kanadada Ruh şəhər statusnu daşıyır. | |
Kivislend qızıl hərisliyi [13] | Avstraliya, Kvinslend | 1863 | ? | Qızıl ərazidə ilk dəfə 1870-ci ildə tapılmışdır.Charters Qalası yaxınlığında və Palmer çayı hövzəsində tapılan qızıl qısa zamanda bu ərazinin məşhurlaşmasına səbəb olmuşdur.İlk qızıl Boyne vadisində 1863-cü ildə tapılmışdır. | |
Montana qızıl hərisliyi | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Montana ştatı, Vircinya siti | 1863 | ? | Aparılan araşdırmalardan 1 il sonra ərazidən 15 km kənarda qızıl tapıldı.Montana qızıl hərisliyi, Montana ştatının yaranmasında böyük rol oynamışdır.Montana ştatının paytaxtı olan Helena şəhərini qızılaxtaranlar tərəfindən salınmışdır. | |
Omineka qızıl hərisliyi | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası, Omineka çayı | 1869 | 1874 | ||
Avstraliyada şimal ərazilərdə qızıl hərisliyi [7][14] | Avstraliya, Şimal əraziləri, Pain krik | 1872 | ? | Avstraliyada şimal ərazilərdə qızıl hərisliyi Şimali Avstraliyada dəmiryolunun çəkilməsinə səbəb olub. | |
Kasiar qızıl hərisliyi | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası, Kasiar | 1873 | ? | ||
Blak Hills qızıl hərisliyi | Şimali Amerika, Amerika Birləşmiş Ştatları, Cənubi Dakota, Blak hills | 1876 | ? | ||
Tasmaniya qızıl hərisliyi [7] | Avstraliya, Tasmaniya, Bekonsfild | 1877 | ? | ||
Vitervoursland qızıl hərisliyi [15] | Afrika, Cənubi Afrika Respublikası, Yohannesburq | 1877 | ? | Vitervoursland qızıl hərisliyi Yohannesburq şəhərinin salınmasına səbəb olmuşdur.1899-1902-ci illərdə baş vermiş İngilis-Bur müharibəsinin başlamasının səbəblərindən biri kimi Vitervoursland vadisi üzərində olan anlaşılmazlıq göstərilir.Vadidə olan qızıl burlara məxsus olsa da, İngilislər tərəfindən müsadirə edilmiş və bununlada İngilis-Bur müharibəsi başlamışdır. | |
Kulgardi qızıl hərisliyi [7][16] Coolgardie gold rush | Avstraliya, Şimali Avstraliya, Kulgardi | 1892 | ? | Ərazidə araşdırmalar 1963-cü ilədək davam etmişdir. | |
Kalqari qızıl hərisliyi [7][17] | Avstraliya, Şimali Avstraliya, [Kalqari | 1893 | ? | 1989-cu ildək ərazidə bir sıra şəxsi mədənlər fəaliyyət göstərmişdir.Daha sonra Kalqaridə önəmli qızıl səpintiləri tapıldı və bunlar bü gündə Avstraliya tərəfindən istismar edilir. | |
Atlin qızıl hərisliyi | Şimali Amerika, Kanada, Britaniya Kolumbiyası | 1898 | 1949 | Atlin qızıl hərisliyi, Atlin adlı Ruh şəhərin salınmasına səbəb olmuşdur.Şəhər Klondayk yolunda yerləşirdi və burada 600 nəfərə yaxın qızılaxtaran fəaliyyət göstərmişdir. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.