Müqəddəs Roma imperiyası
From Wikipedia, the free encyclopedia
Müqəddəs Roma imperiyası (lat. Sacrum Imperium Romanum; alm. Heiliges Römisches Reich) — əsası 962-ci ildə Almaniya imperatoru I Otto tərəfindən qoyulmuş və 1806-cı ilə qədər mövcud olmuş imperiya. Bu imperiya erkən orta əsrlər ərzində inkişaf etməyə başlamış və 1806-cı ildə Napoleon müharibələri dövründə süquta uğramasına qədər Qərbi və Mərkəzi Avropa regionlarında mövcud olmuş çoxmillətli imperiya idi.[1] 962-ci ildən sonra imperiyanın ən böyük ərazisi Almaniya krallığı hesab olunsa da, bu imperiyanın ərazisinə Bohemiya krallığı, Burqundiya krallığı, İtaliya krallığı və bir çox başqa ərazilər də daxil idi.[2][3][4]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İmperiya | |||||
Müqəddəs Roma imperiyası | |||||
---|---|---|---|---|---|
lat. Sacrum Imperium Romanum alm. Heiliges Römisches Reich | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Vyana, Praqa, Regensburq, Vetzlar, Aaxen, Praqa | ||||
Dilləri | latın dili, alman dili, italyan dili, çex dili, fransız dili, Sloven dili | ||||
Rəsmi dilləri | Latın, Alman, İtalyan, Macar, Slavyan | ||||
Dövlət dini | Roma-Katolik kilsəsi, lüteranlıq, Kalvinizm, katolisizm | ||||
Valyuta | Dukat | ||||
Əhalisi |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
25 dekabr 800-cü ildə Papa III Leonun Frank kralı Böyük Karlı imperator təyin etməsi ilə birlikdə 476-cı ildə qədim Qərbi Roma İmperiyasının süqutundan üç əsr sonra bu titul yenidən Qərbi Avropada canlandırıldı. Titul 888-ci ilə qədər, həmçinin 896-cı ildən 899-cu ilə qədər Karolinqlər sülaləsində qaldı. Həmin tarixdən etibarən İtaliya idarəçiləri bu titul uğrunda vətəndaş müharibəsinə daxil oldu və sonuncu italyan iddiaçı I Berenqarın 924-cü ildə ölümünə qədər bu mübarizə davam etdi. 962-ci ildə özünü Böyük Karlın davamçısı hesab edən I Ottonun imperator təyin edilməsi nəticəsində "imperator" titulu yenidən canlandı və imperiyanın mövcudiyyətini qoruduğu növbəti səkkiz əsr boyunca davam etdi.[5][6][7][8] Bəzi tarixçilər Böyük Karlın tacqoyma tarixini imperiyanın başlanğıcı kimi qəbul etsə də,[9][10] başqa tarixçilər I Ottonun hakimiyyətə gəlməsini başlanğıc qəbul edir.[11][12]
Müqəddəs Roma imperatoru ənənəvi olaraq səsvermə ilə seçilsə də, tez-tez imperiyaya daxil olan sülalələrin nəzarəti altında seçilirdi. Adətən imperiyanın ən yüksəkrütbəli zadəganları olan alman şahzadələrindən biri "Romalıların kralı" seçilirdi və həmin seçilmiş şəxs sonradan Papa tərəfindən imperator təyin olunurdu. Papa tərəfindən tacqoyma mərasimi XVI əsrə qədər davam etmişdir.
İmperiya Fransanın qərbində formalaşmış siyasi birləşmə səviyyəsinə heç vaxt çatmadı, bunun əvəzində yüzlərlə alt bölmədən ibarət olan mərkəzləşdirilməmiş, məhdud seçkili monarxiyaya çevrilmişdir: krallıqlar, knyazlıqlar, hersoqluqlar, qraflıqlar, knyaz-yepiskoplar, azad imperial şəhərlər və malikənələr.[4][13] İmperatorun səlahiyyətləri məhdud idi. İmperiyanın daxilindəki müxtəlif hökmdarlar, lordlar, yepiskoplar və şəhərlər imperatorun vassalı hesab olunsa da, onlara öz ərazilərində de-fakto müstəqillik imtiyazı verilmişdi. 6 avqust 1806-cı ildə imperator II Fransın imperiyanı ləğv etməsindən bir ay sonra imperator Napoleon Bonapart tərəfindən Reyn Konfederasiyasının əsası qoyulmuşdur.