Qızıl bulla (1356)
From Wikipedia, the free encyclopedia
1356-cı il Qızıl Bullası (çex. Zlatá bula, alm. Goldene Bulle, Almanca tələffüz: [ˈɡɔldənə ˈbʊlə] ( dinlə), lat. Bulla Aurea, it. Bolla d'oro) Nürnberqdə və Mets şəhərlərində İmperator IV Karlın başçılıq etdiyi Reyxstaq tərəfindən verilmiş bir fərman idi. Bu fərman 400 ildən artıq bir müddət ərzində Müqəddəs Roma İmperiyasının qanunlarının mühüm aspektlərini müəyyənləşdirdi. O, fərmana vurulmuş daşıdığı qızıl möhürə görə Qızıl Bulla adlandırılmışdır.[1] Qızıl Bulla 2013-cü ildə UNESCO Dünyanın xatirəsi proqramına daxil edilmişdir.[2]